Polkovnik: Vəziyyət daha da gərginləşə bilər, hazır olun - MÜHARİBƏ
XƏBƏR / 13.07.2020 16:46
Polkovnik: Vəziyyət daha da gərginləşə bilər, hazır olun - MÜHARİBƏ
carciTV xəbər verir ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.
Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!
*** Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir.
Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir."Düşmənin bu təxribatı gözlənilən idi. Azərbaycan Ordusu hər zaman belə təxribatlara qarşı hazırlıqlıdır və düşmən tərəfindən atılan bütün addımlara ən sərt şəkildə cavab veriləcək".
Bu sözləri ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. O, düşmənin təxribatının səbəblərindən də bəhs edib: "Pandemiya dövründə bu addımı atmağın müəyyən səbəbləri var. Baxın, niyə məhz indi və cəbhədə deyil, dövlət sərhədində təxribata cəhd etdilər? Bunun bir səbəbi var - pandemiya səbəbindən Ermənistanı daxilində olan gərginlik. Bəli, cəmiyyətin fikrini yayındırmaq üçün məhz Azərbaycanla sərhəddə təxribat törətmək lazım idi. Bununla göstərmək istəyirlər ki, guya onların başı müharibəyə qarışıb və buna görə əhalinin problemləri ilə maraqlana bilmirlər. Əlbəttə ki, onların bu niyyəti baş tutmayacaq. Çünki artıq yerli əhali Paşinyanın boş və mənasız vədlərindən yorulub, təngə gəlib”.
Ş. Ramaldanov bildirib ki, Azərbaycan ordusu tərəfindən düşmənin hər hansı bir təxribata işarə edən hərəkətləri daim müşahidə altındadır: "Müdafiə naziri general-polkovnik cənab Zakir Həsənov keçirdiyi müşavirədə bu məsələyə diqqət çəkmişdi. O, düşmənin hər an təxribata əl ata biləcəyini bildirmişdi. Azərbaycan hər zaman cəbhə xəttini, sərhəd bölgəsini nəzarətdə saxlayır. Buna misal olaraq, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyevin də cəbhə bölgəsinə gedib, oradakı vəziyyətlə tanış olmasını, müəyyən göstərişlər verməsini göstərmək olar. Yəni, Azərbaycan tərəfi bu təxribata ciddi şəkildə hazırlıqlı idi və bunun nəticəsi olaraq düşmənin qarşısı çox ustalıqla alındı və onlara ağır cavab zərbələri endirildi. Prezident İlham Əliyev də dəfələrlə öz çıxışlarında Azərbaycanın hər an öz torpaqlarını işğaldan azad etmək üçün müharibə edə biləcəyini bildirib. Ona görə də, müharibə olma ehtimalı qaçınılmazdır. Biz buna hazır olmalıyıq. Hər an vəziyyət daha da gərginləşə və müharibə ola bilər”. Hərbi ekspert Azərbaycan Ordusunun Tovuz istiqamətindən irəlləməsi haqqında da danışıb: "Azərbaycan Ordusunun bütün istiqamətlərdə yetəri qədər imkanları var ki, düşmənə sarsıdıcı zərbə endirə bilsin. Bu istiqamətdə bütün tədbirlər görülüb. Bugünkü döyüşdə Azərbaycan əsgərlərinin qəhrəmancasına düşmənə layiqli cavab verməsi onu göstərdi ki, Azərbaycan Ordusunun bölmələri bütün istiqamətlərdə olduğu kimi, Tovuz istiqamətində də daim düşməni nəzarət altında saxlayır. Azərbaycan əsgəri düşmənin hər hansı bir təxribatına cavab verməyə hazır vəziyyətdədir. Tovuz istiqamətində ordumuzun irəlləməsi məsələsinə gəlincə, bildiyiniz kimi, Tovuz rayonu Ermənistanla sərhəd rayondur. Düşünürəm ki, əgər biz hər hansı bir əməliyyata başlasaq, bu, ancaq işğal olunmuş torpaqlar istiqamətində olacaq. Yəni, bizim əsas hədəfimiz işğal altında olan torpaqları qaytarmaq, ərazi bütövlüyümüzü bərpa etməkdir. Lakin düşmən tərəfi öz təxribatlarına davam etsə, o zaman biz, Prezident İlham Əliyevin də dediyi kimi, öz qədim torpağımız olan İrəvan uğrunda da savaşmağa başlayacağıq. Amma hələlik əsas hədəf işğal altında olan torpaqlarımızdır”.
Oxunub: 559
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
09:56 Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim