Azərbaycan gənclərindən Ukraynaya böyük dəstək!
XƏBƏR / 18.07.2020 10:36

17 iyul tarixində gənclərin iştirakı ilə Ukraynanın Bakıdakı səfirliyinin qarşısında aksiya keçirilib. Aksiya zamanı gənclər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq, Ukrayna hökuməti tərəfindən Azərbaycana dəstək verilməsinə görə təşəkkür edib, həmçinin bir neçə gün əvvəl Ukraynanın Ermənistandakı səfirliyinə edilən hücumu qınayıblar. Azərbaycan və Ukrayna dillərində "Təşəkkürlər, Ukrayna”, "Ukrayna kimi ol”, "Azərbaycan-Ukrayna dostluğu əbədidir!” kimi şüarlar səsləndirən aksiya iştirakçıları Azərbaycan gəncləri adından bəyanatla çıxış ediblər. Daha sonra səfirliyinəməkdaşları aksiya iştirakçılarının qarşısına çıxaraq, bəyanatın bir nüsxəsini götürüb, gənclərə təşəkkür etdilər.
Aksiya sərtləşdirilmiş karantin rejiminin tələblərinə uyğun – sosial məsafə qorunmaqla, qoruyucu maska və əlcəklərdən istifadə etməklə, beşnəfərin iştirakı ilə təşkil edilib. Səfirliyə təqdim edilmiş bəyanatda deyilir:
"Biz, Azərbaycanın müxtəlif bölgələrindən olan minlərlə ölkə gəncinin adından Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni hərbi qüvvələri tərəfindən törədilən qanlı təxribata cavab olaraq, Azərbaycanın haqlı mövqeyi, ərazi bütövlüyü və suverenliyinə dəstək verilməsi ilə bağlı qətiyyətli mövqeyinə görə Ukrayna hökumətinə və xalqına təşəkkürümüzü bildiririk. Həmçinin, Azərbaycan gəncləri adından dost Ukrayna gənclərinə aşağıdakıları bəyan edirik:
1. Azərbaycanla Ukrayna xalqları arasında tarixən hər zaman dostluq münasibətləri olubvə hər iki ölkə müstəqilliyini bərpa etdikdən sonra sıx diplomatik əlaqələr qurulub. Azərbaycan və Ukraynanın dövlət rəsmiləri, parlamentariləri, vətəndaş cəmiyyətinin nümayəndələri, gəncləri müxtəlif beynəlxalq tədbirlərdə qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirirlər. Çoxsaylı tədbirlərdə, həmçinin ötən ilin noyabrında Kiyev şəhərində keçirilən Azərbaycan-Ukrayna gənclərinin Forumunda ukraynalı həmyaşıdlarımız, dostlarımızla bir araya gəlməkdən hədsiz dərəcədə məmnun olduq. Bir daha əmin olduq ki, iki ölkənin gənclərinin beynəlxalq və milli məsələlərə və gələcək perspektivlərə baxışları həmrəydir. Biz bu dostluğu yüksək qiymətləndiririk və onun dəyərini yaxşı anlayırıq.
2. Azərbaycan müstəqil olduğu ilk gündən etibarən qonşu Ermənistan tərəfindən hərbi təcavüzlə rastlaşdı. Azərbaycanın tarixi-əzəli torpaqları, o cümlədən Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddirayonumuzu, ümumilikdə ərazimizin 20 faizini işğal etmiş Ermənistan hərbi qüvvələri bir milyona yaxın azərbaycanlını dədə-baba yurdundan didərgin saldı, həmin regionda yüzilliklərlə mövcud olmuş mədəni-tarixi abidələrimizi dağıtdı, yaşayış məskənlərinin tarixi adlarını dəyişərək, saxta adlar qoydu, Qarabağın Xocalı şəhərində bir gecədə 613 insanı, əsasən də qadın, ahıl və uşaqları sırf azərbaycanlı olduğuna görə misli görünməmiş amansızlıqla qətlə yetirdi. İllər, hətta onilliklər keçsə də, Azərbaycan dövləti, ölkə gəncləri heç bir zaman bu işğalla barışmayacaq və doğma torpaqlarımızın geri qaytarılması uğrunda daim mübarizə aparacaq!
3. Ermənistan dövlətinin işğalçı və təcavüzkar mahiyyəti bütün dünyaya məlumdur və bir neçə gün öncə Yerevanda baş verən hadisə bunun daha bir bariz təzahürü idi. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 12-də Ermənistan silahlı qüvvələri tərəfindən açılan artilleriya atəşi ilə bağlı Ukraynanın Xarici İşlər Nazirliyi bəyanat yaydıqdan sonra Yerevandakı Ukrayna səfirliyinin Ermənistan dövlətinin idarə etdiyi "ictimai fəallar” tərəfindən hücuma məruz qaldı. Biz, Azərbaycan gəncləri adından bu təxribatı qınayırıq və bildiririk ki, ədalətli və mətin mövqeyinə görə Ukrayna dövlətinə və xalqına qarşı Ermənistanın törədə biləcəyi bütün təxribatların qarşısında durmağa hazırıq!
4. Son olaraq, Ukraynanın Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin beynəlxalq hüquq və tarixi ədalətə söykənən mövqeyinə göstərdiyi dəstəyi yüksək qiymətləndirərək, dost Ukrayna gənclərinə ən səmimi salamlarımızı çatdırır, dövlətinizə və xalqınıza rifah və sabitlik arzu edirik! İki ölkənin gəncləri arasındakı dostluq və qarşılıqlı anlaşma dünyanın üzləşdiyi yeni növ koronavirus (COVİD-19) pandemiyasına baxmayaraq, daha da dərinləşəcək və inkişaf edəcək.
Ədalətin zəfər çalması üçün birlikdə mübarizə aparaq!”
2025-08-02
00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

2025-06-21
11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

10:32 Daşdəmir Əjdəroğlu - 60

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

2025-06-19
18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

2025-06-11
01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

2025-06-03
01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

2025-05-29
12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq


TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Əlaqə
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
