"Soydaşlarımızın düşmənə cavabı normaldır" - FƏZAİL AĞAMALI
MÜSAHİBƏ / 25.07.2020 12:27

"Soydaşlarımızın düşmənə cavabı normaldır" - FƏZAİL AĞAMALI
"Düşünürəm ki, ermənilər tərəfindən törədilən vəhşiliyə soydaşlarımızın vermiş olduğu cavab tamamilə normaldır”.
Bu sözləri millət vəkili Fəzail Ağamalı deyib. O, Azərbaycan xalqının birliyindən bəhs edib:
"Tovuz rayonu istiqamətində olan döyüşlər həm ölkə daxilində, həm də ölkə xarcində həqiqətən qürurverici görüntülər ortaya qoydu - Azərbaycan xalqı, gəncliyi ordumuzla bir oldu və bunu göstərmək üçün yürüş keçirtdi. Yürüşdə dövlətlə, dövlət başçısı ilə birlikdə olduqlarını birmənalı şəkildə ifadə etdilər. Eyni zamanda qəhrəman şəkildə şəhid olan əsgər və zabitlərimiz böyük coşğu ilə dəfn olundu, onların əziz xatirəsi ən yüksək səviyyədə yad edildi.
Bununla yanaşı, həm də onu demək lazımdır ki, istər Ermənistan, istərsə də onu himayə edən ölkələr bir daha ordumuzun gücünü gördü və Azərbaycan xalqı ilə ordunun birlikdə olması faktı onları kifayət qədər düşünməyə, narahat olmağa vadar etdi. Ordumuzun ardıcıl qələbəsi, düşmənə ən ağır şəkildə cavab verilməsi, xalq və ordu birliyi ilə mümkündür. Bu, həm aprel döyüşlərində, həm də Tovuz ətrafında gedən döyüşlərdə özünü göstərdi”.
F. Ağamalı xaricdə yaşayan soydaşlarımızın göstərdiyi əzmkarlığı xüsusi qeyd edib:
"Əvvəlki illərdən fərqli olaraq, iyul döyüşlərində xaricdə yaşayan soydaşlarımızın aktivliyi müşahidə olundu. Onlar Ermənistanın təcavüzünə qarşı ardıcıl mitinqlər, yürüşlər keçirməklə, öz iradələrini ortaya qoydular. Dünyanın bir çox ölkəsində həmvətənlərimiz tərəfindən 56-dan yuxarı aksiyalar keçirilib və bu aksiyalarda ordumuzla, dövlətimizlə birlikdə olduqları nümayiş olunub. Bu, son dərəcə əhəmiyyətli bir hadisədir”.
Millət vəkilinin sözlərinə görə, azərbaycanlıların erməniləri ifşa etməsi, onların iç üzünü dünyada nümayiş etdirməsi, düşməni və dəstəkçilərini ciddi narahat edib:
"Təbii ki, həmvətənlərimzin bu davranışları, vətənpərvər mövqeyi, Azərbaycanın torpaqlarının işğaldan azad olunması ilə bağlı ortaya qoyduqları vətənpərvərlik nümunəsi xaricdə yaşayan anti-Azərbaycan qüvvələrini, eyni zamanda erməniləri narahat etməyə başladı və onlar özlərinə yaraşan tərzdə reaksiya göstərib vəhşiliklər törətdilər. Bu onların bir daha vəhşi, terrorçu olduğunu ortaya qoydu. Bax, budur ermənilər, budur onların vəhşiliyi... Dünya artıq bunu görməlidir”.
F. Ağamalı azərbaycanlıarın ermənilərə layiqli cavab verdiyini bildirib:
"Onların sayca soydaşlarımızdan çox olmasına baxmayaraq, övladlarımız onlara layiqli cavab verdilər və sona qədər öz iradələrini ortaya qoydular. Əlbəttə, ermənilər tərəfindən törədilən vəhşiliyə soydaşlarımızın eyni formada cavab verməsi, tamamilə normaldır. Biz ermənilərin heç bir təxribatından, onun törədə biləcəyi hər hansı xoşagəlməz hücumlardan heç bir halda çəkinməli deyilik, əksinə, onların üzərinə getməliyik. Onlar etnos, kökü və budağı olmayan qurumuş bir ağacdır, biz isə böyük imperiyalar yaradan Türk soyunun övladlarıyıq! Biz onlara zamanında dərs vermişik, bu gün də verməyə hazırıq.
Ölkə başçısının düşmənə "gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq”, deməsi, bunun bariz nümunəsidir.
Artıq yetər onun-bunun donunun içində gizləndikləri, çıxsınlar çölə və Azərbaycanın üzərinə təkbaşına gəlsinlər. Bu zaman onlara bir həftə ərzində tarixin elə bir ibrət dərsi veriləcək ki, Azərbaycan torpaqlarında qurduqları "dövlət”i qoyub, başqa yerlərə qaçacaqlar. Tam əminəm ki, o gün çox da uzaqda deyil. Çünki ermənilərin bu davranışları onlara bu taleyi yaşamağa daha da yaxınlaşdırır”.

2025-06-21
11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

10:32 Daşdəmir Əjdəroğlu - 60

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

2025-06-19
18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

2025-06-11
01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

2025-06-03
01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

2025-05-29
12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

2024-07-21
02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib


TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
