reklam
USD
27 ℃
EUR
BAKI

Azərbaycanlı professor koronavirusun yoxa çıxacağı dəqiq tarixi söylədi

REPORTAJ / 22.06.2020 21:16
Azərbaycanlı professor koronavirusun yoxa çıxacağı dəqiq tarixi söylədi



"Bu gün real olaraq Bakı şəhərində bütün xəstəxanalar imkanlarını mobilləşdirsə, təxminən 7 min xəstənin yatmasına imkan var. Axı bu qədər personal, tibb bacıları, həkim yoxdur ki, onlara xidmət göstərə. Ona görə də insanlar diqqətli olmalıdırlar".

carciTV xəbər verir ki, bunu tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

O, təəssüflə bildirib ki, bütün ağırlaşan xəstələrin böyük əksəriyyəti vaxtında həkimə müraciət etməyənlərdir:

"Böyük bir yoluxma potensialı ilə üz-üzəyik. Təcrübə göstərir ki, COVİD-19 klinik olaraq bütün əlamətləri ortaya çıxdığı halda bəzən testlər mənfi olur. Yəni, test ayrıca bizə tam dəqiqliyi ilə bir şey deyə bilmir. Test ümumi bir müayinə prosesində diaqnostikanın bir elementi kimi götürülə bilər. Tək testə güvənmək olmaz. İnsanlarda COVİD-in klinik əlamətləri varsa, təngnəfəslik, qızdırma, halsızlıq, ağciyərlərdə konkret COVİD xarakterli dəyişiklik, "buzlu şüşə" sindromu və s., bu, o deməkdir ki, xəstə yataq rejiminə keçirilməli və müalicə almalıdır. Vaxtında aparılan müalicə çox şeyin qarşısını ala bilir. Təəssüflər olsun ki, bütün ağırlaşan xəstələrin böyük əksəriyyəti vaxtında həkimə müraciət etməyənlərdir. Xeyli xəstələrdə xəstəlik subklinik (əlamətsiz - red) formada keçir, xüsusilə də uşaqlarda və bəzən uşaqlar özləri yoluxma mənbəyi kimi çıxış edirlər".

Professor koronavirusun 8-9 aya yoxa çıxacağını bildirib:

"Müəyyən şarlatanlar, müəyyən adamlar ortaya çıxıb reseptlər deyirlər, "Ay camaat, koronanın dərmanı tapıldı". Bunlar boş şeydi. Xəstəlik simptomatik müalicə olunur, xəstəliyin spesifik müalicəsi yoxdur. Yalnız "Remdesivir", hələlik ilkin olaraq iki yüngül formada istifadə edilir. ÜST-ün təlimatına əsasən maye formasında ilk 5 gün verilir. "Arbidol" boş şeydi, camaat heç onu axtarıb almasın. Mənasız bir şeydir o. Daha çox vitaminlər köçürtmək lazımdır. Əgər immun sistemdə paradoksal reaksiya getsə, "imunasupresoare"lərdən istifadə olunmalıdır. İkinci, infeksiyada antibiotik istifadə olunur, qızdırmanı salmaq, qanı durulaşdırmaq üçün isə "Parasetamol" və s. Yəni, bunları da həkim təyin etməlidir. Xəstə özbaşına müalicə ala bilməz. Bütün müalicə həkim tərəfindən təyin edilməlidir. Vaksin məsələsinə, illüziyasına da insanlar qapılmasın. Bu virus 8-9 aya yoxa çıxacaq. Səbrli olmaq lazımdır. O müddətə qədər insanların davranışları adekvat olsa, biz, yəqin ki, bundan daha az itkilərlə çıxa bilərik".


Oxunub: 607






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim