reklam
USD
16 ℃
EUR
BAKI

Hər bir ölkənin energetika sistemi onun döyünən ürəyidir, əsas motorudur - Naqif Həmzəyev

MÜSAHİBƏ / 27.06.2020 12:54
Hər bir ölkənin energetika sistemi onun döyünən ürəyidir, əsas motorudur - Naqif Həmzəyev



"Bu gün müasir dünyamızda enerji faktoru ən yaxın ölkələri belə bir-birindən ayıra, ən uzaqları isə birləşdirə bilir. Bu gün enerji ehtiyatlarına sahib olan ölkə dünyada söz sahibidir, eyni zamanda həmin ölkənin milli təhlükəsizliyi də güvəndə olur”. 
Bunu açıqlamasında Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, deputat Naqif Həmzəyev deyib.

Millət vəkili Azərbaycan Prezidenti İlham Əliyevin əsaslı yenidənqurmadan sonra istifadəyə verilən "Azərbaycan” İstilik Elektrik Stansiyasında yaradılan şəraitlə tanış olarkən dediyi fikirləri xatırladıb: Hər bir ölkənin energetika sistemi onun döyünən ürəyidir, əsas motorudur. Bu olmasa, heç nə olan deyil. Bu olmasa, heç bir inkişafdan, heç bir investisiya qoyuluşundan söhbət gedə bilməz. Ona görə enerji olmayan yerdə inkişaf yoxdur.

Azərbaycan Respublikasının iqtisadiyyatının, onun sosial həyatının dinamik inkişafı bir çox mühüm amillərlə yanaşı, energetika sistemi ilə də sıx bağlıdır. Hazırda ölkəmiz zəngin enerji ehtiyatlarına, inkişaf etmiş yanacaq və enerji infrastrukturuna və enerji sisteminə malikdir. Eyni zamanda, Azərbaycanın dünyanın enerji sistemində artan əhəmiyyətli rolu, transmilli enerji bazarlarında özünəməxsus yeri və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı qlobal, regional, geosiyasi və geoiqtisadi mövqeyinə mühüm təsir göstərir.

Ölkəmizin müstəqil elektrik enerji sisteminin əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən ötən əsrin 70-ci illərində qoyulub. Ulu Öndərimizin bu sahədə özünəməxsus uzaqgörənliklə müəyyənləşdirdiyi mükəmməl strateji xəttin Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilməsi ölkəmizi regionun aparıcı dövlətinə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevirib.

Ölkənin sənaye potensialı və əhalinin sayının çoxalması, eləcə də kənd təsərrüfatının inkişafı, böyük sənaye klasterlərinin yaradılması elektrik enerjisinin istehsalının artırılmasını və yeni stansiyaların tikilməsini zəruri edir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin apardığı qətiyyətli və ardıcıl siyasi xəttin nəticəsində ölkəmiz iqtisadiyyatın bütün sahələrində olduğu kimi, elektrik energetikası sahəsində də böyük nailiyyətlər əldə edilib. Artıq respublikamız elektrik enerjisi idxal edən ölkədən ixracatçıya çevrilib”.


Oxunub: 884






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim