DYP rayonlara getmək istəyən şəxslərə xəbərdarlıq etdi
CANLI TV / 07.08.2020 19:27
DYP rayonlara getmək istəyən şəxslərə xəbərdarlıq etdi Son günlər şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, "icaze.e-gov.az” portalı vasitəsi ilə tərk etmək sisteminin 5 avqust 2020-ci il tarixdən ləğv edilməsi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayan, lakin respublikanın müxtəlif rayonlarında daimi qeydiyyatda olan şəxslər məzuniyyətə çıxmalarını əsas gətirərək bu inzibati ərazilərdən çıxmağa çalışırlar.
carciTV xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
DYP bir daha hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayona giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması ilə bağlı məhdudiyyətlər qüvvədə olduğu üçün qeydiyyat yerindən asılı olmayaraq həmin inzibati ərazilərdə yaşayan şəxslərin digər şəhər və rayonlara getmələrinə icazə verilmir: "Bu səbəbdən hərəkət iştirakşılarından xahiş olunur ki, müvafiq ezamiyyə vərəqələri verilmiş və ya "icaze.e-gov.az” portalına barəsində 5 avqust 2020-ci il tarixindən sonra respublikanın digər şəhər və rayonlarına getməsi ilə əlaqədar icazə verilməsi barədə məlumatlar daxil edilmiş şəxslər, habelə müvafiq icazə əsasında yaxın qohumunun dəfnində iştirak etmək halları istisna olmaqla digər şəxslər Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan çıxaraq ayrı-ayrı istiqamətlərə getmək məqsədilə yola çıxmasınlar. Çünki, bir daha qeyd edirik ki, qeydiyyat yerindən asılı olmayaraq heç kim sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu ərazidən respublikanın digər şəhər və rayonlara buraxılmayacaq və həmin şəxslər xüsusi karantin postlarından geri qaytarılacaqlar".
Oxunub: 345
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR İDMAN09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim