reklam
USD
7 ℃
EUR
BAKI

Xırdalanda ötən gecə nə baş verib? - DİN-dən AÇIQLAMA

XƏBƏR / 07.07.2020 17:57
Xırdalanda ötən gecə nə baş verib? - DİN-dən AÇIQLAMA



Daxili İşlər Nazirliyi (DİN) bu gün Xırdalanda sakinlərin karantin qaydalarına riayət etməməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirib.

carciTV xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov bildirib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları mütəmadi olaraq ərazilərdə koronavirusla mübarizə çərçivəsində xidmət aparırlar:

"Bəzi xəbər saytlarında Xırdalan sakinlərinin karantin qaydalarını pozması ilə bağlı xəbər yerləşdirilib. 

Bununla bağlı qeyd etmək istəyirik ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisindəki parklarda, supermarketlərdə, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirir.

Sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunurlar”.

Z.Hüseynov polis əməkdaşları tərəfindən keçirilən reydlər zamanı karantin qaydalarını pozan şəxslər barəsində protokolların tərtib edildiyini də vurğulayıb:

"Həmin parkda da fasiləsiz olaraq polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularından ibarət naryadlar xidmətə cəlb ediliblər. Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq həmin parkda reydlər keçirilir.

Sonuncu belə reyddə müvafiq icazəsi olmayan, o cümlədən, sosial məsafəni gözləmədən beş nəfərdən artıq toplaşaraq, hərəkət edən 20 nəfər şəxs RPİ-yə gətirilərək, barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib”.


Oxunub: 466






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim