Prezident İlham Əliyev “Böyükşor” yarımstansiyasının açılışında iştirak edib
CANLI TV / 18.07.2020 09:55
Prezident İlham Əliyev "Böyükşor” yarımstansiyasının açılışında iştirak edib
İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Sabunçu rayonunda "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yeni tikilən "Böyükşor” yarımstansiyasının açılışında iştirak ediblər.
carciTV xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım yarımstansiya ilə tanış oldular.
"Azərenerji” ASC-nin sədri Baba Rzayev yarımstansiyanın texniki göstəriciləri barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi. Bildirildi ki, yeni tikilən "Böyükşor” yarımstansiyasının gərginliyi 220/110/10 kV, gücü isə 750 MVA-dır. Yarımstansiyanın müasir idarəetmə sistemi ilə təchiz edilən mərkəzi idarəetmə otağında iş prosesinə real zaman rejimində nəzarət olunması və göstəricilərin "Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə micro-SCADA sistemi quraşdırılıb. Prezident İlham Əliyev yarımstansiyanı işə saldı. Bu yarımstansiya paytaxtın Sabunçu, Binəqədi, Nərimanov və Nizami rayonlarında yerləşən bir sıra mövcud və tikilməsi planlaşdırılan iri infrastruktur obyektlərinin, sosial-sənaye müəssisələrinin və əhalinin dayanıqlı elektrik təchizatını təmin etmək baxımından mühüm əhəmiyyətə malikdir. "Böyükşor” yarımstansiyası Abşeron enerji qovşağını qidalandıran 220 kilovoltluq xətlərin və yarımstansiyaların yüklənməsini aradan qaldıracaq, xətlərdəki itkiləri azaldacaq, enerji qovşağının sxem etibarlılığını və yükötürmə qabiliyyətini artıracaq. Bu yarımstansiya, eyni zamanda, mövcud 110 kilovoltluq yarımstansiyaların qidalanma sxemlərini təkmilləşdirəcək, tikilməsi nəzərdə tutulan yeni 110 kilovoltluq yarımstansiyaların enerji sisteminə qoşulması məsələlərini həll edəcək. Yeni yarımstansiya qurularkən perspektiv sosial-iqtisadi inkişaf, əhalinin artan tempi də nəzərə alınıb. Yaxın vaxtlara qədər Bakının mərkəz hissəsinin şimal zonasının elektrik enerjisi ilə təchizatı "Xırdalan” yarımstansiyasından çıxan xətlər və 8 yarımstansiya vasitəsi ilə həyata keçirilirdi ki, bu da istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təchizatında bəzi çətinliklər yaradırdı. "Böyükşor” yarımstansiyasının istifadəyə verilməsi ilə bu məsələ artıq həllini tapıb. Yarımstansiyada üç müasir transformator quraşdırılıb, mövcud 2-ci "Hövsan” və 3-cü "Ramana” hava xətlərinin yarımstansiyaya giriş-çıxışı təmin edilib. Hazırda "Binəqədi” yarımstansiyasının yüklənməsini azaltmaq və etibarlılığını yüksəltmək məqsədilə bu yarımstansiyaya kabel xətlərinin çəkilişi davam edir. Qeyd edək ki, son iki ilə qədər Bakıda və Abşeron yarımadasında cəmi beş ədəd 220 kilovoltluq yarımstansiya fəaliyyət göstərirdi. Onların dördü istismar müddətini başa vurmuşdu. Ötən iki ildə isə "Böyükşor” yarımstansiyası və "Şimal” Elektrik Stansiyasının ərazisində qapalı tipli iki yarımstansiya tikilib. Beləliklə, Bakı şəhərindəki 220 kilovoltluq yarımstansiyaların sayı yeddiyə çatdırılıb. Eyni zamanda, istismar müddətini bitirən sistem əhəmiyyətli 220 kilovoltluq dörd yarımstansiyadan ikisində - "Müşfiq” və "Xırdalan” yarımstansiyalarında yenidənqurma işləri tamamlanıb, "Nizami” və "Hövsan” yarımstansiyalarında isə işlər yaxın vaxtlarda başa çatdırılacaq.
Oxunub: 325
08.06.2026
13:26 Ardıcıl 3 gün iş olmayacaq
13:12 Bahar Muradova: "Uşaqları qoruya bilməyən platforma uyğun mühit deyil"
13:11 Bakının mərkəzi küşələrindən birində genişmiqyaslı layihənin icrasına başlanılır - FOTO
12:55 SON DƏQİQƏ! Milli Məclis yeni qərar qəbul etdi:12 ay sonra qüvvəyə minəcək
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
12:36 Hansı sosial şəbəkə uşaqlar üçün daha TƏHLÜKƏLİDİR? - Komitə sədrindən MÜHÜM ÇAĞIRIŞ
12:29 Bakıda DƏHŞƏT: Mənzildən ata və məktəbli oğlunun meyitləri tapıldı, digər övlad xəstəxanalıq oldu
12:19 Nazir müavini: "Məktəblərdə "TikTok"a çıxış bloklanıb"
12:15 İsrail İrana qarşı genişmiqyaslı hücumları yekunlaşdırdı? - AÇIQLAMA
11:45 Ermənistanda siyasi qüvvələrin parlamentdəki yerləri bəlli oldu
11:12 Altıağac-Xızı yolunda TƏHLÜKƏ: "Yol tamamilə dağılıb" - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
08:51 Tramp: Netanyahu ABŞ-ın İranla bağlayacağı istənilən sazişi qəbul etməli olacaq
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
İDMAN
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim