Putin və Ərdoğan arasında Qarabağ müzakirəsi: “Ankara bunu qəbul etməyəcək” – Müsahibə
MÜSAHİBƏ / 18.08.2020 21:54
"Rusiyanın xaricə çıxış imkanları məhdudlaşdıqca, post-sovet məkanını öz təsir dairəsində saxlamağa çalışır. Bu məkan, eyni zamanda ona bazar kimi də lazımdır və öz hərbi sənaye kompleksini qorumaq üçün vacib amillərdən biridir”.
Politoloq Elçin Mirzəbəyli belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Bir həftədən çoxdur Belarusda vəziyyət gərgindir, hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun istefasını tələb edənlərin sayı kifayət qədərdir. Həm daxili, həm də xarici təzyiqlər qarşısında qalan Lukaşenko öz iqtidarını qoruya biləcəkmi? - Belarusda həddən artıq çətin situasiya yaranıb. Əslində Lukaşenkonun müqavimət göstərəcəyi, müəyyən müddətə də olsa öz hakimiyyətinin qoruyub-saxlayacağı gözləniləndir. İndiki durumda onun istefa verməsi ölkəni xaosa gətirib çıxara bilər. Çünki hazırda orada kütləni idarə edə bilən real qüvvə yoxdur. Ola bilsin ki, hansısa xarici dairələr tərəfindən yönəldilirlər, amma indi Belarusda siyasi proseslərə nəzarət edə biləcək, onu irəli aparacaq lider qalmayıb. Müəyyən şəxslər vardı ki, onlar da uzun müddətdir siyasi səhnəni tərk ediblər. Məsələnin ən təhlükəli tərəfi də bundan ibarətdir. Düşünürəm ki, Avropa İttifaqının münasibəti və ya Qərb dövlətlərinin qəbul etdiyi qərarlar tələsik verilib. Bunlar vəziyyətdən çıxış yolu qoymayan, manevr imkanlarını məhdudlaşdıran qərarlardır və ölkədə dialoqa şərait yaradan bütün perspektivlərin üzərindən xətt çəkir. İndiki şəraitdə hadisələrin hansı istiqamətdə gedəcəyini öncədən söyləmək mümkün deyil. Amma düşünürəm ki, müəyyən müddətə də olsa, Lukaşenko öz hakimiyyətini qoruyacaq. Bu, ən azı ölkədə konstitusiya dəyişikliyinin baş verəcəyi günə qədər uzadılacaq. - Sizcə, Lukaşenkonu hədəfə gətirən əsas səbəb, təkcə onun uzun illərdir hakimiyyətdə olması idimi? - Belarus cəmiyyətini kifayət qədər yaxşı tanıyıram. Belarusda sosial-iqtisadi vəziyyətin pandemiyaya qədər normal olduğunu görmüşəm. Eyni zamanda, ölkədə korrupsiya və rüşvətxorluğun səviyyəsi də minimum olub. İnsanlar "azadlıq” deyəndə nəyi nəzərdə tutduqlarını bilmirəm, amma Belarus vətəndaşlarına bu yöndə təzyiqlərin edildiyinin də şahidi olmamışam. İqtisadi azadlıqlar da yüksək səviyyədə olub. Bütün dövlət, eyni zamanda aqrar sektorda olan müəssisələr həmişə çalışıblar, fəaliyyət göstəriblər. Belarusda yaşayış həddi bir sıra qonşu dövlətlərdən üstün olub. Ola bilsin ki, Lukaşenkonun 26 il hakimiyyətdə olmasının bu proseslərə müəyyən qədər təsiri var, insanlar dəyişiklik istəyə bilərlər. Amma yaxşı olardı ki, bu dəyişiklik Belarus prezidentinin özü tərəfindən başlanılsın. Əslində bu proses gecikib, yaxşı olardı ki, son beş ildə ölkədə siyasi, iqtisadi və hüquqi dəyişikliklərin edilməsi istiqamətində addımlar atılardı və bu proses yuxarıdan aşağı baş verərdi. Təəssüflər olsun ki, bunlar olmadı və mövcud şəraitin ortaya çıxmasına zəmin yaratdı. Lukaşenko haqda bu gün ona etiraz var deyə, fikir söyləmək niyyətində deyiləm. Hesab edirəm ki, o, bir siyasi lider kimi xalqının maraqlarına xidmət edirdi. - İğtişaşların qarşısının alınması üçün Rusiya və ya KTMT-dən hərbi müdaxilənin olacağı da ehtimallar arasındadır. ABŞ artıq buna etiraz edib. Belə bir addımın atılması ehtimalı nə qədər yüksəkdir? - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının əsasnaməsi üzv dövlətlərin daxili proseslərinə müdaxilə etməsinə imkan vermir. Yəni Belarusa hərbi yardımın edilməsi o halda mümkündür ki, bu ölkənin ərazi bütövlüyünün pozulmasına xarici təhdidlər yaransın. İndi isə belə bir xarici təhdid yoxdur. Amma belə bir faktorun ortaya çıxarılacağı ehtimalı hər zaman var. İndiki şəraitdə isə müdaxilə üçün hansısa bir əsasın olmadığı qənaətindəyəm. KTMT-nin əsasnaməsi də buna imkan vermir. - Niyə Rusiya son zamanlarda post-sovet respublikalarına diqqəti artırıb? - Post-sovet məkanına diqqətin artmasının səbəbləri çoxdur. İlk növbədə, Rusiya pandemiya dönəmində kifayət qədər zərər gördü, digər yandan xarici sanksiyalar da öz işini görür. Bunu etiraf etməsələr də, Rusiyanın kifayət qədər çox valyuta ehtiyatlarının olduğunu desələr də böhran insanların həyat tərzlərində özünü büruzə verir. Dünya bazarlarında enerji resurslarının qiymətlərinin kəskin aşağı düşməsi də Rusiyaya mənfi təsirlərini göstərir. Rusiya nəhəng dövlətdir və orada sosial-iqtisadi problemlər daha ağırdır, həmçinin bir neçə istiqamətdə dünyanın müxtəlif bölgələrində gedən proseslərə müdaxilə etməyə çalışır – sərhədlərindən kənarda hərbi əməliyyatlarda iştirak edir. Bütün bunlar böyük maddi vəsaitlər tələb edən amillərdir. Rusiyanın xaricə çıxış imkanları məhdudlaşdıqca, post-sovet məkanını öz təsir dairəsində saxlamağa çalışır. Bu məkan, eyni zamanda ona bazar kimi də lazımdır və öz hərbi sənaye kompleksini qorumaq üçün vacib amillərdən biridir. Qeyd etdiyimiz kimi həm silah istehsalı sahəsinə embarqo qoyulub, həm də enerji daşıyıcıları ilə bağlı ciddi sanksiyalar var. Bütün bunlar da Rusiyanı yeni bazar tapmağa sövq edir. Hesab edirəm ki, Rusiyanın post-sovet məkanında aktivləşməsi bundan irəli gəlir. - Dünən Rusiya və Türkiyə liderləri arasında telefon danışığı baş tutdu. Görüşün detalları açıqlanmamış müzakirə mövzuları arasında Ermənistan-Azərbaycan münaqişəsinin olacağı iddiası irəli sürülsə də, bu, özünü doğrultmadı. Məlumdur ki, liderlər bir dəfə bu məsələni müzakirə ediblər. Bəs bundan sonra bu məsələyə yenidən qayıdacaqları gözləniləndirmi? - Türkiyənin bu məsələdə mövqeyi aydındır. Əvvəla, biz telefon danışığı haqda rəsmi tərəflərin verdiyi açıqlamalardan məlumatlıyıq, məsələnin tam mahiyyətini bilmirik. Onlar daha çox Suriya, Liviya və digər məsələlər haqda danışıldığını bildirirlər. Amma ola bilsin ki, Ermənistandan Azərbaycana qarşı son təhdidlərlə bağlı da müzakirələr aparılıb. Dediyim kimi, Türkiyənin bu məsələdə mövqeyi açıqdır, ortadadır və birmənalıdır. Kimsə həm Azərbaycanın ərazi bütövlüyünə, həm bütövlükdə bölgədə sabitliyin pozulmasına, həm də regiondakı layihələrə ziyan dəyməsini qəbul etməyəcək. Dövlətlərin "qırmızı xətt”i var. Türkiyə üçün də bu məsələ "qırmızı xətt”dir. Bu, həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, həm müdafiə nazirinin, həm də xarici işlər nazirinin açıqlamalarında bu məsələyə münasibətdə əks qütbdə dayanmaq istəyənlərin diqqətinə çatdırıldı. Hesab edirəm ki, hər bu açıqlamalardan öz nəticəsini çıxarır. Əks təqdirdə, bu, nə Rusiyanın, nə də bu prosesdə stimullaşdırıcı mövqe tutmaq istəyən heç bir qüvvənin maraqlarına uyğun deyil. "carciTV.az"
Oxunub: 379
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
10:07 İmişli sakini Araz çayında batdı
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
İDMAN
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim