Azərbaycan səfiri İtaliya mətbuatında erməni yalanlarını ifşa edib
MÜSAHİBƏ / 07.08.2020 22:14
Azərbaycan səfiri İtaliya mətbuatında erməni yalanlarını ifşa edib Bu günlər İtaliyada erməni tərəfi baş verənlərlə bağlı həqiqətləri işıqlandıran kütləvi informasiya vasitələrinə, hadisələrə münasibətdə obyektiv mövqe tutan siyasətçilərə, tədqiqatçılara, jurnalistlərə təzyiqlər edir, məlumatlar üzərində manipulyasiya etməyə və dezinformasiya yaymağa cəhd göstərir.
carciTV xəbər verir ki, həqiqətlərin İtaliya ictimaiyyətinə çatdırılması istiqamətində növbəti addımlardan biri kimi Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliyanın "Kmetro” xəbər portalına jurnalist Alessandro Luongoya geniş müsahibəsi dərc olunub.
Müsahibəsində diplomat Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri, Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan dövlət sərhədi boyu Ermənistanın son hərbi avantürası, qarşı tərəfi buna təhrik edən səbəblər, o cümlədən Ermənistan tərəfinin Cənub Qaz Dəhlizinin də keçdiyi bu strateji ərazinin destabilizasiyası və önəmli nəqaliyyat infrastrukturuna xələl yetirmək məqsədləri barədə danışıb. Səfir bildirib ki, özünü dünyaya "əzabkeş xalq" kimi təqdim edən erməni tərəfi bu imici əbədiləşdirmək üçün dünya ictimaiyyətini aldadaraq öz hərəkətlərini gizlətməyə və baş verənlərə görə Azərbaycanı ittiham etməyə cəhd göstərir. Ermənistan Tovuz rayonu kimi strateji bir əraziyə etdiyi hücumlarla əlaqəli riskləri etiraf etmək əvəzinə, "Metsamor” nüvə stansiyasına Azərbaycan tərəfindən mümkün xəyali hücum riskinin olduğu kimi uydurma məlumatlar yayıb. Erməni tərəfinin bu iddiaları Azərbaycan tərəfindən dərhal rədd edilməsinə baxmayaraq, Ermənistan bu "bayraqdan” dünyadakı erməni icmasını səfərbər etmək üçün istifadə etmək istədi, lakin buna nail ola bilmədi. Üstəlik, erməni icması dünyanın müxtəlif ölkələrində Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumlar təşkil edərək onlara ciddi xəsarət yetirdi. Diplomat eləcə də erməni tərəfinin Dağlıq Qarabağ münaqişəsini dünyaya dini anlamda təqdim etməyə çalışdığını, əslində, bu problemlərin din ilə heç bir əlaqəsinin olmadığını və sırf ərazi iddiası daşıdığını deyib. Azərbaycanın çoxmədəniyyətli ölkə kimi dinlərarası dialoq üçün bir model olduğunu, ölkəmizin bütün dinlərə münasibətdə açıqlığını, çoxsaylı dini abidələrin, sinaqoqların, kilsələrin, hətta Bakının mərkəzində erməni kilsəsinin mövcudluğunu, Azərbaycanda yaşayan müxtəlif dinlərə mənsub insanların etiqad azadlığının tam təmin edildiyini bildirib. Bütün bu dəyərlərin Azərbaycan xalqının dərin tarixi köklərində saxlandığını və bunun sivil dünya tərəfindən daha çox təqdir edilməli olduğunu vurğulayıb. Beynəlxalq hüququ pozan və digər xalqların mədəni irsini məhv edən monoetnik Ermənistanın isə bu dəyərlərlə heç bir əlaqəsi yoxdur. Müsahibəsində diplomat eləcə də Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq əlaqələri, bunu şərtləndirən səbəblər, Azərbaycan Respublikasının Prezidentinin İtaliyaya dövlət səfəri və bu səfərin tarixi nəticələri, iki ölkə arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq gündəliyi, Azərbaycan-İtaliya dostluğunun bariz nümunəsi kimi COVID-19 pandemiyası dövründə qarşılıqlı həmrəylik və dəstək təşəbbüsləri barədə də danışıb.
Oxunub: 906
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
09:56 Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim