reklam
USD
2 ℃
EUR
BAKI

Koronavirus peyvəndi belə vurulacaq – Hazırlıq tamamlanır, oktyabrda…

CANLI TV / 26.06.2020 10:21
Koronavirus peyvəndi belə vurulacaq – Hazırlıq tamamlanır, oktyabrda…



İngiltərənin Oksford Universitetindən koronavirusa qarşı hazırlanan peyvənddən ümidverici xəbərlər gəlib.

carciTV xəbər verir ki, hazırda kliniki sınaqların 3-cü mərhələsində olan peyvəndin virusa qarşı daha güclü antikor ifraz edə bilməsi üçün qızılca peyvəndinə bənzər formada iki doza tətbiq edilə biləcəyi açıqlanıb.

Elm adamları peyvəndi donuzlar üzərində ikimərhələli formada sınayıb. "Pioner” adı verilən ilk mərhələ 2 ay əvvəl gerçəkləşib. 28 gün sonra yenidən peyvəndlənən donuzların ifraz etdiyi antikorların səviyyəsi daha yüksək olub. Sınağı həyata keçirən professor Simon Qrehem donuzların insanlara bənzər metabolik sürətə və antikor reaksiyasına sahib olduğunu bildirib. O, insanlarda da bənzər nəticələr əldə edəcəyinə ümid edir.

Bununla birgə, elm adamları potensial peyvəndin COVID-19-a qarşı nə qədər qoruyacağını ehtimal edə bilmir. Virusun daimi mutasiya keçirməsi məlum olduğundan, bir peyvəndin qoruyuculuğunun 6 ay-2 il arasında olduğu bildirilir.

Oksford Universitetinin professoru Adrian Hill, ən yaxşı ehtimalla, peyvəndin bu ilin oktyabr ayında paylanacağını açıqlayıb. Universitet tərəfindən peyvənd sınaqlarının avqust ayında tamamlanacağı proqnozlaşdırılır. Bu çərçivədə universitetlə razılığa gələn "AstraZeneca” firması milyonlarla peyvəndin qlobal miqyasda paylanmasını həyata keçirəcək.

Firma şənbə günü 400 milyon peyvəndin Almaniya, Fransa və Niderlanda paylanması üçün razılığa gəlib. Peyvəndin ilk 100 milyonu ilk olaraq İngiltərəyə, 400 milyonu isə ABŞ-a veriləcək.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son açıqlamasına görə, hazırda koronavirusa qarşı 135 peyvənd üzərində iş gedir. Bu peyvənlərdən 8-i artıq insanlar üzərində sınanır.


Oxunub: 429






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim