reklam
USD
6 ℃
EUR
BAKI

Hökumət əhaliyə sosial yardım edəcək? - MİLLƏT VƏKİLİ

REPORTAJ / 05.07.2020 13:09
Hökumət əhaliyə sosial yardım edəcək? - MİLLƏT VƏKİLİ



"Son günlər yoluxmanın artmasının səbəblərindən biri vətəndaş məsuliyyətsizliyidir. Bu gün mediadan oxudum ki, xəstə adam mağazaya gedib, alış-veriş edir. Bu insan həm özünü, həm də ətrafdakılara zərər verir. Belə məsuliyyətsiz insanlar sayəsində yoluxma sayı da durmadan artır”.

Bu sözləri öz açıqlamasında millət vəkili Asim Mollazadə deyib. O, məsuliyyətsiz insanlara qarşı nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb:

"Metroda insanların maskasız olması, sosial məsafə gözləməməsi, həmçinin ictimai nəqliyyatda olan sıxlıq ölkədə yoluxma sayının artmasına səbəb oldu.

Amma gec olmadan biz bu bəlanın qarşısını almalıyıq. Vətəndaş məsuliyyəti ilə yanaşı mağazalarda, ictimai nəqliyyatda qaydalara əməl olunmasına nəzarəti artırmalıyıq”.

Millət vəkilinin sözlərinə görə, karantin rejimin yumşaldılması yoluxma sayını artırıb:

"Azərbaycan ilkin mərhələdə düzgün qərarlar qəbul etmişdi. Yoluxma və ölüm sayı çox az idi. Sonradan ümumi vəziyyəti nəzərə alaraq, ölkədə bəzi yumşalmalar həyata keçirildi. Bu yumşalmalar nəticəsində vəziyyət ağırlaşdı. Məhz bu baxımdan karantin rejiminin daha da sərtləşdirilməsi doğru qərardır. İnanıram ki, ilkin mərhələdə əldə olunan müsbət nəticəyə bu dəfə də nail olacağıq. Mən vətəndaşlara müraciət edərək demək istəyirəm ki, özlərini maksimum şəkildə qorusunlar”.

A.Mollazadə evdə qalan vətəndaşlara dövlət dəstəyinin olmasının vacibliyini vurğulayıb:

"Azərbaycanda karantin rejimi ilə bağlı müəyyən sosial qərarlar verilib. Amma düşünürəm ki, sosial sahədə görülən işlər daha da artırılmalıdır. Vətəndaşları virusdan qorumaqla yanaşı, onların sosial durumlarına da xüsusi diqqət olmalı və bu istiqamətdə tətbirlər həyata keçirilməlidir. Düşünürəm ki, dövlət bu tədbirləri həyata keçirəcəkdir”.


Oxunub: 660






SON XƏBƏRLƏR

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image

01:35 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim