POLKOVNİK: Vəziyyət pisdir, müharibə hər an başlaya bilər
CANLI TV / 18.08.2020 21:03
"Türkiyənin Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlərin Azərbaycana səfərə gəlməsi dostları sevindirdiyi kimi, düşmənlərimizi qorxuya salıb”.
carciTV xəbər verir ki, bu sözləri Redaktor.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov avqustun 12-də Türkiyə Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər və digər yüksək rütbəli zabitlərin Azərbaycana səfərə gəlməsi haqda danışarkən deyib. O bildirib ki, bu səfər iki ölkənin birlik və bərabərlik içərisində olduğunu bütün dünyaya göstərir:
"Dağlıq Qarabağla bağlı hazırda region təhlükəlidir, hər an müharibə ola bilər. Regionun sakitləşməsi ancaq Qarabağ münaqişəsinin həllindən sonra mümkün ola bilr. Ümumilikdə işğal altındakı torpaqların ətrafında gedən proseslər onu göstərir ki, bu münaqişənin həll etməyin vaxtı çatıb. Dağlı Qarabağ məsələsi həll olunmayana qədər regionda çoxlu problemlər ortaya çıxacaq. Fikir versəniz, böyük dövlətlər bəzən maraqlarını təmin etmək üçün qaynar nöqtələrdən istifadə edirlər. Biz bunu Suriyada, Liviyada görürük. Dağlıq Qarabağın işğal altında qalması, təkcə Azərbaycan üçün yox, bütövlükdə region üçün çox böyük təhlükə mənbəyidir. Qardaş Türkiyə də bunu yaxşı başa düşür və bu baxımdan bütövlükdə regionda sabitliyi qorumaq üçün Azərbaycana öz dəstəyini verir”. Ekspert Türkiyənin Azərbaycanın yanında olmasını vacib hesab edir: "Ermənistan Rusiyaya arxalanır və bütün təhlükəsizlik məsələlərinə Moskvanın prizmasından baxır. Azərbaycan üçün də güclü bir qardaşının olması vacib amildir. Bütün dünya bilir ki, Azərbaycanın məqsədi sadəcə torpaqlarını işğaldan azad etmək, öz torpaqlarından didərgin düşən insanları evlərinə geri qaytarmaqdır. Amma Ermənistanın arxasında dayanan qüvvələr bizim bu məqsədə çatmağımıza imkan vermir. Azərbaycana Türkiyənin dəstək olması regionda bir çox problemlərin, xüsusilə Dağlıq Qarabağın işğaldan azad olunmasında mühüm rol oynayacaq. Həmçinin, Türkiyə kimi böyük bir dövlətin bu gün açıq şəkildə Azərbaycanın haqq davasını dəstəkləməsi düşmənə, onun havadarlarına bir mesajdır. Bu birlik düşmənin canına qorxu salır. Onlar hərbi təlimlərin başladığı ilk gündən qorxu narahatllıq içərisindədirlər. Amma istər Azərbaycan, istərsə də Türkiyə hər zaman regonda sülhü və sabitliyi qorumağa çalışıb. Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlərin Azərbaycana gəlişinin məqsədlərindən biri də budur”. Ş. Ramaldanov Azərbaycanın təkbətək döyüşə hazır olduğunu bildirib: "Azərbaycan hər zaman Ermənistanla təkbətək döyüşə hazırdır. Bunu dəfələrlə ölkə başçısı Prezident İlham Əliyev də vurğulayıb. Azərbaycan və Ermənistan təkbətək müharibəyə başlasa, ordumuz qısa zamanda düşmənin ordusunu darmadağın edib, torpaqlarımızı işğaldan azad edər. Buna heç kimin şübhəsi olmasın! Amma düşmən o qədər qorxaq və ikiüzlüdür ki, bunu qəbul etmir və öz təxribatlarına davam edir”.
Oxunub: 342
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
09:56 Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim