reklam
USD
20 ℃
EUR
BAKI

Minsk qrupu bacarmadı, Qarabağda dəhşətli SAVAŞ BAŞLAYIR

CANLI TV / 11.07.2020 09:13
Minsk qrupu bacarmadı, Qarabağda dəhşətli SAVAŞ BAŞLAYIR - DETALLAR AÇILDI


Müharibə ehtimalından danışarkən deməliyəm ki, müharibənin başlanması hər an mümkündür. Biz bunu başa düşməliyik. Sadəcə elə dövrlər olur ki, müharibənin başlama ehtimalı bir az çox, bəzən isə bir qədər aşağı olur.

carciTV xəbər verir ki, bunu Teleqraf.om-a açıqlamasında hərbi ekspert Azad İsazadə bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 6-da yerli televiziya kanallarıa müsahibəsində bir sıra vacib məsələlərə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabğ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinə toxunub. Prezident ATƏT-in və onun faktaraşdırıcı missiyasının fəaliyyətsizliyini tənqid edib. Dövlət başçısı hərb variantının istisna olunması ilə bağlı həmsədrləıin fikirlərini də tənqid edib və bildirib ki, aprel döyüşləri heç kimin yadından çıxmasın.

Hərbi ekspert Azad İsazadə hesab edir ki, dövlət başçısının bu bəyanatı Azərbaycan tərəfində ATƏT-in Minsk qrupuna inam qalmadığından xəbər verir:

"Aydındır ki, Minsk qrupuna inam bəlkə 10 ildir, bəlkə bir qədər də çoxdur ki, itib. Hətta, Minsk qrupu ilə bağlı lətifələr də qoşulub, qısametrajlı yumoristik film də çəkilib. Onlar diplomatik pasportla İrəvana, Bakıya, Xankəndiyə gəlirdilər, yeyib-içirdilər, pay-püş alırdılar, yığışıb çıxıb gedirdilər. Minsk qrupunun fəaliyyəti faktiki olaraq bundan ibarət idi”.

Hərbi ekspert daha sonra deyib:

"Mən Prezident İlham Əliyevin bəyanatını belə qəbul edirəm; ya danışıqlar başlanır, amma hansısa yeni formatda – çünki Minsk qrupu öz işini bacarmadığı üçün hansısa yeni format tapılır, – ya da bizim çıxış yolumuz qalmadığı üçün məcbur olub müharibəyə başlayacağıq. Deməli, danışıqlar üçün hələ şans qalır, amma müharibə də istisna olunmur. Bizim nə vaxt öz hüququmuzdan istifadə etməyə başlayacağımız isə ayrı məsələdir. Burada bir neçə amil rol oynayır. Bunlar birincisi fəsil periodudur. İkincisi beynəlxalq vəziyyətdir. Çünki aydın məsələdir ki, Azərbaycan beynəlxalq sanksiyalarla da üzləşə bilər. Deməli, buna da hazır olmalıyıq. Və sözsüz ki, yeni yaranmış vəziyyət – pandemiya da burada rol oynayır. Yəni, başlayacaq müharibəyə pandemiyanın da hansısa formada təsiri olacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün faktiki olaraq danışıqlar prosesinin getmədiyini bildirib. Deyib ki, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur və bu, sadəcə olaraq, Minsk qrupunun sanki fəaliyyətdə olmasını göstərir.

Bu məsələyə də münasibət bildirən Azad İsazadə Minsk qrupunun son 5-10 ildə keçirdiyi görüşlərin mənasız olduğunu vurğulayıb:

"Bu mənim şəxsi, subyektiv fikrimdir. Aydındır ki, mən hər şeyi bilmirəm. Yalnız rəsmi görünən tərəfdən Minsk qrupunun fəaliyyətini müzakirə edə bilərəm. Amma nəticə baxımından mənasızdır. Heç bir nəticə əldə olunmayıb. Minsk qrupu heç atəşkəsin qorunub saxlanılmasına da nəzarət edə bilmir. Nisbətən atəşkəsə nəzarət etməyə çalışır, amma buna da nail ola bilmir. Məncə, Minsk qrupunun vasitəçiliyi ilə nazirlər arasında keçirilən son iki görüş yox, 5-10 il öncə də qrupun fəaliyyəti mənasız idi. Bəlkə də mən səhv edirəm. Bəlkə hansısa sənədlər var ki, mənim ondan xəbərim yoxdur, amma mənim fikrimi soruşursunuzsa, mənim fikrim belədir”.


Oxunub: 914






SON XƏBƏRLƏR

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim