EY QƏLƏM AÇMA AĞIZ HAL ƏHLİNİ BİLMƏYƏNƏ, DƏRYADAN DAMLALARI HALAL İŞƏ QIYMAYANA!
NƏŞR / 15.07.2020 21:27
EY QƏLƏM AÇMA AĞIZ HAL ƏHLİNİ BİLMƏYƏNƏ,
DƏRYADAN DAMLALARI HALAL İŞƏ QIYMAYANA!
Yaşadığımız bu dünya Allah tərəfindən bizim üçün yaradılmış əbədi olmayan, müvəqqəti bir məkandır. Bəşər yaranan ilk gündən xeyirlə-şərin müzakirəsi də yaranmağa başladı. İnsanlar iki xilqətli dünyaya gəldilər. Kimisi özü üçün Allahı ibadətgah yeri seçib, Onun ardınca getdi, kimisi isə şeytanı özünə "dost” seçib onun quluna çevrildilər.
Allah bizə özümüzü idarə etmək üçün, ağıllını ağılsızdan, yaxşını pisdən seçmək üçün şüur verib. Bəs, biz bu şüurdan necə faydalanırıq?! Dünya malı ilə kor olmuş gözlərimiz, paslanmış beynimiz, daşlaşmış qəlbimiz pisi yaxşıdan, namərdi mərddən seçə bilirmi?! Zalımın zülmünə göz yumub haqqlını haqsızdan ayıra bilirikmi?! Görəsən kimsə nə vaxtsa "papağını qabağına qoyub” fikirləşibmi ki, mən kiməm, mən dünyaya nə üçün gəlmişəm, yaxşılıqlar edib yaxşı ad qazanmaq üçünmü, yoxsa zülmlər edib "zalim” adı qazanmaq üçünmü?! Bəzilərimizin cavabında deyim: Yox, fikirləşməmisiniz. Çünki dünya malı gözlərinizi kor etmişdi. Bir balaca əliniz pul görən kimi hamı, hər kəs, hətta Uca Allah da yaddan çıxır. Həmin andan yalan, ikiüzlülük, yaltaqlıq, qəddarlıq, riyakarlıq, rüşvətxorluq həyatımızın, yaddaşımızın baş amalına çevrilir. Allah unudulur, haqq yaddan çıxır. Lakin bəzi "çirkin” insanlar öz çirkinliklərinin üstündən pərdə çəkmək üçün, pak-təmiz İslam dinindən istifadə edərək Allah dərgahında daha da çirkinləşir və daha da acizləşir.
"Qurani-Kərim”də buyrulur: "Səni yoxsul ikən tapıb dövlətli etmədimmi?! Elə isə yetimə zülm etmə! Dilənçini də qapıdan qovma. Və həmişə Rəbbinin sənə olan nemətindən söhbət aç!”
Hər insanda bir ürək və vicdan deyilən bir məfhum var. Gəlin ürəyimizin dediyi ilə yox, ağlımızın dediyi ilə hərəkət edək. El arasında belə bir ifadə var: "Süleymana (ə) qalmayan dünya heç kəsə qalmaz”. İnsan bu dünyadan heç nə aparmayacaq. Gəlin, bu sözləri özümüz üçün bir amal seçək və yaxşılıqlar dalınca gedək!
"Qurani-Kərim”də deyilir: "O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün, (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar!” Cənnətliklər sağ tərəfdə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar. Kimi dünyada zərrə qədər yaxşı iş görmüşdüsə, onun xeyrini görəcəkdir (mükafatını alacaqdır). Kimi də zərrə qədər pis iş görmüşdüsə, onun zərərin görəcəkdir cəzasını çəkəcəkdir.
Gəlin insan olduğumuzu unutmayaq! Namusumuzu, qeyrətimizi, insanlığımızı pula satmayaq! Bu kiçik ömrümüzü şərəflə başa vuraq ki, gələcək nəsil bizi "ölü” adlandırmasın. Necə ki, İsgəndər demişdi: "İndi növbə mənimdir, QULAQ asın, bu sizin tarix kitabınıza yazılmış bir səhifədir ki, sonrakı nəsillər bunu oxuduqda sizi xatırlayıb deyəcəklər ki, tfu sizin üzünüzə”. Bütün bunları deməkdə məqsədim sizi pisləyib özümü tərifləmək deyil. Mən heçəm. Mən küçələrin, torpağın, ağacların qurdu, çöllərin otuyam. Mənim adım kefli İsgəndərdir, bəs sizin?
Əgər göyləri, ulduzları, dağları, daşları şahid çəkib soruşsam, hamısı bir ağızdan "ölülər” deyəcək, sonrakı nəsillər sizi "ölü” adlandıracaq. Sən çalış yaxşılıq et, Tanrı sizi mükafatlandıracaq!
Rahib KƏRİMBƏYLİ
2025-11-03
01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində
01:14 TƏMƏNNA
00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU
2025-10-14
21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir
21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər
21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib
21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib
20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib
20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR
2025-08-02
00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək
2025-06-21
11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
