Milli Məclisdə azərbaycanlılara qarşı törədilən hücum və təzyiqlərlə bağlı müzakirələr keçirildi
RƏSMİ / 25.07.2020 13:26
Milli Məclisdə azərbaycanlılara qarşı törədilən hücum və təzyiqlərlə bağlı müzakirələr keçirildi carciTV xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi son günlər Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatı, dünya ölkələrində yaşayan azərbaycanlılara qarşı törədilən hücum və təzyiqlərlə bağlı videoformat şəklində müzakirələr keçirib.
Videoformat müzakirəsində komitə sədri Səməd Seyidov Ermənistan silahlı qüvvələrinin bölmələrinin növbəti dəfə təxribata əl ataraq, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçmək cəhdini qətiyyətlə pisləyib. Bir sıra ölkələrdə Ermənistanın təxribatına etiraz edən azərbaycanlılara qarşı ermənilər tərəfindən edilən hücumların, bu cür vandalizm aktlarının söz azadlığı, azad toplaşma kimi fundamental insan haqlarının pozulmasına yönəlmiş addım olduğunu bildirib. Komitə üzvləri müzakirələrdə iyulun 21 və 22-si erməni icmasının çoxsaylı üzvlərinin, erməni lobbisinin radikallarının, Daşnaksütun partiyasının üzvlərinin, habelə beynəlxalq aləmdə terror qrupu kimi tanınan ASALA-nın ideoloji tərəfdaş və davamçılarının Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə, o cümlədən həmvətənlilərimizə qarşı müxtəlif vandalizm aktları törədilməsini erməni xislətinin bariz nümunəsi olduğunu bildirib. Müzakirələrdə komitə üzvləri ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayan və dinc şəkildə etiraz etmək məqsədilə toplaşan az sayda azərbaycanlıya onlardan sayca dəfələrlə çox olan ermənilər tərəfindən hücum edilməsini, Belçikanın paytaxtı Brüssel şəhərində də analoji hadisələrin baş verməsini, bu cür millətçi təzahürlərin həmin ölkələrin cəmiyyətləri üçün ciddi təhlükə mənbəyi olduğunu bildiriblər. Qeyd edilib ki, dinc nümayişçilərə yönələn hücumların qarşısını almaq üçün təsirli tədbirlərin görülməsi qaçılmazdır. Komitə üzvləri adı çəkilən şəhərlərlə yanaşı, Fransa, Böyük Britaniya, İsveç, Polşa, Niderland, Rusiya və Avstraliyada yaşayan azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş təxribatçı hücumlardan kəskin şəkildə narahat olduqlarını ifadə edib. Bu təxribatları törədən ermənilərin arxasında mütəşəkkil qrupların, dəstələrin dayandığı qeyd olunub və bildirilib ki. növbəti təxribatların qarşısının alınması istiqamətində fəal addımların atılması çox vacibdir. Bununla yanaşı, qeyd edilib ki, erməni diasporunun təxribatları məqsədyönlü xarakter daşıyır. Bu addımlar Azərbaycanın nüfuzuna, həyata keçirdiyi irimiqyaslı layihələrə xələl gətirmək, ölkənin haqlı mövqeyinə, fəaliyyətinə kölgə salmaq və dünyada Azərbaycana qarşı mənfi rəy yaratmaq məqsədi güdür. Yekunda, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi vandalizm aktlarının baş verdiyi ölkələrin hüquq mühafizə orqanlarını bu məsələ ilə bağlı ciddi addımlar atmağa, təxribatçı ünsürlərin saxlanılması və məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirlər görməyə, bu cür halların təkrar baş verməməsi və soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün lazımı işlər görməyə çağırıb.
Oxunub: 232
08.06.2026
11:12 Altıağac-Xızı yolunda TƏHLÜKƏ: "Yol tamamilə dağılıb" - VİDEO
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
10:07 İmişli sakini Araz çayında batdı
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
İDMAN
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim