AZAL vətəndaşların pullarını niyə qaytarmır?
REPORTAJ / 20.08.2020 16:46
"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) və onun törəmə strukturu "Buta Airways” şirkətinin koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ləğv olunmuş reyslərinə bilet alanlar hələ də pulunu geri götürə bilməyib. "Report”un məlumatına görə, aviaşirkət vətəndaşların pullarını qaytarmaqdan imtina edir, müştərilərə yalnız aviabiletlərin ödənişsiz qaydada yenidən təxsis edilməsini və yaxud aviabiletlərin dəyəri qədər vauçerlərlərin verilməsini təklif edir. İnsanlar narazıdır AZAL-ın geri ödənişdən imtina etməsi insanların narazılığına səbəb olub. Artıq bu narazılığı sosial şəbəkələrdə hiss etmək mümkündür. Məsələn, Rüstəm Rüstəmov adlı, soyadlı bir şəxs yazır: "Martın 18-nə Bakı-Moskva aviareysi üçün 3 ədəd bilet almışdım və 28 min rubl (700 manat) pul ödəmişdim. Artıq 5 aydır ki, AZAL mənim pulumu geri qaytarmır. Buna nə ad vermək olar? Artıq 3-cü gündür ki, yazdığım ismarıcı da cavablandırmırlar. Zəng etdim, 34 dəqiqə ərzində zəngimə cavab verən olmadı. Belə çıxır ki, AZAL "Ölən dirilmir” prinsipi ilə işləyir” Aviaşirkət dövlət dəstəyi alıb Maraqlıdır ki, AZAL-dan fərqli olaraq əksər xarici aviaşirkətlər biletlərin pullarını geri qaytarıblar. Məsələn, Macarıstanın "WizzAir” şirkəti Azərbaycan vətəndaşlarına Bakıdan və Gürcüstanın Kutaisi şəhərindən uçuş üçün aldıqları biletlərə görə çoxdan geriyə ödəniş edib. AZAL isə oxşar addımı atmağa həvəsli görünmür. Baxmayaraq ki, aviaşirkət bir qədər əvvəl koronavirusla mübarizə tədbirləri çərçivəsində dövlətdən 86,9 milyon manat məbləğində dəstək alıb. "Bu, istehlakçı hüququnun pozulmasıdır” Azərbaycan İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova AZAL-ın vətəndaşların pullarını qaytarmamasını istehlakçı hüququnun pozulması hesab edir: "Bu, istehlakçılarının hüquqlarının kobud şəkildə pozulmasıdır. Aviaşirkət vətəndaşlarının pullarını mütləq geri qaytarmalıdır. Çox təəssüf ki, Azərbaycanda beynəlxalq sənədləri ortaya qoyaraq AZAL-ı "yerində otuzduracaq” peşəlar hüquqşünaslar yoxdur. Bununla belə, insanları İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və yaxud bizə ərizə ilə müraciət etməyə çağırıram”. AZAL nə deyir? "Report” məsələ ilə bağlı AZAL-ın da mövqeyini öyrənib. Aviaşirkətin prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib ki, pandemiya ilə bağlı aviaşirkətə göstərilmiş maliyyə yardımında aviabiletlərin dəyərinin geri qaytarılması üçün xərcləri nəzərə alınmayıb: "Bununla belə, oktyabrın 25-nə qədər əldə edilmiş aviabiletlərin ödənişsiz yenidən təxsis edilməsi imkanı təqdim edirik. Alternativ olaraq, biz həmçinin sərnişinlərə aviabiletin dəyərinin geri qaytarılması əvəzinə vauçer formasında pul sənədi təklif edirik. Bu vauçeri ləğv edilmiş reysə biletin ilkin uçuş tarixindən etibarən 2 il ərzində istifadə etmək mümkündür. Vauçer AZAL-ın və "Buta Airways”in bütün istiqamətlərində etibarlıdır. Sərnişin bu şərtlərlə razılaşmadığı təqdirdə, aviaşirkət normal fəaliyyətini bərpa etdiyi vaxtdan 60 gün sonra, sərnişinlər tərəfindən alınan aviabiletlərin tam dəyərini növbəli şəkildə qaytarmağa hazırdır". "carciTV"
Oxunub: 367
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR İDMAN09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim