reklam
USD
27 ℃
EUR
BAKI

“O ailələrə 10 min manat verilsin” - TƏKLİF

REPORTAJ / 11.07.2020 09:10
"O ailələrə 10 min manat verilsin” - TƏKLİF


"Bildiyiniz kimi qlobal pandemiyadan ən çox təsirlənən tibbi personaldır. Bir çox ölkələrdə bunu nəzərə alaraq həkimlərin maddi təminatı və mühafizəsi gücləndirilir, koronavirusla mübarizədə həyatını itirən səhiyyə işçilərinin ailəlilərinə birdəfəlik yardım ayrılmaqla yanaşı həm də onların adları əbədiləşdirilir. Azərbaycanda səhiyyə işçilərin sosial baxımdan ən müdafiəsiz təbəqələrdən biridir. Onların ötən il üçün orta aylıq əmək haqqı 352,4 manat olub ki, bu da həmin dövrə iqtisadiyyatın digər sahələri ilə müqayisədə ən aşağı göstəricidir. Yəni səhiyyə işçiləri yalnız təhsil işçiləri ilə deyil, həm də nəqliyyat, tikinti, sənaye, rabitə, maliyyə işçiləri ilə müqayisədə ən aşağı məvacib alırlar. Son məlumata görə, dünyasını dəyişən səhiyyə işçilərinin sayı 15-dən, tibb personalı arasında yoluxanların sayı isə 1500-dən çoxdur. Onların əmək fəaliyyətinin stimullaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə Qərarına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 11 707 nəfərə - 9015 tibb işçisinə, 2692 qeyri-tibb işçisinə aprel ayı üzrə iş vaxtına mütənasib olaraq 13,1 milyon manat müddətli əlavə ödənilib. Agentlik may ayında isə 8376 nəfər tibb işçisinə, 2476 nəfər qeyri-tibb işçisinə may ayı üzrə iş vaxtına mütənasib 13.7 milyon manat müddətli əlavə ödəyib. Tibbi işçilərinə ödənişlər onların iş vaxtına mütənasib olaraq hesablandığına görə, bu son nəticədə orta aylıq əmək haqqının 5 dəfə deyil, daha az artmasına gətirib çıxarıb. Bu da hazırda tibb personalı arasında ciddi narazılıq yaradır. Odur ki, hazırkı dövrün tələblərinə uyğun olaraq təklif edirəm ki, Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarında müvafiq dəyişikliklərin edilsin və səhiyyə işçilərinin əməyinin risk dərəcəsinə görə yüksəksəldici əmsallarla 5-10 dəfəyədək stimullaşdırılsın”.

carciTV xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

Q.İbadoğlu qeyd edib ki, koronavirusa yoluxub dünyasını dəyişən səhiyyə işçilərinin ailəsinə 10 min manat , bu xəstəlikfən müalicə alan tibb personalına isə 5 min manat məbləğində birfədəlik yardım təyin olunmalıdır: "Koronavirusa yoluxub dünyasını dəyişən səhiyyə işçilərinin adını əbədiləşdirmək üçün Bakı şəhərinin mərkəzi parklarının birində xatirə lövhəsi quraşdırılmalı və onların adı həmin lövhəyə həkk edilməlidir”.


Oxunub: 834






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim