“Kapitan Nağdəliyev” gəmisi Beyrut limanından buraxılmır - "Partlayışda xəsarət almışıq, şirkət bizi unudub“
XƏBƏR / 12.08.2020 09:08
"Kapitan Nağdəliyev” gəmisi Beyrut limanından buraxılmır - "Partlayışda xəsarət almışıq, şirkət bizi unudub" "Palmali” şirkətlər qrupuna məxsus "Kapitan Nağdəliyev” gəmisinin heyət üzvləri aylardır Beyrut limanında qalıb. Beyrutda baş verən partlayış nəticəsində gəmiyə zərər dəydiyi, 10-u Azərbaycan, ikisi Rusiya vətəndaşı olan heyət üzvləri arasında xəsarət alanların olduğu bildirilir. DİA.AZ bildirir ki, bu barədə gəmi kapitanının baş köməkçisi Emin Abışov məlumat verib. Onun sözlərinə görə, mayın 12-də Rostovdan Livanın Beyrut limanına gəliblər. Yüklər boşaldılandan sonra gəmiyə Livan məhkəməsi tərəfindən həbs qoyulduğu məlum olub. Səbəb "Palmali” şirkətinin Estoniya şirkətinə yanacağa görə 252 min dollar dəyərində borclu olmasıdır. "Livanda Miqrasiya Xidməti tərəfindən sənədlərimiz, o cümlədən pasportumuz əlimizdən alındı, girov götürüldük. 3 aydır quruya ayağımızı qoya bilmirik”, -Abışov deyib. Emin Abışov söyləyib ki, şirkət tərəfindən aldadılıblar: "Heyət üzvləri arasında eləsi var ki, 6 ay, bəziləri isə 13 aydır maaş almır. Gəmi kimyəvi maddələr daşıyır. Partlayış zamanı xoşbəxtlikdən sağ qaldıq. Mənim özüm də olmaqla bir neçə nəfər xəsarət aldı. Limanda müxtəlif ölkələrdən gələn, üzərinə həbs qoyulmuş daha 5 gəmi var. Digər gəmilərdə ölənlər oldu. Aylardır ailələrimiz nigarandır, biz də burada əzab çəkirik”. Şikayətçi deyib ki, şirkətin gəmi heyətinə 250 min dollar yaxın maaş borcu yaranıb. Bundan əlavə, gəminin dayandığı limana gündəlik 1750 dollar ödənilməlidir, şirkət üstəlik 150 min dollardan artıq bu limana borcludur: "Şirkət bizi yaddan çıxarıb. 2-3 gün işıqsız qalırıq, sonra bir az yanacaq verirlər, yemək bitir, üstündən günlər keçir, sonra ərzaq gətirirlər. Burada əzab çəkirik. Dövlətimiz Livana maliyyə yardımı ayırıb. Əminik ki, dövətin bizim vəziyyətimizdən xəbəri yoxdur. Biz güclü radiasiya almışıq”. Kapitan köməkçisi deyib ki, bir neçə gün əvvəl şirkətlə əlaqə saxlayıblar. Amma yenə də müsbət cavab ala bilməyiblər: "Gəmi Livan məhkəməsi tərəfindən həbs edilib. Körpə qızım var, ailəm 6 aydır kirayə pulunu ödəyə bilmir. Mən necə əliboş geri qayıda bilərəm? Ötən il "Palmali” şirkətinin digər gəmisində çalışmışam. Gəmidən mənə maaş ödənilmədi, borclu qalıbar. Buna görə də təkrar işlədim, işdən çıxa bilmirəm, əks halda gecikdirilmiş maaşımı ala bilməyəcəm. Tək mənə 7 aydır maaş verilmir. Hər dəfə deyirdilər ki, səfərə çıxın, maaşlarınız veriləcək. Beləliklə. bir neçə ay keçdi, 3 aydır da həbs olunmuşuq. Səfirliyə müraciət etmişik, vəkil tuturlar ki, məhkəməyə verək. Amma yenə də maaşsız qalırıq”. Kapitan köməkçisinin aylıq əməkhaqqı 3500 dollardır. Bütün heyətin 1 aylıq maaşı isə 30 min dollardır. Abışov heyət üzvlərinin adından Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək köməklik göstərmələrini xahiş edib. Qeyd edək ki, "Palmali” Şirkətlər Qrupu azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsusdur. İş adamı bu il martın 15-də həbs olunub.
Oxunub: 356
08.06.2026
13:26 Ardıcıl 3 gün iş olmayacaq
13:12 Bahar Muradova: "Uşaqları qoruya bilməyən platforma uyğun mühit deyil"
13:11 Bakının mərkəzi küşələrindən birində genişmiqyaslı layihənin icrasına başlanılır - FOTO
12:55 SON DƏQİQƏ! Milli Məclis yeni qərar qəbul etdi:12 ay sonra qüvvəyə minəcək
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
12:36 Hansı sosial şəbəkə uşaqlar üçün daha TƏHLÜKƏLİDİR? - Komitə sədrindən MÜHÜM ÇAĞIRIŞ
12:29 Bakıda DƏHŞƏT: Mənzildən ata və məktəbli oğlunun meyitləri tapıldı, digər övlad xəstəxanalıq oldu
12:19 Nazir müavini: "Məktəblərdə "TikTok"a çıxış bloklanıb"
12:15 İsrail İrana qarşı genişmiqyaslı hücumları yekunlaşdırdı? - AÇIQLAMA
11:45 Ermənistanda siyasi qüvvələrin parlamentdəki yerləri bəlli oldu
11:12 Altıağac-Xızı yolunda TƏHLÜKƏ: "Yol tamamilə dağılıb" - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
08:51 Tramp: Netanyahu ABŞ-ın İranla bağlayacağı istənilən sazişi qəbul etməli olacaq
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
İDMAN
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim