reklam
USD
9 ℃
EUR
BAKI

Azərbaycanlı alim açıqladı: Peyvəndə ehtiyac olmayacaq və COVİD-19 bu tarixdə bitəcək

MÜSAHİBƏ / 04.07.2020 17:40
Azərbaycanlı alim açıqladı: Peyvəndə ehtiyac olmayacaq və COVİD-19 bu tarixdə bitəcək



Azərbaycanda koronavirusun sürətlə yayılması, ölüm hallarının çoxalması və payızda virusun yeni dalğasının gələcəyi ilə bağlı məlumatlar, "pandemiya nə qədər davam edəcək, bəs peyvəndlər bizi xilas edə biləcək?” kimi suallar doğurur.

Tibb elmləri doktoru, professor Adil Qeybullanın fikrincə, koronavirusa qarşı peyvəndə ehtiyac olmayacaq, çünki payızın sonunadək pandemiya bitəcək.

Alim təhlükəli infeksiyanın xüsusiyyətləri, infeksiyanın qarşısını alan tədbirlər və hər müxtəlif rakurslardan müzakirə olunan COVID-19 əleyhinə peyvəndləmə perspektivləri barədə danışıb.

- Pandemiyadan danışarkən məmurlarımız tez-tez koronavirus peyvəndinin olmamasından təəssüflənirlər. Azərbaycanda kütləvi peyvəndləmə ehtimalı nə qədərdir?
-Əvvəla onu deyim ki, peyvəndləmə fəalimmunlaşdırılma formasıdır. Bu xəstəliklərin qarşısının alınmasında effektiv tədbirdir. Misalçün, peyvəndləmə yolu ilə karantin infeksiyasının ən təhlükəli formalarından birini – təbii suçiçəyi xəstəliyini dəf edə bildik. Peyvəndləmə qızılca, göy öskürək, qara qızdırma, difteriya, vərəm və s. kimi bir çox yoluxucu xəstəliklərin yayılmasının qarşısını alır.

Qrip epidemiyası ilə dəfələrlə müqayisə edilən SARS-CoV-2 əleyhinə peyvənddən danışarkən qeyd etməliyik ki, bu günə qədər qrip əleyhinə effektiv peyvəndin tapılmamasının səbəbi H1N1 virusunun hər il özünü fərqli şəkildə biruzə verməsi, fenotipik dəyişikliklərə, mutasiyalara məruz qalmasıdır.

- Koronavirusa qarşı peyvəndi ciddi bir nəsnə kimi qəbul etmək olmaz. SARS-CoV-2 ştammıilk yoluxma hallarından etibarənmaksimum 8-9 ay ərzində aktiv olacaq MERS və SARS kimi koronavirus infeksiyaları ilə bağlı təcrübələr buna sübutdur...
- Buna görə də səbirli olmalıyıq və karantin normalarına ciddi şəkildə riayət etməliyik, sosial məsafəni qorumalıyıq, tibbi maska taxmalıyıq və mentalitetimizə xas vərdişlərdən əl çəkməliyik. Kiminləsə rastlaşanda əl tutub görüşməkdən, qucaqlaşmaqdan, öpüşməkdən çəkinməliyik.

- Məlumdur ki, peyvənd hazırlanması tələskənlik xoşlamır, sözügedən prosesdə təhlükəsizlik məsələlərinin öyrənilməsinə xeyli vaxt sərf olunur. Koronavirus peyvəndinin insan orqanizmi üçün nə kimi təhlükələri ola bilər?
- Peyvəndləmə təhlükəsiz deyil. Peyvənd icad olunsa belə, onun insan orqanizminə necə təsir edəcəyini proqnozlaşdırmaq çətindir. Qısa müddət ərzində peyvəndin təhlükəsizliyini və effektivliyini yoxlamaq mümükün deyil. Bunlarıaraşdırıb öyrənmədən isə kütləvi peyvəndləmə aparmaq olmaz: dəfələrlə tələsik peyvəndləmənin faciələrlə sonuclanması müşahidə olunub.

Düşünürəm ki, sözügedən peyvəndin yaradılması və sınaqdan keçirilməsinə qədər koronavirus mutasiyaya uğrayıb özü tədricən yox olacaq. Bu baxımdan, karantin mədəniyyətinə əməl etmək, sosial məsafəni qorumaq, maska taxmaq və əlləri tez-tez yuyub təmizləmək infeksiyanın qarşısını almağın ən effektiv və asan yoludur.

- Vətəndaşları bir məsələ narahat edir: nədən bəzi hallarda xəstəlik çox ağır keçir, hətta ölümlə nəticələnir, bəzi hallardasa isə o qədər yüngül keçir ki, yoluxanlar hətta xəstə olduqlrından belə xəbər tutmurlar? Ən kədərlisi isə ölənlərin arasında sağlam, cavan adamların, idmançıların olmasıdır...
- Bu yoluxma zamanı bədənə daxil olan virusun titrindən asılıdır. Virusun titri nə qədər yüksəkdirsə, xəstəlik də bir o qədər ağır keçir. Yeri gəlmişkən, bu həkimlərdə və tibb mütəxəssislərində xəstəliyin daha ağır gedişatını izah edir. Buna görə də karantin qaydalarına əməl edənlər üçün xəstəlikdən qorunmaq daha asandır. xəstəliyə dözmək daha asandır. Uşaqlar, gənclər, bəzən də böyüklərdə xəstəlik simptomsuz keçir.

Bəzi xəstələrdə xüsusilə güclü iltihabi proseslərə səbəb olan immun, (sitokin) fırtınası baş verir, bu zaman immun hüceyrələri sağlam toxumalara hücum etməyə başlayır və bu xəstənin ölümünə səbəb olur. Buna görə əksər xəstələrdə, xüsusilə də idmançılarda ağırlaşmalar baş verir.

- Koronavirus testlərinin nəticələrinə tam etibar etmək mümkündürmü?
- Koronavirus testlərinin nəticələri aldadıcı ola bilər. Bəzən xəstəlik təsdiqləndikdən sonra belə, test mənfi nəticə göstərir. Buna görə də testləri ayrıca element kimi deyil, diğər müayinə amilləri ilə birlikdə nəzərdən keçirilməlidir.

- Məlumdur ki, yayda ağciyər xəstəlikləri yüngül və hətta simptomsuz keçir. Ola bilsin, belə demək doğru deyil, amma bəxtimiz gətirib ki, xəstəliyin pik həddi yay aylarına təsadüf edir. Bəs xəstəliyin yeni dalğasının gəlişi mümkündürmü?
- Yay aylarında günəş şüaları, xüsusən də ultrabənövşəyi şüalar səthlərdə virusu məhv edir. Bu mənada sizin fikrinizlə razıyam. Yay bizim xeyrimizədir. Təbii ki, payızda kəskin respirator xəstəliklər daha çox olur. Üst tənəffüs yollarında müxtəlif viruslar parazitləir - adenoviruslar, rinoviruslar, paroviruslar və s. Soyuqdəymə və koronavirus da hər il kəskin mövsümi respirator xəstəliklərə səbəb olur. Payızda, bu xəstəliklər baş qaldıranda, SARS-CoV-2 koronavirusu yavaş-yavaş sönəcək. Ölkədə kollektiv immunitet yaratma prosesinin getməsi də buna zəmin yaradır. Xəstəliyin ikinci dalğasına gəldikdə, bəzi ölkələrdə bu proses artıq başlayıb . Xəstəliyin yayılma piki isə payızın əvvəlinədək davam edəcək.

Azərbaycanda infeksiyanın yayılmasının fərqli - spesifik mənzərəsi müşahidə olunur. Bizdə karantin rejiminin yumşaldılmasından sonra aktiv surətdə kollektiv immunitetin yaradılması prosesi gedir. Hazırda ölkədə əhalinin 60% -i yoluxub və bu proses davam edir. kollektiv immunitetin aşağı həddi xəstələrin 70% -ni təşkil edir və biz bu yoldayıq.


Oxunub: 548






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim