reklam
USD
17 ℃
EUR
BAKI

Azərbaycanda QANDONDURAN HADİSƏ: arvadını kirvələri ilə tutdu, sonra...

CANLI TV / 30.06.2020 01:10
Azərbaycanda QANDONDURAN HADİSƏ: arvadını kirvələri ilə tutdu, sonra...



Yevlax rayonunda arvadını qətlə yetirməkdə ittiham olunan kəlbəcərli məcburi köçkün, 1990-cı il təvəllüdlü Saday Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Saday Sadıqov 2018-ci il dekabrın 8-də arvadı Vəfa Abışovanı mobil telefonla başqa kişilərlə danışığını tutub. O, dekabrın 13-də saat 17.35-də yüngül sərxoşluq vəziyyətində evə gəlib və arvadının xəyanət etməsindən şübhələndiyinə görə onu öldürmək fikrinə düşüb.

Qısqanclıq davası və qətl

Bu səbəbdən Vəfa Abışovanın atasının Meyvəçilik kəndindəki evinə gəlib. Orada özündə olan bıçaqla arvadına hücum edib.

Vəfa Abışovanın anası Saray Abışova kürəkəninə yalvararaq, ondan qızını buraxmasını istəyib. Saday Sadıqov isə qayınanasının yalvarışlarına məhəl qoymayıb. Vəfa Abışova aldığı xəsarətdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Saday Sadıqovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

"Münasibətlərimiz korlanmağa başladı”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Saday Sadıqov bildirib ki, göz zəifliyi ilə əlaqədar 2-ci qrup əlildir: "2008-ci ilin sentyabrın 3-dən Yevlax rayonu İncə çayının yaxınlığında Malbinəsi kəndi ərazisində yerləşən "Koku” ləqəbli Allahverdi Bəhlulova məxsus fermada çobanlıq etmişəm.

Ferma Allahverdiyin adına olsa da, qoyunlar Eldar adlı həmyerlimə məxsus idi. 2008-ci ildə Yevlax rayonu Meyvəçilik kəndində yaşayan Vəfa ilə rəsmən evləndim. Vəfa ilə nikahdan 2 oğlan övladlarım dünyaya gəldi.

Arvadımla birlikdə işlədiyim fermada qalırdım. Məktəbdə oxumaqları ilə əlaqədar övladlarımdan biri mənim valideynlərimin, digəri isə Vəfanın valideynləri ilə yaşayırdı. Əvvəllər Vəfa ilə yaxşı dolansaq da, 2018-ci ilin əvvəllərindən münasibətlərimiz korlanmağa başladı”.

"Öldürəcəyimi qət etdim”

Saday Sadıqovun sözlərinə görə, dekabrın 9-da evdə olarkən Vəfanın ondan xəbərsiz almış olduğu və işlətdiyi mobil telefonu aşkar edib: "Telefona baxdığım vaxt isə arvadımın övladımızın kirvəsi olan E.Şahverdiyevlə telefon danışıqlarını və proqram vasitəsilə həmin danışıqların yazıldığınının şahidi oldum. Arvadım da bunu gördü, qorxduğu üçün evdən çıxaraq getdi. Bundan sonra arvadımı və ya E.Şahverdiyevlə harada görsəm qətlə yetirəcəyimi qət etdim.

Vəfa evdən getdikdən sonra anamın təkidi ilə ondan boşanmaq istəməyimlə bağlı məhkəməyə ərizə ilə müraciət etdim. Eyni zamanda E.Şahverdiyevi və arvadım da axtardım. Ancaq E.Şahverdiyev yaşadığı yerdən qaçdığından harada olduğunu bilmədim”.

"Mənə mane olmağa çalışdı”

Saday Sadıqov qeyd edib ki, dekabrın 13-də arvadının atası evində olduğunu öyrənib: "Bundan sonra Yevlax rayonuna gələrək "Dostluq” şadlıq sarayının yanında cehizlik mallar satılan dükandan bir ədəd mətbəx bıçağı aldım, sonra qayınatamın yaşadığı evə getdim.

Arvadımın orada görəcəyim təqdirdə öldürmək qərarına gəlmişdim. Bu məqsədlə taksiyə əyləşdim, Yevlax rayonu Meyvəçilik kəndinə getdim. Qayınatamın yaşadığı evə çatdım, giriş qapısından içəri daxil olduqda Vəfanın anası və qardaşı arvadı ilə birlikdə qonaq otağında olduqlarını gördüm. Vəfa məni gördükdə cəld durdu və yataq otağına keçdi, otağın qapısını bağladı. Üzərimdə olan bıçağı çıxararaq həmin otağa tərəf getdim.

Vəfanın anası Saray əynimdə olan kurtkadan tutdu və mənə mane olmağa çalışdı. Sarayın əlindən qurtularaq yataq otağına daxil oldum. Vəfanın yataq otağındakı stolun altına girdiyini gördüm”.

"Bu fahişəni niyə evində saxlamısan”

Təqsirləndirilən şəxs bildirib ki, Vəfanın anası Saray da onun arxasınca otağa daxil olub və ona mane olmağa çalışıb: "Bu vaxt Vəfaya stolun altında olarkən bıçaqla birinci zərbəni vurdum. Vəfa stolun digər tərəfinə yıxıldı. Həmin yerə keçdim və Vəfanın saçından tutdum, yenidən bədəninin müxtəlif nahiyələrinə bıçaqla vurmağa davam etdim. Vəfanın anası məni arxadan qucaqladı, özü ilə birlikdə çarpayıya yıxdı.

Vəfa ayağa durdu və otaqdan qaçdı. Mən Sarayın əlindən çıxaraq qonaq otağına keçdim. Lakin Vəfanı tapa bilmədim. Yaranmış səs-küyə qonşular da evin qarşısına gəldi. Mən geri qayıdaraq yataq otağında Saraya "bu fahişəni niyə evində saxlamısan”, - deyə bildirdim. Sonra evdən çıxdım.

Vəfanı bayırda da tapa bilmədim. Evdən çıxdıqda isə atamın əmisi arvadı Gülsüm məni gördü və atamın əmisinin məni çağırdığını bildirdi. Atamın əmisigilə getdim, o, bıçağı mənim əlimdən aldı”.

Saday Sadıqov qeyd edib ki, daha sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib və Vəfanı bıçaqladığı barədə məlumat verib: "Bir müddət sonra polis əməkdaşları hadisə yerinə gəlib, məni rayon polis şöbəsinə apardılar. Orada bıçağı və mobil telefonu təhvil verdim”.

Qatil dəli çıxdı

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saday Sadıqovun barəsində ittihamedici hökm çıxarılmayıb. Onun hadisəni törədən zaman anlaqsız olduğu qeyd edilib. Bu səbəbdən onun barəsində psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər təyin edilib.

Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb. Ailənin azyaşlı övladlarına nəzarət və qulluq edilməsinin təşkil olunması yaşadıqları ərazi üzrə Yevlax rayon qəyyumluq və himayəçilik orqanına tapşırılması müəyyən edilib.

Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi, mərhumun anası Saray Abışova apelyasiya şikayəti verib. O, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, Saday Sadıqovun barəsində ittihamedici hökm çıxarılmasını istəyib.

Şikayət araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Akif Eyvazovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Zərərçəkmiş şəxsin hüquqi varisinin şikayəti təmin edilməyib.(carciTV)


Oxunub: 370






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim