İllərin sınağından keçən mətbuat
MÜSAHİBƏ / 23.07.2020 01:10
İllərin sınağından keçən mətbuat "Təəssüf ki, bəzən internet mediasında çalışan, jurnalistikadan anlayışı olmayan adamlar özünə jurnalist deyir. Peşəkar jurnalistlər imkan verməməlidir ki, belə insanlar medianın, mətbuatın adına kölgə salsın”. Bu sözləri Redaktor.az-a açıqlamasında BDU Jurnalistika fakültəsinin "Jurnalistika nəzəriyyəsi və təcrübəsi” kafedrasının müdiri, professor Cahangir Məmmədli Azərbaycan milli mətbuatının yaranmasının 145 illiyi münasibətilə bağlı danışarkən deyib. O bildirib ki, Azərbaycan mediası əsrin sınağından çıxaraq, dünya səviyyəsində inkişaf edib: "145 il əvvəl fəaliyyətə başlayan "Əkinçi” qəzeti Azərbaycanın milli mətbuatının əsasını qoydu. Həsən bəy Zərdabinin rəhbərliyi ilə işıq üzü görən "Əkinçi” bəlkə də necə böyük bir ənənənin başlanğıcında dayandığının fərqində deyildi. 1875-ci il iyulun 22-də ilk nömrəsi nəşr olunan "Əkinçi” qəzetində Həsən bəy Zərdabi türk millətinin yaşamasını, qabağa getməsini, elm və mərifət sahibi olmasını arzulayırdı. Zərdabi dönə-dönə vurğulayırdı ki, millətin ayılması üçün mütləq maariflənməsi gərəkdir. Xalqın maarifləndirilməsi prosesində isə öndə ziyalılar gedirdi və o ziyalılar sayəsində hələ o zamanlar çox böyük işlər görüldü”. Cahangir Məmmədli: Jurnalistika ixtisasına qabiliyyət imtahanı ləğv olunmalıdır Professor Azərbaycan mətbuatının hazırki vəziyyətindən də bəhs edib: "Azərbaycanın indiki jurnalistika sahəsi keçmişdəki ənənələrdən bəhrələnməklə yanaşı, hazırkı dövrün standartları ilə də ayaqlaşmağa çalışır. Ölkəmizin müassir media qurumları, radio və televiziyaları mövcuddur. Biz internet mediasından maksimum dərəcədə istifadə edirik. Amma təəssüf ki, bəzən müassir internet mediasında jurnalistikadan anlayışı olmayan adamlar özünə jurnalist deyir. Peşəkar jurnalistlər imkan verməməlidir ki, belə insanlar medianın, mətbuatın adına kölgə salsın. Biz bunun qarşını almalıyıq. Bu gün biz çox çətin bir vəziyyətdə yaşayırıq. Demək olar ki, bütün ölkələr koronavirus bəlasından əziyyət çəkir. Həmçinin, ölkəmiz erməni ilə sərhəddə mübarizə aparır, bu anda Azərbaycan jurnalisti dövlətçilik maraqlarını yüksək səviyyədə qorumalı və bəzi saxtakarlara imkan verməməlidir ki, qeyri-peşəkar insanlar cəmiyyətə yalan informasiya yaysın. Çünki bu gün Azərbaycan jurnalisti həm diplomat, həm də siyasətçidir”. C. Məmmədli müassir Azərbaycan jurnalistikasında ulu öndər Heydər Əliyevin böyük rolunun olduğunu bildirib: "Heydər Əliyevin vaxtı ilə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə oldu. Bu fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım sayıldı. Məhz bu Fərmanla kütləvi informasiya vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. 1999-cu ilin sonunda qəbul olunan "Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı”, - deyə professor bildirib.
Oxunub: 1196
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
09:56 Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim