reklam
USD
28 ℃
EUR
BAKI

Azərbaycanın qonşuluğunda yeni dəhşətli virus yayılır – KORONAVİRUSU UNUDUN!

XƏBƏR / 07.06.2020 14:15
Azərbaycanın qonşuluğunda yeni dəhşətli virus yayılır – KORONAVİRUSU UNUDUN!
 

Koronavirus (COVID-19) pandemiyası Türkiyədə gənələrin artmasına təsir göstərib. 

Belə ki, Sivas Cümhuriyyət Universitetinin dekanı, professor İlhan Çətin "Kırım Konqo Qanlı Hərarəti" (KKQH) xəstəliyinə yoluxanların sayının artdığını bildirib. Buna səbəb isə diqqətin koronavirusa yönəldilməsidir.  O bildirib ki, bu dövrdə əkinçilik və heyvandarlıq sahəsindəki fəaliyyətlərin azalması və lazımi dərəcədə dərmanlamanın olmaması KKQH-nı yayan gənələrin sayının artmasına səbəb olub.

Professor gənələrin artımının ötən illə müqayisədə 1 ay yarım tez başladığını vurğulayıb. Nəticədə xəstəlik ötən illə müqayisədə 6-7 dəfə çoxalıb:

"Gənə populyasiyası çox tez yetişir. 1 gənədən 300-500 gənə törəyir. Bununla mübarizə sürətlə aparılmasa, gənə sürətlə çoxalacaq və xəstələrin sayı artacaq. Bu növ xəstəliyə qarşı vaksin hazırlanması uzun müddət tələb edir. Çünki bunlar adətən heyvanlarda xəstəliyin yaranmasına səbəb olduğu halda, artıq insanlarda da xəstəliklərin yaranması ilə nəticələnir. Buna görə də peyvəndin hazırlanması uzun çəkir. Lakin "Kırım Konqo Qanlı Hərarəti" xəstəliyi COVİD-19 kimi sürətli yayılmır. Burada sadəcə gənələr əsas rol oynadığından, əsas mübarizə də gənələrlə aparılır".

Professor bildirib ki, xəstəliyin əsas risk qrupları əkinçilik və heyvandarlıqla məşğul olan insanlardır. Qorunmağın yeganə yolu isə gənələrin sayının azaldılmasıdır:

"Kənd təsərrüfatı sahəsində çalışan insanlar evə gəldikdən sonra gənə yoxlanışı etməlidirlər. Əgər, gənə yapışıbsa, bunu özləri çıxarmamalıdırlar. Xəstəxanaya və yaxud təcili tibbi yardım işçilərinə müraciət etməlidirlər. Qorunmaq məqsədilə kimyəvi dərmanlardan istifadə olunmaqla yanaşı, insanlar özləri də diqqətli olmalıdırlar. Təbiətdə və otlaqlarda gəzərkən corabları şalvarın üstünə çəkmək tövsiyyə olunur".


Oxunub: 1332






SON XƏBƏRLƏR

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Əlaqə

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim