reklam
USD
17 ℃
EUR
BAKI

Leyla Əliyevanın doğum günüdür TƏBRİK EDİRİK!

REPORTAJ / 03.07.2020 10:09
Leyla Əliyevanın doğum günüdür



Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla İlham qızı Əliyevanın doğum günüdür.

carciTV xəbər verir ki, Leyla Əliyeva 3 iyul 1985-ci ildə dünyaya gəlib.

1989-2000-ci illərdə Bakı şəhərində 160 saylı tam orta məktəbdə təhsil alıb.

2000-ci ildə orta məktəbi bitirib və Avropa Biznes Məktəbinə daxil olub.

2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun magistratura pilləsində təhsil alıb.

10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, 2011-ci ildən isə Fondun vitse-prezidentidir.

Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti olaraq, qayğıya, yardıma daha çox ehtiyacı olanlara böyük diqqət yetirir. O, öz ad gününü ənənəvi olaraq qayğı göstərdiyi və yorulmadan kömək etdiyi uşaqların yanında keçirir.

O, yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkün ailələrinə yardım göstərir.

Bundan başqa, Leyla Əliyeva təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində bir çox layihələrdə bilavasitə iştirak edir.

Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR Rusiyada ən fəal və nüfuzlu gənclər strukturuna çevrilib. Təşkilatın coğrafi məkanı daim genişlənir, onun himayəsi altında keçirilən tədbirlərin sayı artır. Leyla Əliyevanın rəhbərliyi altında AMOR Rusiya sakinlərini Azərbaycanın tarixi və mədəniyyəti ilə daha yaxından tanış etmək üçün fəal çalışır.

Eyni zamanda, AMOR üzvü olan gənc azərbaycanlılar öz köklərini unutmur və Vətənlə sıx bağlılığı hiss edirlər.

Leyla Əliyeva 2007-ci il dekabrın 19-da Moskvada "Baku” jurnalını təsis edib.

2008-ci il mayın 8-dən start götürmüş "Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarıdır.

Artıq 11 ildən çoxdur ki, bu təşəbbüs çərçivəsində bütün dünyada – Avropadan Amerikayadək – yeni tarixin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında həqiqətlərin insanlara çatdırılmasına xidmət edən tədbirlər və aksiyalar keçirilir.

Kampaniya çərçivəsində Leyla Əliyevanın aktiv fəaliyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa edilməsinə böyük töhfə verib və işğalçıların əsl simasının üzə çıxmasına imkan yaradıb.

2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə "Tərəqqi” medalı ilə təltif olunub.

2011-ci ilin noyabrında Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə "Key to life” fəxri mükafatına layiq görülüb.

12 sentyabr 2012-ci ildə "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” medalı ilə təltif olunub.

IDEA-nın təsisçisi olan Leyla Əliyeva 5 aprel 2013-cü ildə "Ekoloji mühitin qorunmasına görə” xüsusi beynəlxalq şərəf mükafatı ilə də mükafatlandırılıb.

Qeyd edək ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Bizim həyət” layihəsi çərçivəsində indiyə qədər 25 həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Təsis edildiyi gündən Birliyin dəstəyi ilə ölkədə milyonlarla ağac əkilib. Leyla Əliyeva, həmçinin, sosial və ekoloji layihələri özündə birləşdirən "Məktəb bağları” layihəsinin təşəbbüskarıdır. Layihənin birinci aksiyası zamanı Bakı məktəblərindən birinin həyətində Leyla Əliyevanın iştirakı ilə 100 ədəd badam, gavalı və nar ağacı əkilib.

Bundan başqa, Leyla Əliyeva 2013-cü il dekabrın 20-də III dərəcəli Müqəddəs Mələksima "Knyaginya Olqa” ordeni və "Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub.

2015-ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri adına layiq görülüb.

20 oktyabr 2015-ci ildə "Puşkin” medalı ilə təltif olunub.

2016-cı il sentyabrın 28-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin "Xidmətlərə görə” medalına layiq görülüb.

Leyla Əliyeva həm də yaradıcı insandır. O, şeirlər yazır, rəsm çəkir. Bundan başqa, "Əli və Nino” filminin icraçı prodüseri olub, eləcə də, "Bakı, mən səni sevirəm” kinolayihəsinə rəhbərlik edib.

Məlumat üçün bildirək ki, Leyla Əliyeva iki oğul, bir qız anasıdır.


Oxunub: 616






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim