reklam
USD
16 ℃
EUR
BAKI

İyun ayında 190 manat birdəfəlik müavinətin verilməsinə nazirlikdən “CAVAB”

RƏSMİ / 22.06.2020 21:36
İyun ayında 190 manat birdəfəlik müavinətin verilməsinə nazirlikdən "CAVAB”



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək tədbirləri kimi işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara dəstək məqsədilə iyun ayında da 190 manat məbləğində birdəfəlik ödəmələrin verilməsinə "aydınlıq” gətirib.

carciTV xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov nazirliyin iyun və iyul aylarında bu müavinətlər veriləcəkmi sualına cavab olaraq "bu barədə ictimaiyyətə məlumat veriləcək” deyə bildirib.

Nazirlik sözçüsü həmçinin bildirib ki, pandemiya dövründə həmçinin Prezident İlham Əliyevin tapşırığına əsasən, 1 milyon 665 min işçinin iş yerinin və əməkhaqqı gəlirlərinin qorunması təmin edilir.

Nazirlik sözçüsü bildirib ki:

"Ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılır və artıq DOST İş Mərkəzi vasitəsi ilə əlavə 23 min şəxs ictimai işlərə cəlb olunmaqla ictimai işçilərin sayı 61 minə çatıb. Bu il minimum 12 min ailənin özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatları qurulur. Eyni zamanda 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edilir, 100 minədək aztəminatlı ailənin ərzaq yardımı ilə təminatı işləri aparılır. Mühüm sosial proqramlardan biri olan ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsi getdikcə genişlənir. son il yarımda ünvanlı yardım proqramının əhatə etdiyi ailələrin sayı 2 dəfə artaraq 83 minə (ailə üzvlərinin sayı 350 minə) çatıb.

İşsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, ünvanlı dövlət sosial yardımının verilmə müddəti bitənlərə bu yardımın, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik və bununla onlara müvafiq ödənişlərin verilməsi müddətinin də uzadılması təmin olunub.

Bununla bağlı onlara son ayların ödənişləri də edildi.

Habelə işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsi genişləndirilir.

Eyni zamanda, əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırıldı, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməi təmin edilir.

Bütün bunlar pandemiya dövründə çoxistiqamətli sosial dəstək tədbirlərinin icra olunduğunu və dövlətin indiki şəraitdə də hər bir vətəndaşının yanında olduğunu göstərir. Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı əsasında ölkəmizdə pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək tədbirləri 4,8 milyon insanın və ya əhalinin 48 faizə qədər hissəsini əhatə etdi. Dövlət başçısının tapşığına uyğun olaraq proqramın əhatə dairəsi 3 dəfə artırılmaqla, 600 min şəxs aprel-may ayları üzrə birdəfəlik ödəmə ilə təmin edildi, bunun üçün 228 milyon manat vəsait yönəldildi”, deyə Fazil Talıbov əlavə edib.


Oxunub: 465






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim