reklam
USD
19 ℃
EUR
BAKI

Sevgilini əldə saxlamaq istəyirsənsə... Əslində bu çox sadə imiş...

CANLI TV / 18.08.2020 21:18

 
Əgər sən sevgilini əldə saxlamaq istəyirsənsə, çalış, onun sənin üçün nadir olduğunu izah et. Amma bu, o demək deyil ki, hər onu görəndə ayağının altında qurban kəsməlisən. Onu qiymətləndirmək və xoşbəxtlik bəxş etmək kifayət edər. Bəs bunu necə etməli?

O, istəyir: "… Hörmət və inam"
Yəni: Sən onun sevdiyi, inandığı və qürur duyduğu qadınsan. Amma buna baxmayaraq, aranızda söz-söhbətlər, narazıçılıqlar olur. O, hər gün şikayət edir. Hər cümləsindən sonra «inandın?» deyə, soruşur. Bu, onu özündən çıxarır. Hələ bu bir yana, belə inamsızlıq münasibətlərinizdə soyuqluq yaradacaq. Bunun tək səbəbkarı xanımlardır. Çünki o, səndən yalnız hər hərəkətində ona dəstək olmağını istəyir.
 
Məsləhət: Bütün bunlarsız o, özünü qanadsız quş, matorsuz avtomobil kimi hesab edir. Ağıllı bir qadın demişdi: «Kişi fəxr etdiyi qadınla yox, onunla fəxr edən qadınla evlənir». Əgər onunla fəxr etdiyini sübut etməsən, o, evlənmək üçün səni seçdiyinə peşman olacaq. Necə aydınlaşdırmalı? Sevdiyin insana inandığını, onun bacarığından şübhə etmədiyini sübut et. Bu fikri tez-tez təkrarla: «Sən bacaracaqsan, sən yaxşısan!». Hər hərəkətində «Mən demişdim!», «Belə də bilirdim!», «Sən heç nə başa düşmürsən!», «Sən həmişə beləsən!» sözlərini deyib, onu ruhdan salma. Onun qərarlarına və ona hörmətlə yanaş, onu olduğu kimi qəbul et, heç kimlə müqayisə etmə. Əlbəttə, bu göründüyü qədər də asan olmayacaq. Lətifədən uzaq olan bir söhbətin sonunda qəhqəhə çəkib gülmə. Etik qaydalara zidd olan hərəkətləri etməkdən əl çək. Bundansa onun yeni qalstukunu çox bəyəndiyini, ona gözəl yaraşdığını de. 
Qəlbinin dərinliklərində hər bir kişi həyat yoldaşı üçün qəhrəman, şahzadə və uğurları ilə parlayan insan olmaq istəyir. Özünü belə hiss etməsi üçün ona sənin təriflərin, inamın və hörmətin lazımdır. Əgər o, buna inansa, sənin üçün dağları belə yarmağa hazır olacaq.

… Sevgi və qayğı
Yəni: Kişilər emosiyalarını gizlədirlər. Onlar zəifliklərini göstərmir, depressiyaya düşdüklərini etiraf etməkdən çəkinirlər. Bu zaman onlar əsəbi ayı kimi olurlar. Münasibətlərdə hər iki tərəf bir-birindən mehribançılıq, diqqət, nəvaziş, sevgi, sədaqət və maraq gözləyir. Kişilərin bir arzusu var: qadınlar onların hər istəyini təxmin etsin. Bu yerdə deyəcəksən: axı mən öncəgörücü deyiləm. Əsas da odur ki, bütün bunları hər iki tərəf təkcə yataqda yox, həyatda da tələb edir.
Məsləhət: Sən onunla qarşılaşdın, o, artıq sənindir. Amma sevgilin üçün bu kifayət deyil. Kişilər üçün sevginin əsl göstəricisi nəvazişlərdir. Hətta bu vaxt o «sən - həyatımın kişisisən» sözünü belə eşitmək istəyir. O, ən arzulanan, ən güclü və ən yaraşıqlı olduğunu bilməkdən zövq alır. Qadınlar da kişilər qədər münasibətdə sevgi, diqqət tələb edirlər. Əgər sən onu istəyirsənsə, demək ona dəyər verirsən. Əgər o, sübut istəyirsə, bunu əməllərinlə göstər. 
Əgər sən onu həqiqətən də sevirsənsə, onda nəvaziş, gerçək sevgi, qayğı göstərmək o qədər də çətin olmayacaq. Əsas odur ki, onu içdən və həqiqətən edəsən.
İnan ki, razı salınmış kişi, sizin bütün hisslərinizin həqiqi olduğuna inanacaq. Bundan sonra o, sənin üçün hər şey etməyə hazırdır. 
… Rahatlıq
Yəni: Kişilər qadın "korrektəsi" olmadan hər bir işi görməyə hazırdırlar. O, hər işdən gələndə evdə rahatlıq axtarır: səliqəyə salınmış ev, mətbəxdən gələn ləzzətli qoxular, kənarda sakitcə oynayan uşaqlar, evdəki sakitlik və rahatlıq ab-havası… Hansı kişi bunu arzulamır ki? Ağır iş günündən sonra kişinin qayıdacağı mühit onun üçün çox vacibdir. Çünki o, sabahkı iş gününə güc toplamalıdır. Sənin deyinməyin, hər şeyə qarışmağın kişini evdən uzaqlaşdıracaq. Əgər onun etdiyi hərəkətlər, gördüyü işlər, oturub-durduğu dostları sənin xoşuna gəlmirsə, qətiyyən bunu açıq-aşkar demə.   
Məsləhət: Çalışan qadın olmağına baxmayaraq, ev işlərini təxirə salma. Unutma ki, qadın evdə ailənin qoruyucusu, rahatlığın mənbəyidir. Ən azından bu, onun düşüncələrində belədir. Çünki o, hər zaman ailəsinin yanındadır. Ailəsi üçün əlindən gələni edir. Bunun üçün ona minnətdar olmalısan. Kişi heç nədən şübhə etmədən sənin sevginə inanır. Onun üçün evdə rahatlıq atmosferi yaratsan sənə həmişə minnətdar olacaq. 
Nəticədə isə sən sakit, hər şeydən razı, tox, sənin hər dediklərinlə razılaşacaq həyat yoldaşı ilə qarşılaşacaqsan. Hətta bundan sonra o, sənin anana da tab gətirib, onun gəlib, düz bir həftə belə sizdə qalmasına göz yumacaq. Əgər evə qayıtmaq ona xoşdursa, o işdə daha çox vaxt keçirtməkdənsə, sənin yanına tez qayıtmaq üçün dəqiqələri sayacaq. Başqa yerdə rahatlıq axtarmaqdansa, sənin yanında olmağı arzulayacaq. 
… Sadəcə, yanında ol
Yəni: «Hər bir bacarıqlı kişinin arxasında ağıllı qadın durur». Yəqin ki, bu məsəli eşitməyən yoxdur. Həm də kişilər qadının onun yanında olduğunu biləndə daha şən, uğurlu olurlar. Yəni hər an onun yanında olmağını arzulayırlar: birlikdə yuxudan oyanın, nahar edin, qonaqlığa gedin. Amma bu, o demək deyil ki, yalnız onun xoş günündə yanında olmalısan. Çətinliklərini onunla bölüş. Əhvalı olmayanda onu şənləndirməyə çalış. 
Məsləhət: Necə etməli? Bunun üçün onun yanında olmağın kifayətdir. Amma bu o demək deyil ki, onu öz əhatənə bağlamalısan. Əhvalı olmayanda problemi ilə maraqlan. Belə etsən o, məsləhət üçün sənə üz tutacaq. Onunla hər yerə getməyə hazır olduğunu sübut et: istəyəndə onunla birlikdə futbol izlə, onun anasıgilə qonaq get. Həyat yoldaşının dostlarını evdə xoşüzlə qarşıla. Sevdiyin insan onun bütün maraqlarını və hobbisini bölüşdüyünü görməlidir. O, inanmalıdır ki, pulqabısının böyüklüyünə və kiçikliyinə baxmayaraq, onun sosial durumuna fikir vermədən, hər zaman yanında olacaqsan. 
«Moskva göz yaşlarına inanmır» filminin qəhrəmanının bir sözü həmişə işlədilir: «General olmaq üçün leytenanta ərə getmək lazımdır». Əgər o, sənin sevginə əmindirsə, bütün istəklərini reallaşdırmağa çalışacaq.
Şərh: Bütün bunlara baxmayaraq, sevgilinin nə istədiyini hələ də anlamırsansa və ondan ayrılmaq istəyirsənsə, demək, o sənin xəyallarının kişisi deyil. Bu halda onu rahat buraxıb, həqiqətən də sevə biləcəyin birini tapmalısan. O şəxsi ki, ona utanmadan «əzizim, sən hamıdan yaxşısan» deyə biləsən...
(carciTV)



Oxunub: 632






SON XƏBƏRLƏR

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image

23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib

Product image

2024-04-08

23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb

Product image

23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə

Product image

23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR

Product image

22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət

Product image

22:10 Daha bir deputatın mandatı ləğv olunacaq

Product image

22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image
Təqvim