reklam
USD
2 ℃
EUR
BAKI

Erməni general Ermənistandan təslim olmağı tələb edir

XƏBƏR / 28.05.2020 03:18
Erməni general Ermənistandan təslim olmağı tələb edir


Erməni hərbçi, hərbi polisin keçmiş şefi, general-polkovnik Vladimir Qasparyan  erməni xalqının son 800 illik tarixini diletantlıq və səriştəsizlik tarixi adlandırıb.

Vladimir Qasparyan yaydığı bəyanatında bildirir ki, erməni xalqının bu illər ərzində nümayiş etdirdiyi eqozm onu iki dəfə soyqırıma aparıb.

"Biz özümüzü elə aparırıq ki, sanki sayca Çin qədərik, ərazicə Rusiya boydayıq, iqtisadiyyatımız Amerikanınkı kimi güclüdür və geosiyasi cəhətdən İsveçrə kimi əlverişli mövqedəyik. Bu, özündən müştəbehlik üzündən biz daima itkilər veririk”,- deyə Qasparyan vurğulayıb.

İlk baxışdan elə görünər ki, Tallində anadan olmuş və erməni mühitindən kənarda təhsil almıq bu erməni hərbçi ermənilərə konstruktivlik göstərib işğal etdikləri Azərbaycan torpaqlarından çıxmağı tövsiyyə edir. Qətiyyən belə deyil, əksinə, sonrakı cümlələrindən aydın olur ki, o, ermənilərə müstəqillik xülayalarından uzaq duraraq Rusiyadan möhkəm yapışmağı təklif edir. Onun fikrincə, koronavirus ölkənin zəif cəhətlərini ortaya çıxardı və ölkə üçüncü dəfə fəlakətlə üz-üzə qalıb: "Bizə o, hakimiyyətin ideoloji və idarəetmə fiaskosunu…, inkişafın sıfra düşməsini, keçən 30 ildə toplanmış siyasi, iqtisadi, mənəvi resursların boşa xərclənməsini…, təbii müttəfiqdən imtinanı, ənənəvi düşmənlə  oynamağı… göstərir”.

Rusiyada yetişmiş general təbii müttəfiq dedikdə Rusiyanı, ənənəvi düşmən dedikdə isə Qərbi nəzərdə tutur. Siyasi analitiklərin fikrincə, narıncı inqilab günlərində Ermənistan polisinə rəhbərlik etmiş, faktiki olaraq, Sarkisyanı istefaya göndərmiş və Paşiyanı hakimiyyətə gətirmiş Vladimir Qasparyan artıq Kremlin sifarişi ilə növbəti addıma başlayıb. Bu, Paşiyanı Rusiya ilə ittifaq müqaviləsi bağlamağa məcbur etmək addımıdır. Deyilənə görə, Rusiyanın Ermənistana və Belarusa qaz qiymətlərini aşağı salmamaqda təkid göstərməsi də bununla bağlıdır. 

Əslində, yeni yaranmış ittifaqda Ermənistanın statusu Ukraynanın SSRİ-dəki durumu kimi olacaq, sovet vaxtı Ukrayna hətta Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü idi və onun bu müstəqilliyi sadəcə kağız üstündə idi. Yəni Ermənistanın da BMT üzvlüyü qalacaq və ermənilər müstəqilliyi itirdiklərini açıq hiss etməyəcəklər. Amma maliyyə, hərbi və diplomatiya sahələri tamamliə Moskvadan asılı olacaq, Ermənistan liderləri də Kremlin xeyir-duası ilə hakimiyyətə gətiriləcək.

Deyilənə görə, Paşinyan da artıq yenilgi ilə razılaşıb. Erməni jurnalist Mamikon Babayanın "Vestnik Kavkaza” portalında yazdığı məqalədə deyilir ki, Paşiyanın xanımı Anna Akopyan yaradğı fondla hətta biznes sahələrinə müdaxilə edərək, böyük pullar qazanır. Akopyanın hətta çirkli pulların yuyulmasına rəhbərlik etdiyi bildirilir. Bu yaxınlarda bununla bağlı ünvanlanmış suallara Nikol Paşinyan cavab verməyib. Yəqin ki, Paşinyan hakimiyyətdən getdikdən sonra Qərbə köçərək ənənvi korrupsioner-demokrat həyatı yaşayacaqlar. Böyük pullar Qərbdə onların daha alovlu mübarizəsi üçün lazım olacaq.


Oxunub: 422






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim