reklam
USD
6 ℃
EUR
BAKI

Xankəndində yaradılmış “universitet” Avropa Rektorlar klubunun üzvüdür - ARAŞDIRMA

REPORTAJ / 02.07.2020 00:03
Xankəndində yaradılmış "universitet” Avropa Rektorlar klubunun üzvüdür - ARAŞDIRMA 



Ermənistan bütün cəbhələrdə Azərbaycana qarşı təxribatlar törətmək, hər fürsətdə işğal altındakı torpaqlarımızda yaratdığı qondarma rejimi legitimləşdirmək cəhdlərini davam etdirir.

Artıq təhsil sahəsində eyni ssenari həyata keçirilir.

 Azərbaycanın işğal altındakı Xankəndi şəhərində yaradılmış və heç bir hüquqi statusu olmayan "Mesrop Maştots adına universitet” "Avropa Rektorlar klubu”nun (CRE) üzvüdür.

Hələ 2007-ci il mayın 12-14-ü tarixlərində Bolqarıstanın Varna şəhərində keçirilən "Avropa Turizm və Rifah Naminə Akademik Əməkdaşlıq” adlı beynəlxalq foruma qatılan "universitetin rektoru” Donara Qabrileyan "Rektorlar klubu”nun üzvü seçilib və müvafiq sertifikat alıb.

Bu üzvlük sayəsində Dağlıq Qarabağdan olan müəllim-professor heyəti 13 ildir ki, Avropa universitetləri ilə mübadilə proqramlarına cəlb olunurlar.

Maraqlıdır ki, "Avropa Rektorlar klubu”nun rəsmi saytında (https://oau.ebaoxford.co.uk/component/mtree/club-of-the-rectors-of-europe/164-donara-gabrielyan?Itemid=) Donara Qabrielyanın təmsil etdiyi ölkə olaraq Ermənistan göstərilib. Halbuki, o, bütün bu 13 il ərzində Xankəndində yerləşən və işğal altındakı torpaqlarda yeganə "özəl ali təhsil müəssisəsi” sayılan "Mesop Maştots adına universitet”in "rektoru” olub.

Məsələnin digər diqqətçəkən tərəfi "Avropa Rektorlar klubu”nun Azərbaycanda da kifayət qədər tanınması ilə bağlıdır.

Belə ki, Naxçıvan Dövlət Universiteti uzun illərdir ki, bu stukturda təmsil olunur.

Paralel olaraq, klub Azərbaycanın bir sıra universitetlərində elmi konfransların təşkilində aktiv iştirak edib. Bu təşkilatın üzlərindən biri eks-deputat, rektor Şəmsəddin Hacıyevdir.

Qeyd edək ki, 2005-ci ildə Oksford şəhərində yaradılmış "Avropa Rektorlar klubu” (CRE) Avropa universitetləri arasında elmi-metodiki, tədqiqat və mədəni-maarifçilik sahəsində əməkdaşlığı, inteqrasiyanı dərinləşdirməyə, Boloniya konvensiyası əsasında tədris proqramlarının təkmilləşdirilməsinə xidmət etmək üçün yaradılıb.

"Avropa Rektorlar klubu” ayrı-ayrı ali məktəblərin professor-müəllim heyətinin bilik və bacarığının təkmilləşdirilməsi, qarşılıqlı təcrübə toplaması və yeni texnoloji yeniliklərin mübadiləsi üçün elmi konfranslar və müsabiqələr təşkil edir.
 
Azərbaycanın işğal altındakı ərazilərində yaradılmış "Mesrop Maştots adına universitet” adlı "təhsil müəssisəsi”nin beynəlxalq təşkilatda qanunsuz təmsilçilyi ilə bağlı Azərbaycanın rəsmi dövlət orqanlarının mövqeyini öyrənmək hələ ki mümkün olmayıb.
Sabiq rektor Şəmsəddin Hacıyevlə də əlaqə saxlamaq cəhdimiz baş tutmayıb. Onun telefonları susur...


Oxunub: 558






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim