“Fürsətdir, torpaqları işğaldan azad etməliyik” - General
MÜSAHİBƏ / 16.07.2020 16:15
"Fürsətdir, torpaqları işğaldan azad etməliyik” - General İyulun 12-də Ermənistan-Azərbaycan sərhədində hərbi vəziyyətin kəskinləşməsi hələ də gündəmin əsas müzakirə mövzusudur. Azərbaycan cəmiyyəti yaranmış vəziyyətdən istifadə edərək işğal olunmuş ərazilərin azad edilməsi üçün ayaqdadır. Mövzunun hələ də aktual olduğu nəzərə alınaraq bu barədə keçmiş korpus komandiri general-leytenant Yaşar Aydəmirovun fikirlərini öyrənilib. – Cənab general, Ermənistan növbəti dəfə atəşkəsi pozaraq Azərbaycanın mövqelərinə sarsıdıcı zərbələr endirməyə cəhd göstərib. Rəsmi məlumatlara görə, Ermənistan hərbi birləşmələri cavab atəşi nəticəsində geri oturdulub. Azərbaycan cəmiyyəti isə döyüşlərin davam etdirilməsi və işğal olunmuş torpaqların azad edilməsi üçün ayaqdadır. Bir hərbçi kimi necə hesab edirsiniz, bunun üçün əlevrişli zaman yetişibmi? – Heş şübhəsiz indi çox əlverişli zamandır və Azərbaycan Ordusunun da torpaqlarımızı işğaldan azad etmək üçün bütün imkanları var. İstər texniki, istər maliyyə, istərsə də insan resursları baxımından Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrində qat-qat güclüdür. Azərbaycanın səfərbərlik ehtiyatı həddindən artıqdır. Amma indiki vəziyyətdə səfərbərlik elan etmədən də torpaqları azad etmək iqtidarındadır. Ermənistan böyük müharibəyə hazır deyil. Buna nə texniki, nə də maliyyə imkanları çatır. Onlar ancaq bu cür təxribat xarakterli lokal döyüşlər apara bilər. Amma böyük müharibə başqa şeydir. Ermənistanın heç hərbi birləşmələri böyük müharibə aparmaq yetərli deyil. Onlar hesab edir ki, Dağlıq Qarabağa giriblərsə Azərbaycanla bacara biləcəklər. Xeyr, yanılırlar. Azərbaycan bir neçə istiqamətdə hücuma keçib düşmənə sarsıdıcı zərbələrə endirməklə məsələni həll edə bilər. Ona görə də hesab edirəm ki, fürsətdir və bizim torpaqlarımızı işğaldan azad etməli, şəhid olan generalımızın, polkovnikimizin və digər hərbçilərimizin qisasını almalıyıq. Qisas vaxtı yetişib. – Ermənilərin bu dəfə Qarabağda deyil, sərhəd zonasında hərbi əməliyyatlara başlaması barədə müxtəlif mülahizələr irəli sürülür. Sizcə, nədən bu dəfə Tovuz hədəfə alındı? – Bu əlbəttə ki, təxribatdır və burada bir neçə məkrli niyyət var. Ermənistan hesab edir ki, sərhəd zonasında hərbi vəziyyəti kəskinləşdirməklə Azərbaycanı təxribatı çəkəcək və bizimkilər hücum edərək bu ölkənin ərazisinə girəcək. O zaman ermənilər hay-küy salacaqlar ki, onların ərazi bütövülüyünə təhlükə var və Azərbaycanı beynəlxalq ictimaiyyətə təcavüzkar kimi təqdim etməyə cəhd göstərəcəklər. Azərbaycan Ermənistanı bir dövlət kimi tanımasa da – buna haqqı da var, çünki o torpaqlar da bizimdir, ora da Qərbi Azərbaycandır – bu sərhədlər beynəlxaq səviyyədə tanınır. Ona görə də Azərbaycan Ordusu bu təxribata getməyib. Biz bunun əvəzində Dağlıq Qarabağda hərbi əməliyyatlara başlayıb torpaqlarımızı azad etməliyik. Bu bir neçə gündə Ermənistan bir daha Azərbaycan Ordusunun gücünü gördü. Təsadüfi deyil ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın xanımı Azərbaycan analarına müraciət edib. Deyib ki, döyüşlər dayansın, sizin də, bizim də balalarımız ölməsin. Amma o bilmir ki, Azərbaycan anaları vətən uğrunda bütün övladlarını qurban verməyə hazırdır. Azərbaycan xalqı haqq uğrunda ölməkdən qorxmur. Digər tərəfdən, ömrü verən Allahdır. Biz qisasımızı almalıyıq. – Bu dəfəki döyüşlərdə general Polad Həşimov şəhid oldu. Bu olaya müxtəlif yanaşma var. Sizin fikirlərinizi bilmək maraqlı olardı… – Əvvəla, onu deyim ki, Azərbaycan Ordusunun generalı da, polkovniki də şəhid olmağa hazırdır. Amma bundan əvvəl gərək yüzlərlə düşmən məhv edilsin. Mən əlbəttə ki, generalımızın hansı şəraitdə şəhid olduğunu bilmirəm. Bu barədə hər hansı dolğun məlumata malik deyiləm. Ehtimallarla danışmağı da sevmirəm. Onu deyə bilərəm ki, orada hansısa səhv olubsa, bu səhvi kim edibsə, bu məsələ araşdırılacaq və müvafiq tədbirlər görüləcək. Onu da əlavə edim ki, vətəndaşlarımız diqqətli olmalı, hər məlumatı tirajmamalı, Azərbaycan Ordusunun haqqında mənfi rəy formalaşdıra biləcək fikirləri rədd etməlidir. İndi Azərbaycan Ordusuna dəstək lazımdır və sevindirici haldır ki, cəmiyyət demək olar ki, bütövlükdə bu dəstəyi verir.
Oxunub: 822
08.06.2026
13:26 Ardıcıl 3 gün iş olmayacaq
13:12 Bahar Muradova: "Uşaqları qoruya bilməyən platforma uyğun mühit deyil"
13:11 Bakının mərkəzi küşələrindən birində genişmiqyaslı layihənin icrasına başlanılır - FOTO
12:55 SON DƏQİQƏ! Milli Məclis yeni qərar qəbul etdi:12 ay sonra qüvvəyə minəcək
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
12:36 Hansı sosial şəbəkə uşaqlar üçün daha TƏHLÜKƏLİDİR? - Komitə sədrindən MÜHÜM ÇAĞIRIŞ
12:29 Bakıda DƏHŞƏT: Mənzildən ata və məktəbli oğlunun meyitləri tapıldı, digər övlad xəstəxanalıq oldu
12:19 Nazir müavini: "Məktəblərdə "TikTok"a çıxış bloklanıb"
12:15 İsrail İrana qarşı genişmiqyaslı hücumları yekunlaşdırdı? - AÇIQLAMA
11:45 Ermənistanda siyasi qüvvələrin parlamentdəki yerləri bəlli oldu
11:12 Altıağac-Xızı yolunda TƏHLÜKƏ: "Yol tamamilə dağılıb" - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
08:51 Tramp: Netanyahu ABŞ-ın İranla bağlayacağı istənilən sazişi qəbul etməli olacaq
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
10:15 Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO
İDMAN
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim