Eldar Həsənovu həbsxanaya salan əsl səbəb...
CANLI TV / 14.08.2020 09:27
Eldar Həsənovu həbsxanaya salan əsl səbəb... carciTV xəbər verir ki, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Hümbət oğlu Həsənovun bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı istintaq tədbirləri çərçivəsində həbs olunması şok effekti yaratdı.
Bu həbsin xüsusilə Serbiya Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviçin Azərbaycana səfəri və az öncə baş verən anlaşılmazlığın aradan qaldırılması, siyasi münasibətlərin nizamlandığı bir məqamda baş verməsi böyük rezonans doğurdu. Əlbəttə, Azərbaycanın ərazi bütövlüyünü və Bakının beynəlxalq hüquqa uyğun olan mövqeyini bir daha dəstəkləyən Serbiyanın şirkətlərinin Ermənistanla silah ticarəti razılaşması ilə bağlı səfirliyimizin məlumatlı olması və buna qarşı vaxtında fəaliyyətə keçməsi vacib idi. Serbiya nümayəndə heyətinin Bakıya səfəri də bir daha təsdiqlədi ki, bu ölkə Azərbaycanla siyasi-iqtisadi əlaqələrə mühüm önəm verir və müsəlman Azərbaycan Respublikasının Serbiyanın ərazi bütövlüyü məsələsində tutduğu prinsipial mövqeyi olduqca yüksək qiymətləndirir. Beləliklə, rəsmi Belqradın Azərbaycan-Serbiya münasibətlərini heç bir halda Ermənistana bir neçə milyonluq silah ticarətinə qurban vermək niyyətində olmadığı ortadadır. Bu, beynəlxalq münasibətlərdə olduqca mühüm faktordur və Azərbaycanın nüfuzunu, dünyadakı yerini göstərir. Getdikcə ciddi regional oyunçuya çevrilən Azərbaycanla münasibətləri yüksək səviyyədə saxlamaq artıq dünya dövlətlərinin diqqətini çəkirsə, bu, ölkəmizin siyasi-iqtisadi inkişafının göstəricisi, artan beynəlxalq nüfuzudur. Prezident İlham Əliyev hər zaman tərəfdaş ölkələrlə münasibətlərdə "qazanmaq və qazandırmaq” prizmasından çıxış edir. Başqa sözlə desək, bütün ikitərəfli və çoxtərəfli münasibətlərdə də, regional layihələrdə də qonşu və tərəfdaş ölkələrin iqtisadi maraqları nəzərə alınır, hər kəsin iqtisadi səmərə götürməsi üçün şərait yaradılır. Bu siyasət isə Azərbaycana böyük rəğbət yaratmaqla bərabər, ölkəmizin nüfuzunu daha da artırır və Bakı ilə iqtisadi layihələrdə iştirak etməkdə hamı maraqlı olur. Bu siyasi-iqtisadi münasibətlər əlbəttə ki, ölkəmizin milli maraqlarının və beynəlxalq hüquqa söykənən ədalətli mövqeyinin dəstəklənməsinə də əhəmiyyətli dərəcədə təsir edir. Başqa sözlə desək, dünya ölkələri "qazanıb və qazandıran”, sürətlə regional oyunçuya çevrilən və Ermənistan istisna olmaqla, heç bir qonşusu ilə problemlər yaşamamaq siyasəti aparan, böyük layihələrə imza atan Azərbaycanla çalışmaqla həm iqtisadi-siyasi divident əldə edir, həm də beynəlxalq hüquqa əsaslanmış olur. Belə halda ölkələr niyə Ermənistan kimi heç bir perspektiv vəd etməyən, heç bir layihəsi olmayan, iqtisadi bataqlıqda çırpınan bir ölkə ilə əməkdaşlıq etməli, Azərbaycanla münasibətləri korlamalı, üstəlik, beynəlxalq hüquqa uyğun olmayan mövqe sərgiləməyə məcbur olmalıdırlar? Serbiya nümunəsində müşahidə etdik ki, bu ölkədəki səfirimiz hətta məlum olaylar zamanı da aktivliyi ilə seçilmədi. Ona görə də Eldar Həsənovun səfir vəzifəsindən birbaşa təcridxanaya getməsinin səbəbləri sırasında çox ciddi məqamların olduğu şübhəsizdir. Maliyyə pozuntusuna yol verən səfirimiz niyə çalışdığı ölkənin - Serbiyanın DİN rəhbəri və TŞ katibi ölkədən gedəndən bir gün sonra həbs edilsin? Ermənistana silah göndərən Serbiya şirkətləri haqda Eldar Həsənova nə məlumdur, onlarla hansı əlaqələri var və niyə vaxtında ölkəmizin maraqları naminə Serbiya hakimiyyəti ilə bu mövzuda diplomatik əlaqələrə keçərək, o şirkətlərin qanunsuz silah satışının qarşısını almaq istiqamətində çalışmayıb? Yəqin ki, DTX istintaqı zamanı bir çox məsələlər üzə çıxacaq...
Oxunub: 324
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
09:56 Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim