Vəkili Tramp haqda: “Mən onun çirkin işlərini, Las-Veqasın seks-klublarındakı iyrənc əyləncələrini bilirəm...”
XƏBƏR / 17.08.2020 00:21
ABŞ prezidenti Donald Tramp ölkəsində seçkilərin yaxınlaşdığı bir vaxtda daha bir keçmiş yaxın adamından sarsıdıcı zərbə alıb.
carciTV xəbər verir ki, uzun illər ərzində Trampın şəxsi vəkili və ən yaxın adamı olmuş Maykl Koen özünün tezliklə çapdan çıxacaq memuarlarında onun barəsində ifşaedici məlumatlara yer verib.
Koen kitabın təqdimatını avqustun 13-də keçirib. "Disloyal” ("Satqın”) adlı kitab Trampın keçmiş şəxsi vəkilinin əhvalatlarından bəhs edir. Kitab prezident seçkilərinə ay yarım qalmış-sentyabrın ortalarında satışa çıxaracaq və gözlənilir ki, bomba efffekti yaradacaq. Xatırladaq ki, Maykl Koen xüsusi prokuror Robert Müllerin Trampla Kreml arasında gizli əlaqələrə dair apardığı istintaqa cəlb olunub. İstintaq zamanı məlum olmuşdu ki, Koen Trampın görüşdüyü pornoaktrisanı "susdurmaq” üçün ona iri məbləğdə pul ödəyib. Bu, 2016-cı ilin yazında, prezident seçkiləri kampaniyasının qızğın vaxtında baş verib. Tramp şəxsi vəkilini zəif müdafiə edib və Koen məcbur olub ki, istintaqla əməkdaşlığa getsin. Və o ifadəsində Trampın münasibətdə olduğu qadınlara pul verdiyini təsdiqləyib, amma bunu Trampın özünün xəbəri olmadan etdiyini deyib. Nəticədə Koeni 3 il həbsə məhkum ediblər, 2020-ci ilin mayında azadlığa buraxıblar. Çünki Amerika həbsxanalarında koronavirus tüğyan edirdi. "Bu gün onun öz sirlərini etibar edəcəyi adamı yoxdur. Həmin adam 10 il ərzində mən idim. Bu vaxt ərzində mən həmişə onun yanında oldum, onun üçün hər şeyi elədim. Hətta onu güllə qabağından qaçırdım. Mən onun axşamlar ən son, səhərlər ən birinci zəng etdiyi adam idim. İndi isə baxın, mənim başıma nə gəldi”,-Koen deyib. Keçmiş vəkili deyir ki, Trampın naminə cinayətlərə də gedib. "Mən onun bütün çirkli işlərinin üstünü örtən adam idim. Mafiya belə adamları "reşala” adlandırır, mən Trampın "reşalası” idim. Onun iş metodları mafiozlardan fərqlənmir. Trampın podratçılarına istənilən metodlarla təzyiq edən də mən idim, xoşlamadığı işgüzar partnyorlarından yaxa qurtaran da, məhəbbət intriqalarını ört-basdır etmək üçün arvadı Melaniyaya yalanlar danışan da”,-o deyib. Keçmiş vəkili deyir ki, Tramp hakimiyyət hərisidir. Onun məqsədi Ağ evdə həmişəlik qalmaqdır. "Bir dəfə o belə zarafat elədi. Lakin mən bilirəm ki, Tramp heç vaxt zarafat eləmir. Tramp bilir ki, hakimiyyət onun üçün həbsxanadan qaçmağın yeganə yoludur. Prezident postunu tərk edən kimi onu istintaq gözləyir və törətdiyi cinayətlərə görə məhkəmə qarşısında dayanması qaçılmaz olacaq”,-Koen bildirib. Keçmiş vəkil habelə Trampın bütün şəxsi sirlərini, o cümlədən iyrənc seksual əyləncələrini də bildiyini deyib. "Mən onun şkafındakı bütün skeletlər haqda bilirəm, çünki onları mən özüm ora gizlətmişəm. Las-Veqasın seks-klublarındakı "qızıl yağışlar”, (sadomazoxist seksual əyləncə), vergilərdən yayınması, keçmiş sovet respublikalarından olann korrupsionerlərlə sövdələşmələri, gizli təhdidləri və məşuqələrini ələ alması haqda bilirəm. Nəinki bunların şahidi olmuşam, həm də fəal iştirakçısı olub bütün bunları böyük həvəslə icra etmişəm”,-Koen bildirib. Qeyd edək ki, Trampın Moskvaya səfəri zamanı oteldə fahişələrlə əylənərkən "qızıl yağış” səhnəsi təşkil etməsi haqda Britaniyanın Mİ6 kəşfiyyatı xidmətinin keçmiş agenti Kristofer Stilin 2017-ci ilin yanvarında ictimailəşmiş məruzəsində də bəhs edilirdi. Bildirilirdi ki, həmin seks görüntüləri Kremlin əlindədir və Putin onun köməyi ilə Trampı şantaj edir, Rusiyaya işlədir. Koen onu da deyir ki, Trampın Kremllə gizli əlaqələri həqiqətən mövcud olub. Çünki onun özü bu kanalların qurulmasına kömək etmişdi. Koenin dediyinə görə, Tramp həmişə Putini tərifləyirdi və onun milyarder-oliqarxlardan ibarət çevrə formalaşdırmasından fəxrlə bəhs edirdi. Keçmiş vəkil Trampa inandığı üçün özünü axmaq adlandırıb. Deyib ki, bossu onu satdığını biləndə Müllerə ifadə verməli olub. Bundan sonra Tramp onu "siçovul” adlandırıb. "O, mənə və ailə üzvlərimə təhdidlərlə dolu tvitlər göndərdi. Smartfonuma yüzlərlə təhdid mesajı gəlib. Onları hətta adi poçtla, yazılı şəkildə göndərmişdilər. Yadınızdadırmı, bu yaxınlarda prezident bəyan etdi ki, bir nəfəri lap Beşinci xiyabanda güllələməyə hazırdır? O, məni nəzərdə tuturdu…”,-Koen deyib.
***
Tramp seçkilərdən əvvəl Putinlə görüşmək istəyir ABŞ prezidenti Donald Tramp öz köməkçilərinə məlumat verib ki, noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl Rusiya dövlətinin başçısı Vladimir Putinlə görüş keçirmək istəyir. carciTV bildirir ki, bu barədə "NBC” telekanalı xəbər verib. Telekanalın məlumatına görə, liderlər strateji hücum silahlarının gələcəkdə də azaldılması və məhdudlaşdırılması ilə bağlı tədbirlər haqqında müqaviləyə dair bəyanat verə bilərdilər.
Oxunub: 400
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
09:56 Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim