reklam
USD
7 ℃
EUR
BAKI

Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu “Həsən Bəy Zərdabi Həftəsi”nə start verib

CANLI TV / 02.07.2020 00:08
Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu "Həsən Bəy Zərdabi Həftəsi”nə start verib


28 iyun – 5 iyul tarixlərini əhatə edən həftə çərçivəsində Həsən Bəy Zərdabinin irsinin təbliği məqsədilə videokonfranslar təşkil edilir.

Bu günə qədər artıq iki videokonfrans baş tutub. İlk videokonfrans iyun 29-da "Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu”nun facebook səhifəsində baş tutub. Videokonfrans gənclər təşkilatları ilə keçirilib. "Həsən Bəy Zərdabi İrsinin və Milli mənəvi dəyərlərimizin təbliğində gənclərin rolu” mövzusunda konfrans zamanı gənclərimizin sosial şəbəkələrdə bu istiqamətdə fəaliyyəti müzakirə olunub və gələcək yeni və innovativ fəaliyyət metodları təklif edilib.
İkinci onlayn konfrans isə Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu, Avrasiya Ekonomik İlişkiler Derneği (Türkiyə), Azərbaycan Maarifçilər Assosasiyası, Azxeber.com İnformasiya Agentliyi, Press.az, Diasporpress.az İnformasiya Mərkəzi, Zerdab.com, Qanunla.az, Milli QHT Forumunun birgə təşəbbüsü ilə 30 iyunda keçirilib.
"Həsən Bəy Zərdabi irsinin təbliği, maarifçilik ənənələrinin və milli mənəvi dəyərlərin qorunmasında gənclərin rolu” mövzusunda keçirilən onlayn konfransda Azərbaycan və Türkiyə millət vəkilləri, gənclər təşkilatları, ziyalı və QHT-lər iştirak edib.
Öncə Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupunun rəhbəri Bayramov Seymur layihə haqqında məlumat verib və Həsən Bəy Zərdabi həftəsi haqqında iştirakçıları məlumatlandırıb.
Daha sonra konfrans iştirakçılarını salamlayan Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupunun üzvü, Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva konfransda iştirak etdikləri üçün bütün qonaqlara təşəkkürünü bildirdi. Jalə Əliyeva video konfransın keçirilməsinin əhəmiyyətindən söz etdi, dövlətimizin mədəni irsin qorunması, gələcək nəsillərə sağlam şəkildə çatdırılması, beynəlxalq müstəvidə təbliği sahəsində həyata keçirtdiyi fəaliyyət haqqında danışdı, gənclərin məhz bu fəaliyyətdən örnək götürərək bu proseslərdə fəal iştirakın vacibliyini vurğuladı, Həsən bəy Zərdabi irsinin öyrənilməsinin və təbliğinin vacibliyindən danışdı. Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamasını vurğulayan J.Əliyeva bildirdi ki, bu sərəncam ölkəmizdə mətbuata yüksək dövlət qayğısının daha bir bariz nümunəsidir.
Konfrans zamanı milli mənəvi dəyərlərimizin, mədəni irsimizin, tarixi şəxsiyyətlərin həyat və yaradıcılıqlarının yaradıcı və innovativ gənclərin vasitəsi ilə təbliğat metodları müzakirə olunub.
"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Hikmət Babaoğlu çıxış edərək Həsən Bəy Zərdabinin həyat və yaradıcılığı haqqında geniş məlumat verərib və layihənin təşəbbüskarlarına xüsusi minnətdarlığını bildirib.
Həsən Bəy Zərdabinin həyat və yaradıcılığı daim gənclər tərəfindən araşdırılmasının və təbliğ olunmasının xüsusi əhəmiyyətini qeyd edən millət vəkili bu formatda tədbirlərin keçirilməsinin hal hazırda sosial şəbəkə vasitəsindən daha səmərəli istifadəyə və düzgün təbliğatın aparılması ilə nəticələnəcəyini bildirdi.
"Avrasya Ekonomik İlişkiler Derneği” İdarə Heyətinin sədri Hikmet Eren Zərdabi irsinin təkcə Azərbaycanda deyil bütün türk dünyasında təbliğinin əhəmiyyətini vurğulayaraq rəhbərlik etdiyi təşkilatın bu istiqamətdə silsilə tədbirlər keçirəcəyini, universitetlərdə bu irsin təbliği və tədrisi ilə əlaqədar təşəbbüslərin ediləcəyini qeyd edib.
Türkiyədə Zərdabi irsinin əbədiləşdirilməsi məqsədi ilə Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu ilə birgə Zərdabi parkının yaradılması və onun yaşadığı Zərdab rayonu ilə Türkiyənin Karaman şəhəri ilə qardaşlaşma təşəbbüsü Azərbaycan və Türkiyə qardaşlıq və dostluq əlaqələrinin eyni zamanda ortaq dəyərlərin sağlam şəkildə təbliği və gələcək nəsillərə ötürülməsinə səbəb olacağını söyləyib.
Milli Məclisdə Zərdab rayonunu təmsil edən deputat Jalə Əliyeva bu təklifin əlaqədar qurumlar tərəfindən dəstəklənməsi üçün köməyini əsirgəməyəcəyini bildirib.
"Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova, Azxeber.com İnformasiya agentliyinin təsisiçisi və rəhbəri Hacıbəy Heydərli, Azərbaycan Maarifçilər Assosiasiyasının həmtəsisiçisi Tofiq Sadıxov, Zərdab rayonu ziyalısı Cəmil Əsədov çıxışlarında irsin təbliği ilə bağlı layihənin davamlı, sosial, bu günün və gələcəyin trendinə və metodlarına uyğun şəkildə aparılmasını təklif ediblər.
Həftə ərzində daha iki konfrans keçiriləcək. Dispora təşkilatlarının iştirakı ilə "Həsən Bəy Zərdabi İrsinin və milli mənəvi dəyərlərimizin təbliğində diaspora təşkilatlarımızın rolu” və qeyri-hökümət təşkilatlarının rəhbərlərinin iştirakı ilə "Həsən Bəy Zərdabi İrsi və milli mənəvi dəyərlərimizin təbliğində QHT-lərin rolu” mövzusunda video konfransların keçirilməsi nəzərdə tutulur.


Oxunub: 1399






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim