reklam
USD
24 ℃
EUR
BAKI

HƏKİM FƏRYAD ETDİ: "Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm"

CANLI TV / 05.07.2020 02:13
HƏKİM FƏRYAD ETDİ: "Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm"



"Sağ qalsam, bundan sonra bir nəfər azərbaycanlıya, özünü azərbaycanlı sayana pulsuz xidmət etməyəcəm”. Azərbaycanda koronaviruslu xəstələrə qulluq edən və sonradan özü də virusa yoluxan həkim-anestezioloq Araz Namzatoviç Ağayev Facebook profilində belə yazıb.

Görəsən, həkimin bu qədər hiddətlənməsinə nə səbəb olub?

carciTV xəbər verir ki, özünün Facebook statusunda həkim bunları yazıb:

"Çox hörmətli dostlar! Özümü qoruya bilmədim. Maləsəf, mən də yoluxdum (Diaqnoz: ikitərəfli ağciyər pnevmoniyası; sol 50% zədələnib). Təngnəfəslik, boğulma, öskürək, qızdırma yorur. Müalicə başlanıb.

Deməli, işlədiyim xəstəxanaya yerləşdim. Yerləşdiyim otaqda tualet var. 50-60 yaşlarında bir xala gəlib həmin tualetə girir (qaldığımız otaqda məndən əlavə iki kişi xəstə var) və tualetin içinə nə gəldi atır. İş o həddə çatıb ki, artıq tualet işləmir. Bu gün irad bildirmişəm ki, ay xala, heç olmasa, eyni məsafədə şöbənin o biri tərəfində tualet var, get ora. Səsini atdı başına. Nə isə ki, mənə "erməni”yə qədər dedi. Dedim, düz deyirsən, mən "erməni” sən azərbaycanlıya üç aydır niyə baxıram ki, yoluxub bura gələm. Nə desən haqlısan…

Əl qərəz. Sağ qalsam, bundan sonra bir nəfər azərbaycanlıya, özünü azərbaycanlı sayana pulsuz xidmət etməyəcəm (şəhid ailələri və qazilərdən başqa)”.

Son fikrini yarı zarafat – yarı ciddi cümlə ilə bitirən Araz Namzatoviç adlı gənc həkim digər bir statusunda həmkarlarının həyat və iş şəraiti ilə bağlı bunları yazaraq: "Nə qədər ki, bu dövrdə, ən ağır durumda belə, həkimlərin və tibb işçilərinin məvacibi, yaşayış şəraiti yaxşılaşmayacaq, vəziyyət bundan da betər olacaq…”, – deyib.

Həkimə təbii ki, cansağlığı, tezliklə yoluxduğu bu virusdan xilas olmasını arzu edirik. Təbii ki, onun hisslərini başa düşürük. Bununla belə, bildirməliyik ki, dünyanın hər yerində nadanlar, cahillər var. Ola bilsin, bizim ölkəmizdə sayları bir qədər çoxdur.

Digər tərəfdən, məsuliyyətsizlik və laqeydlik təkcə həkimlərə qarşı deyil, ölkədə bütün sahələrdə var. O ki qaldı səhiyyəyə, gənc həkim bu sənətə gələndə bilməli idi ki, o elə bir ölkədə yaşayır ki, hətta koronavirusdan da əvvəl buralarda insanlar sağlamlığına qarşı laqeyd olub. Burada qadınlar və kişilər xarici görünüşünə, görüntüyə daha çox diqqət və pul ayırır, nəinki sağlamlığına.

Odur ki, nə olur-olsun hisslərə sahib olmaq, aqressiya püskürən sözlərdən uzaq durmaq lazımdır. Unutmaq olmaz ki, koronavirus kin, bədbinlik, ümidsizlik, nifrət, qorxu, aqressiya daşıyan insanların canına daha çox qəsd edir. Qəzəb və peşmançılıq həyat və sağlamlıq üçün təhlükəlidir.


Oxunub: 506






SON XƏBƏRLƏR

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image

2025-05-27

17:23 QƏZƏLLƏR : O.D.ELMAN

Product image

2025-05-26

15:16 Prezident İlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub

Product image

15:01 “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb

Product image

2025-05-19

00:14 YAZMAĞA VARIMDIR QƏLƏM, VARAĞIM, TUTARLI YAZMAĞA SÖZ AXTARIRAM

Product image

00:08 ÖMRÜN SONU İLƏ ÖMRÜN ƏVVƏLİ, AXIRDA BİRLƏŞİB, BİR YOL GEDİRLƏR

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim