Ordumuz niyə Qarabağı azad edə bilmir? - Səfər Əbiyev SİRLƏRİ AÇDI
MÜSAHİBƏ / 18.08.2020 20:57
AZSABAH.COM xəbər verir ki, keçmiş müdafiə naziri general-polkovnik Səfər Əbiyev açıqlamasında Silahlı Qüvvələrimizin indiyədək işğalçını niyə torpaqlarımızdan qovub çıxara bilməməsi səbəblərinə aydınlıq gətirib:
"Azərbaycanın Tovuz rayon istiqamətində erməni silahlı bölmələrinin dövlət sərhədimizi qəflətən ağır silahlarla atəşə tutması regionda hərbi-siyasi vəziyyəti kövrək duruma gətirib çatdırdı. Üç gün davam edən şiddətli döyüşlərin geniş müharibəyə çevrilmə ehtimalı yüksək idi. Sərhədə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrimizə artilleriya qurğularından açılan atəşlər müəyyən narahatlıqlar yaratsa da, peşəkar döyüş ruhuna malik olan Azərbaycan ordusunun layiqli və kəskin cavabından sonra düşmən tərəf təcavüzünü dayandıraraq geri çəkilməyə məcbur oldu. Növbəti həmlələr olacağı təqdirdə düşmənin ordumuz tərəfindən daha ağır zərbələr alacağı qaçılmaz olacaq.
Ermənistanın quldur hakimiyyəti və işğalçı ordusu Azərbaycan SQ-nin şiddətli əks hücum zərbələrini bəlkə də heç ağlına gətirmirdi. Lakin qəhrəman əsgərimiz ona öz yerini göstərdi. Mən burada bir haşiyə çıxmağa lüzum görürəm. Uzun illər həm rəhmətlik Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Ordusuna rəhbərlik etdiyim zamanlardan əsgər və zabitlərimizin hərbi bilik və döyüş qabiliyyətinin yüksək səviyyədə olduğunu görmüş və bu ordu ilə həqiqətən fəxr duymuşam.
Ordu çox həssas bir qurumdur. Müasir silahları idarə etmək üçün savadlı və hərbi biliklərə yiyələnmiş zabit korpusunun yetişdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu mənada qabaqcıl dünya ordularından heç də geri qalmayan ordu kadrlarımızın ərsəyə gəlməsində, yeni və digər təkmilləşdirilmiş ağır silahları nizamlaya biləcək müasir hərbi savad və qabiliyyəti ilə seçilən zabitlərimizin hərbi idarəetməyə cəlb edilməsində problemlər çoxdan arxada qalmışdır.
Sual verilə bilər ki, bəs belə güclü ordu işğalçıya niyə layiq olduğu yeri göstərə bilmir? Öncə deyim ki, Ali Baş Komandanın rəhbərliyi ilə bu xoşbəxt günü görmək hamımıza qismət olacaq. Əgər düşmənin arxasında dayanan havadarı geri durarsa, qısa müddətdə onu diz çökdürməyə qadir ordumuz vardır. Buna heç kimin şübhəsi olmasın".(carciTV.az)
2025-11-03
01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində
01:14 TƏMƏNNA
00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU
2025-10-14
21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir
21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər
21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib
21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib
20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib
20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR
2025-08-02
00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək
2025-06-21
11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
