reklam
USD
17 ℃
EUR
BAKI

“Rəqəmsal Jurnalistikaya doğru” proqramı başa çatıb

CANLI TV / 08.07.2020 22:24
"Rəqəmsal Jurnalistikaya doğru” proqramı başa çatıb



Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və "PAŞA Holding”in sponsorluğu ilə reallaşdırılan "Rəqəmsal Jurnalistikaya doğru” proqramı uğurla başa çatıb. Proqramın onlayn formatda həyata keçirilən bağlanış mərasimində proqram iştirakçıları və təlimçilər iştirak ediblər.

"carciTV” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizdə elektron hökumət quruculuğu, rəqəmsallaşma ilə bağlı maarifləndirmə sahəsində medianın vacib rolunu diqqətə çatdırıb.

Dövlət Agentliyinin sədri kütləvi informasiya vasitələrinin nümayəndələrinin bu sahədə fəaliyyətini yüksək qiymətləndirərək onlara öz təşəkkürünü ifadə edib.

"Rəqəmsal Jurnalistikaya doğru” proqramı iki mərhələdən ibarət olub. Birinci mərhələdə müvafiq kriteriyalar üzrə seçilmiş iştirakçılar üçün xüsusi proqram üzrə təlimlər keçirilib. 17 – 20 iyun tarixində vebinar formatında baş tutan təlimlər "Jurnalistikada son trendlər”, "Jurnalistikada etik qaydalar və media qanunu”, "Elektron layihələr”, "Rəqəmsal bankçılıq”, "Elektron hökumət portalları”, "Startaplar”, "Süni intellekt”, "Blokçeyn texnologiyaları” və digər mövzuları əhatə edib.

Proqramın ikinci mərhələsində isə vebinar təlimlərini uğurla bitirmiş iştirakçılar arasında yazı müsabiqəsi keçirilib. Proqramın bu hissəsində seçilmiş mövzular üzrə real halların araşdırılması və həmin istiqamət üzrə rəqəmsal xidmətlərin oxucu dilinə çevrilməsi həyata keçirilib.

Proqram iştirakçılarının mövzulara stimulunun artırılması məqsədi ilə münsiflər heyəti tərəfindən müəyyən olunmuş ən yaxşı məqalələrin müəllifləri pul mükafatı ilə mükafatlandırılıblar. I yerin sahibi Rəşad Cəfərov 1000 AZN, II yerin sahibi Anzulə Pərvizqızı 700 AZN, III yerin sahibi Fərman Nəbiyev isə 500 AZN pul mükafatına layiq görülüblər.

Proqramda informasiya texnologiyaları, elektron hökumət, elektron xidmətlər, rəqəmsal həllər üzrə çalışan media nümayəndələri, həmçinin bu sahədə öz biliklərini artıraraq gənc bloger kimi yetişmək və cəmiyyətin maarifləndirilməsi istiqamətində töhfə vermək istəyən şəxslər iştirak ediblər.

Bundan başqa, proqramı müvəffəqiyyətlə başa vuran iştirakçılar Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən elektron sertifikatlarla təltif olunublar.

Proqramın əsas məqsədi media nümayəndələrinin rəqəmsal hökumət sahəsindəki trendlər, elektron xidmətlər və həllər haqqında məlumatlandırılmaları və bu xidmətlərin vətəndaşlar arasında düzgün təbliğinin təmin edilməsidir.

Elektron Hökumətin İnkişafı Mərkəzi "myGov”, "e-Gov” elektron hökumət portallarını, "ASAN Login, "ASAN Finans”, "ASAN ödəniş” sistemi, "ASAN viza”, eləcə də "e-Satınalma”,"e-agro”, "e-hərrac”, ADRA icazələr sistemi, tikintiyə icazə sistemi və digər elektron dövlət layihələrini idarə edir. Bundan başqa Mərkəz "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni ərsəyə gətirib.


Oxunub: 365






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim