reklam
USD
13 ℃
EUR
BAKI

“PUTİNİN LİMUZİNİ” BAKIYA NECƏ GƏLİB ÇIXIB? – Satışda yoxdur...

MARAQLI / 10.07.2020 01:51
"PUTİNİN LİMUZİNİ” BAKIYA NECƏ GƏLİB ÇIXIB? – Satışda yoxdur...


Rusiyanın yüksək vəzifəli şəxslər üçün istehsal edilən "Aurus Senat” limuzinin nümunələrindən biri Bakı küçələrində görünüb. Avtomobilin fotosu "carsinbaku_official İnstagram” səhifəsində yerləşdirilib, həmin fotoya bir çox Rusiya saytları diqqət yetiriblər.

Fotoya əsasən "Aurus Senat” Azərbaycan dövlət nömrə nişanı (90 MC 002) daşıyır. Rusiya saytları qeyd edirlər ki, avtomobilin Azərbaycana necə gedib çıxdığı məlum deyil, çünki "Aurus Senat”ı fərdi müştərilərə hələ satmırlar və ancaq gələn il sifarişlər qəbul olunacaq.

"Avtonovostidnya.ru” portalı ehtimal edir ki, ola bilsin avtomobil Rusiyanın Bakıdakı səfirliyinə məxsusdur. Digər mümkün variant isə avtomobilin qızmar iqlim və dağlıq ərazilərdə sınaqdan keçirilmək üçün Azərbaycana göndərilməsidir.

"Aurus” MMC şirkətinin rəhbəri Adil Şirinov bildirib ki, "Aurus Senat” modelinin seriya istehsalını ancaq 2020-ci ilin noyabrında başlamaq planlaşdırılır. Avtomobil "Ford Sollers” birgə müəssisəsinin Tatarıstanın Yelabuqa şəhərində yerləşən zavodunda yığılacaq.

"Bu il ərzində biz pilot partiyanın yığımını planlaşdırırıq-noyabrın sonlarında ilk kuzovu qaynaq edəcəyik. Və 2021-ci ilin mayında ilk sifarişləri təhvil verəcəyik”,-Adil Şirinov "Kommersant”a bir müddət əvvəl verdiyi açıqlamada bildirib.

Avtomobilin kuzovu, mühərriki və transmissiyası Rusiyanın öz istehsalıdır, hərçənd avtomobilin yığılmasında xarici detallardan da istifadə olunur.

Qeyd edək ki, "Aurus” Rusiyada hakimiyyətin yüksək vəzifəli şəxsləri üçün nəzərdə tutulmuş modeldir və "Putinin limuzini” kimi tanınır.

Artıq Rusiya prezidenti vahid nümunədə yığılmış zirehli "Aurus Senat Limousine” xidməti avtomobilindən istifadə edir.


Oxunub: 2325






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim