reklam
USD
8 ℃
EUR
BAKI

Eldar Həsənov ifadə verdi - "5-ci kolon"un üzvləri ifşa oldu - ŞOK TƏFƏRRÜATLAR

REPORTAJ / 20.08.2020 17:25
Eldar Həsənov ifadə verdi - "5-ci kolon"un üzvləri ifşa oldu - ŞOK TƏFƏRRÜATLAR
Azərbaycanda 5-ci kolonun yaradılma strategiyası

Birinci hesabat

Qırğızıstanda baş verən dövlət çevrilişinin Əli Həsənov və Qurban Məmmədov tandemi ilə nə əlaqəsi var? 2014 və 2015-ci illərin izi ilə…

Bir necə gün öncə keçmiş Baş prokuror, Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinada sabiq səfir olan Eldar Həsənovun həbsi bir çox sirli pərdələrin açılmasına səbəb olub.

Proloq

7 aprel 2010-cu ildə Qırğızıstanda Bakiyev hakimiyyəti devriləndə bu ailəyə yaxın bir çox insan, o cümlədən Prezidentin oğlu Maksim Bakiyevin çevrəsi də həbs edildi. Qırğızıstanda olan qızıl mədənləri çoxlarının, o cümlədən ingilislərin və rusların gözünü qamaşdırırdı. Bu baxımdan geosiyasi maraqlar geoiqtisadi istəklər ilə üst-üstə gəlirdi.

Maksim Bakiyev atasının Prezident olduğu dövrdə Qırğızıstanın İnkişaf, Sərmayə və İnnovasiyalar üzrə Mərkəzi Agentliyinin rəhbəri idi. Bu vəzifədə Maksim 1 il işlədi. Amma buna baxmayaraq, Rusiya mətbuatına istinadən Maksim Bakiyev yalnız 1 il ərzində rəhbərlik etdiyi qurum vasitəsilə 44 milyon ABŞ dolları mənimsədi, daha doğrusu "yudu”.

2010-cu ildə Qırğızstandan qaçarkən Maksim Bakiyev atası ilə Belarusa, ordan isə birbaşa özəl təyyarə ilə Böyük Britaniyaya yollanır. Orada onu qarşılayırlar və … siyasi qaçqın statusu verirlər. Ən maraqlısı o idi ki, sonrakı dövrlərdə Böyük Britaniyada Maksim Bakiyevin Qırğızıstana təslim edilməsi haqda ən çox canfəşanlıq edən ABŞ siyasi və dövlət dairələri idi. Məhz onlar Bakiyevin ekstradisiya məsələsinə baxılmasını israr edirdilər.

Həmin dövrün mətbuatını təhlil etsək görərik ki, Maksim Bakiyev ətrafında olan bütün məsələlər bilavasitə Almaniya, Rusiya, Böyük Britaniya, Qırğızıstan, ABŞ və … Azərbaycan mətbuatında geniş yer alırdı… Maksim Bakiyevi sudan quru çıxarmaq cəhdləri Azərbaycanın bəzi media resurslarında hər gün işıqlandırlırdı və Google axtarış sistemi sübut edir ki, Azərbaycan media resursları Maksim Bakiyevin və onun ətrafının "təmizlənməsində” önəmli yer tuturdu.

Sual yaranır…

Niyə Azərbaycan mətbuatı qaçqın Qırğızıstan Prezidentinə, ələlxüsus onun oğluna bu gədər yer ayırırdı?

"Roza” əməliyyatı

1997-ci ildə Qırğızıstan Xarici İşlər naziri Roza Ottunbayeva Əsgər Akayevin hakimiyyətindən narazılığını bildirsə də, Böyük Britaniyaya səfir vəzifəsinə təyin edilir. 2002-ci ilədək BMT-nin Gürcüstan və Abxaziyada münaqişələrin həlli üzrə xüsusi müşavirinin müavini təyin edilsə də, Böyük Britaniyada yaradılmış əlaqələr ona uzun illər xidmət edəcəkdi. 2004-cü ildə Roza Ottunbayeva Qırğızıstana dönür və müxalif partiyada iştirak etməklə fəal siyasətə atılır.

2005-ci ilin martında Əsgər Akayev hakimiyyətdən devrildi və Kurmanbek Bakiyev ölkə rəhbərliyinə gəldikdən sonra Ottunbayeva yenidən Xarici İişlər naziri vəzifəsini icra etməyə başladı. Lakin Bakiyev ilə yaranmış qeyri-səmimi münasibətlər nəticəsində Parlament onun namizədliyini nazir vəzifəsinə təsdiq etmir və xanım siyasətçı parlamentdə özünə yer tutmaqla kifayətlənir.

Bütün bu dövr ərzində Böyük Britaniyada yaradılmış işbirliyi və geniş əlaqələr onu hər zaman qoruyur və sığortalayır.

"Yevgeniy…Bond”

2005-ci ildə Rusiya Diplomatik Akademiyasının birinci kursundan xaric edilən Maksim Bakiyev əcnəbi ölkələrə səfər etməyə başlayır. Atasının Prezident vəzifəsində olmasından istifadə edərək, 28 yaşlı gənc özünü beynəlxalq məsləhətçi, strateji planlaşdırma üzrə ekspert, geoiqtisadiyyat, marketinq, logistika, keyfiyyət üzrə mütəxəssis və s. kimi təqdim edir. Bu zaman Maksim Bakiyev Rusiya əsilli 1990-ci illərdən ABŞ vətəndaşı olan Yevgeniy Qureviç ilə tanış olur.

Qureviç 2001-2007-ci illərdə  ABŞ-ın Virage Consulting Ltd. şirkətinin rəhbəri (idarəetmə konsaltinqi ilə məşğul olurdu), 2006-2009-cü illərdə Asiya Universal Bankının direktoru vəzifəsində çalışıb. Eyni zamanda o, Afrika İnvestisiya Bankının baş vitse-prezidenti, Nyu-York xedj-fondu olan Gamma Square Partners-ın icraçı direktoru və "proqram təminatını hazırlayan offşor şirkəti” olan GSN Tech LLC.-nin direktoru vəzifələrində işləyib.

Bu qədər vəzifələri icra etmək həqiqətən də böyük əlaqələr və yaxud sadəcə yaxşı kamuflyaj tələb edirdi…

Yevgeniy Qureviç MGN Group şirkəti yaradır və tezliklə müəyyən xüsusi xidmətlərin və dairələrin nəzarətinə düşür. Həmin şirkətin rəhbəri olaraq Qureviçin adı italyan mafiyası və bir sıra başqa korrupsiya skandallarında keçir. 2010-cu ildə İtaliya mətbuatının yazdığına görə, Yevgeniy Qureviçin komandası Fastweb və Telecom Italia Sparkle arasında olan sazişdən pulların "yuyulması” üçün kalabriya mafiyasının köməyindən istifadə edərək 2 milrard avro vəsait ofşor hesablara çıxarmışdır. Bununla əlaqədar İtaliya prokurorluğu 56 nəfərin həbsi ilə bağlı İtaliya Senatına mürəciət etmişdir. Qureviç həmin siyahıda idi.

İtaliya hakimi Morcini yazırdı ki, Qureviç İsveçrədə və digər ölkələrdə əlaqələrindən istifadə edərək pulların yuyulması üzrə tanınmış mütəxəssisdir.

Qırğızstanda olan hərc-mərclik Qureviçi və onunla bir necə nəfəri tezliklə həmin ölkəyə gəlməyə "vadar” edir. Qureviç öz köməkçisi, Azərbaycan əsilli Britaniya vətəndaşı Vüqar Xəlilov ilə Bişkekə gəlirlər və burada Vüqar Xəlilov Flexi Communications adlı şirkət qurur. Şirkətin əsas məqsədi Maksim Bakiyevin PR-ı ilə məşğul olmaq, yeni Qırğızıstan hakimiyyətini Qərbdə təmsil etmək olur. Əslində isə Qureviç və onun əməkdaşları sadəcə "pulların yuyulması” ilə məşğul idilər .

 

Vüqar Xəlilovun Yevgeniy Qureviçin rəsmi təmsilçisi olmasını Rusiyanın "Vedomosti” qəzeti də təsdiqləyir. Qureviç isə özü təsdiq edir ki, "Mən Maksim Bakiyevin komandasının üzvü idim, bəzi sxemləri bilirdim və onlarda iştirak edirdim”.

2009-cu ildə Maksim Bakiyev Yevgeniy Qureviçin təklifi ilə Qırğızıstanın İnkişaf, Sərmayə və İnnovasiyalar üzrə Mərkəzi Agentliyinin yaradılması təkilifini atasına təqdim edir. Kurmanbek Bakiyev təklifi bəyənir və oğlunu quruma rəhbər təyin edir.

Maksim Bakiyevin ilk qərarlarından biri Qırğızıstanın İnkişaf, Sərmayə və İnnovasiyalar üzrə Mərkəzi Agentliyinin aktivlərinin idarə edilməsinin MGN Group-a, yəni Yevgeniy Qureviçə və Vüqar Xəlilova həvalə olunması olur.

"Vüqarlı” oğlan

Maksim Bakiyevin yanına əslən Azərbaycandan olan Britaniya vətəndaşı, həmin dövr üçün jurnalist Sevinc Osmanqızının qaynı olan Vüqar Xəlilov yerləşdirilmişdi. Qısa müddət ərzində Maksim Bakiyevin yaxın adamına çevrilən Vüqar Xəlilov çirkli pulların yuyulmasında iştirak etdiyi üçün 2010-cu ilin aprel ayının 12-də həbs edilir. İlkin məlumata əsasən, Bakiyev bir neçə əməliyyatdan 43.5 milyon dollar vəsaiti yumağa müvəffəq olur.

Həmin dövrdə Vüqar Xəlilovun qardaşı Elçin Xəlilov Londonda BBC Telekanalında işləyirdi. Qardaşının həbs edildiyini görən Elçin Xəlilov dərhal onun azad olunması məqsədi ilə danışıqlara başlayır.

Birinci istiqamət təbii ki, Britaniya müvafiq orqanları idi (burada "kəşfiyyat” sözünü bilərəkdən işlətmirik). İkinci istiqamət isə o dövr Azərbaycanda Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri olan Əli Həsənov idi. Xəlilov qardaşlarının Əli Həsənovla bir kənddən olduğunu nəzərə alaraq, qohumluq əlaqələrini istisna edə bilmərik.

Elçin Xəlilovla Əli Həsənov arasında danışıqdan sonra Həsənov dərhal Vüqar Xəlilovun azad olunması ilə bağlı Azərbaycanın Qırğızıstandakı səfirliyi və Rusiya ilə bu istiqamətdə danışıqlar aparır. Qeyd edək ki, Əli Həsənov Rusiya Federasiyasının bir sıra medalları ilə təltif edilmiş insandır. Bu baxımdan, onun Rusiyada xüsusi əlaqələrinin olması təbii haldır. Beləliklə, Xəlilov qardaşlarının gələcəkdə bütün maraqlı tərəflərə işləyəcəyi barədə razılığa gəlinir və həbsindən cəmi 6 ay sonra (2010-cu ilin avqust ayının 6-da) Vüqar Xəlilov azad edilir, xüsusi təyyarə ilə Britaniya xüsusi xidmət orqanlarının müşayiəti altında Londona çatdırılır.

Vüqar Xəlilovun azad edilməsi bir çox müəmmalı sualları ortaya qoyur.

Birincisi, necə olur ki, Yevgeniy Qureviç Qırğızıstan məhkəməsinin qərarı ilə axtarışa verilir, hətta ona qiyabi olaraq hökm oxunur? Vüqar Xəlilov isə onun yaxın adamı olaraq, onun adından çıxış etdiyi halda, bütün proseslərdən hər zaman xəbəri olan adam kimi azadlığa buraxılır?

İkincisi, Qırğızıstanda inqilabi proseslər müxtəlif dövlətlərin siyasi maraqlarının toqquşduğu anda baş verdi. Bu baxımdan, belə proseslər zamanı həbs edilən şəxslər sadəcə bir necə ay sonra azadlığa buraxılırlarsa, o zaman bu, ortada hər hansı bir sövdələşmənin olmasından xəbər verir.

Burda bir haşiyəyə çıxaq.

Jamestown Fondunun analitiki İqor Rotar hesab edir ki, "Bakiyevi sadəcə Qureviç təslim etdi və ABŞ buna reaksiya verməli idi”. Lakin Jamestown Fondunun analitikinin sözlərinə görə, "nəzəri olaraq Manasla (söhbət Manas aeroportundan gedir) bağlı sövdələşmə də mümkündür. Romada (İtaliya) Maksimin adı qaçılmaz olaraq orada ortaya çıxacaq”, – İqor Rotar DW-yə verdiyi müsahibədə belə söyləmişdi. Cünki ABŞ Manas aeroportunu Tranzit Mərkəzindən istifadənin, o cümlədən Əfqanıstandan qoşunların çıxarılmasından sonra da perspektivin qorunmasına böyük əhəmiyyət verirdi. Bakiyev isə burada ikili oyun oynadı və nəticədə həm Rusiyanı, həm də ABŞ-ı razı salaraq sadəcə varlanmağa davam etmək istədi. Bütün bu oyunların içində sözsüz Yevgeniy Qureviç və onun komandası var idi.

Beləliklə…

Çirkli pulların yuyulmasında ittiham edilən şəxsin, hər iki Bosun (Maksim Bakiyev və Yevgeniy Qureviç) qaçdığı anda Vüqar Xəlilovun həbsdən azad edilməsi geosiyasi danışıqların nəticəsi idi.

Beləliklə, Vüqar Xəlilov Böyük Britaniya vətəndaşı olaraq Qırğızıstanda həbs edilir. Kurmanbek Bakiyevin devrilməsində Rusiya xüsusi xidmət orqanlarının rolu az deyildi. Cünki Maksim Bakiyev öz biznes tərəfdaşı olan Yevgeniy Qureviç ilə Manas aeroportunun rəhbərliyində təmsil olunduğu zaman böyük qonşuların geosiyasi maraqlarına zidd addımlar atmışdır. Qırğızıstandan qaçandan sonra Qureviç dələduzluğa görə Alabama ştatının (ABŞ) Montgomery şəhərində həbs edilir və yalnız 2018-ci ildə həbsdən buraxılır.

Burada Roza Ottunbayevanın uzun illər Böyük Britaniyada çalışdığını və Kurmanbek Bakiyev Bişkekdən Minskə qaçdığı zaman yenidən Ottunbayevanın hakimiyyətə gəldiyini yada salmaq yerinə düşər. Cünki məhz Britaniyada böyük əlaqələrə malik olan Ottunbayevanın Bişkekin Pervomay məhkəməsinin sədrinə zəngindən sonra Vüqar Xəlilovun məhkəmə zalından buraxılması təmin olunur və Vüqar dərhal özəl təyyarə ilə Böyük Britaniyaya çıxarılır. Ordan isə Bakıya gəlir.

Vüqar Xəlilovun ilk işi Qırğızıstandakı çevrilişdən sonra britaniyalıların risk altında olan qızıl mədənlərini dəyərindən çox yüksək qiymətə Azərbaycana satmaq cəhdi olur. Bununla bağlı olaraq Vüqar Xəlilov Əli Həsənov və Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov ilə birgə biznes-planlar qurmağa başlayırlar. Bununla yanaşı, bir necə dəfə Londona səfər edən Vüqar Xəlilov orada bir sıra görüşlər keçirərək, Azərbaycanda baş verən ictimai-siyasi proseslər haqda Böyük Britaniyanın müvafiq qurumlarını məlumatlandırır. Bu məlumatların hansı xarakter daşıdığı haqda gələcək yazılarımızda…

Eldar Həsənovun bir necə gün öncə baş vermiş həbsi bir çox mətləblərə aydınlıq gətirir. Aydın olur ki, Eldar Həsənov vasitəsilə Bakıdakı bəzi insanlar Avropada məskunlaşmış müxalifətçilər ilə əlaqələr qurur, onlara tapşırıqlar ötürür və maliyyə imkanlarını əsirgəmirdilər. Bütün bu proseslərin içində ictimai-siyasi işlərlə məşğul olan insanın yer almaması şübhə doğurardı. Çox güman ki, yaxın günlərdə YouTube və sosial şəbəkələrdə Avropada məskunlaşmış müxalifətçilərin Eldar Həsənovun həbsinə yönəlik ehtiraslı çıxışlarını, müdafiə xarakterli video görüntülərini seyr edəcəyik. Bütün bunlar peşəkarcasına Bakıdan hazırlanan tezislər əsasında həyata keçiriələcək. Və tezislərin başında kimin durması artıq aydınlaşır…

2014 – 2015-ci illərdə Vüqar Xəlilov öz qardaşı Azər Xəlilovu və Azər Xəlilovun həyat yoldaşı jurnalist Sevinc Osmanqızını oyuna daxil edir. Ən maraqlısı odur ki, ABŞ-a köçməzdən əvvəl Sevinc Osmanqızı Azərbaycan hakimiyyətinin təbliğatçısı kimi tanınırdı. Hətta CNN telekanalında Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva haqqında müsbət bir verilişin müəllifi idi.

Hər bir sahəyə nəzarət etməyi özünün "borcu” hesab edən Əli Həsənov Avropa və ABŞ-dakı Azərbaycan müxalifətini də öz nəzarətində formalaşdırmağa başlayır. Bu işlərə Avropada geniş əlaqələrə malik olan insanları cəlb edən Əli Həsənov Azərbaycanın bir sıra diplomatik nümayəndələrini oyuna soxur.

Beləliklə, Sevinc Osmanqızının Azərbaycandan ABŞ-a, Qurban Məmmədovun isə Azərbaycandan Avropaya yola salınması əməliyyatı başlayır.

Xəlilov – Osmanqızı cütlüyü Azərbaycan hakimiyyətindən necə pul qazanır?

Sevinc Osmanqızının transferinin ABŞ hökuməti qarşısında legitimləşdirilməsi üçün Əli Həsənov Mirşahin Ağayevdən istifadə edir. Mirşahin Ağayevə Osmanqızını ANS-in ABŞ ofisinin təmsilçisi kimi Vaşinqtona yollamaq tapşırılır və Osmanqızı ABŞ-da yerləşir.

Dərhal bundan sonra Sevinc Osmanqızının həyat yoldaşı Azər Xəlilovun (hazırda ATV kanalının rəhbəri) qardaşı Vüqar Xəlilov Rusiyanın (!) Sputnik İnformasiya Agentliyinin Azərbaycandakı rəhbəri təyin edilir. Azər Xəlilov isə öncə CBC-nin, daha sonra ATV kanalının rəhbəri təyin edilir.

ATV-nin o zaman rəhbəri olan və Əli Həsənovun oyunlarını oynamağa razı olmayan, hətta "professor”un tələb etdiyi "aylıq ödəmə”ni təmin etməyən Vüqar Qaradağlıya qarşı aparılmış çirkin oyun nəticəsində kanala Azər Xəlilov gətirilir.

Maraqlısı odur ki, Vüqar Qaradağlı ölkədə savadlı və peşəkar televiziya işçisi kimi tanınır. O, illər boyu "Lider” kanalına rəhbərlik etmiş, sonralar isə ATV kanalını İbrahimov (Nazim, Tağı, Sahib İbrahimovlar) qardaşlarından sonra inkişaf etdirməyə müvəffəq olmuşdur. Hər zaman ölkə rəhbərliyinin tapşırıqlarını yüksək səviyyədə həyata keçirən Qaradağlı bütün işlərdən uzaqlaşdırılır və yerinə televiziyada xüsusi təcrübəsi olmayan, reklam cəlbetmə işini bilməyən və siyasi rəhbərliyə heç bir özəl yaxınlığı ilə seçilməyən şəxs – Azər Xəlilov gətirilir. Azər Xəlilovu Vüqar Qaradağlıdan fərqləndirən cəhət o idi ki, Azər Xəlilov Əli Həsənovun qarşısında mil dururdu.

Əldə etdiyimiz məlumata görə, Əli Həsənov Vüqar Qaradağlı haqqında ölkə rəhbərliyinə yalan məlumatlar çatdırmış və onun Azər Xəlilov ilə əvəz edilməsinə inandıra bilmişdir.

Azər Xəlilovun CBC-dən ATV-yə transferindən sonra qardaşı Vüqar Xəlilov CBC-yə təyin edilir. Bu təyinatların həyata keçirilməsi üçün Əli Həsənov vasitəsilə ölkə Prezidentinə Xəlilov qardaşlarının saxta uğur hekayələri təqdim edilir.

Ən maraqlısı odur ki, ikili vətəndaşlıq qadağan edilən ölkədə Böyük Britaniya vətəndaşı olan Vüqar Xəlilov öncə Rusiyanın aparıcı təbliğat ruporuna rəhbər, sonra isə Azərbaycanın xaricə yönəlik bir kanalına rəhbər göndərilir.

Belə çıxır ki, Vüqar Xəlilov ya britaniyalıları məharətlə aldadır, ya da öncədən digər ölkələrin xüsusi xidmət orqanları ilə sıx əməkdaşlığı ilə həyat yolunu müəyyənləşdirmişdi. Cünki öncə Qureviç ilə Qırğızıstanda işləyən, sonra həbsdən azad olunması üçün Rusiyanın dəstəyini əldə edən, xüsusi təyyarə ilə Böyük Britaniyaya aparılan və orada bir necə ay saxlanıldıqdan sonra Azərbaycana gətirilən və burada xüsusi imtiyaz və vəzifələrlə mükafatlandırılan adam sadəcə ya bir dahidir, ya da ki…. burada növbəti fikri formalaşdırmağı buraxaq oxucunun öz rəyinə.

Həsənov – Məmmədov – Osmanqızı – Xəlilovların Azərbaycan siyasi palitrasında yeri və rolu haqqında

Qurban Məmmədov Avropaya köçdükdən sonra onun Azərbaycanın müxalif mühacirətinin siması olması qarşılığında Əli Həsənovdan Nərimanov rayonunda M.Nağıyev küçəsi 19/27 ünvanında "Atlant-inşaat” tərəfindən yeni tikilmiş 16 mərtəbəli binada 11 ədəd yeni mənzil və 1 beşmərtəbəli qeyri-yaşayış sahəsi tələb edir. Nəticədə, Qurban Məmmədovun 150 kvadratmetrlik köhnə mənzili sankı "plana salınır” və əvəzinə ümumi sahəsi 1500 kvadratmetr olan mənzillər verilir. Hazırda Qurban Məmmədovun ailə üzvləri və qohumları həmin mənzillərdə yaşayır.

Əli Həsənov – Xəlilov qardaşları – Osmanqızı – Qurban Məmmədov dördlüyü

Bu dördlük Qərb xüsusi xidmət orqanlarının Azərbaycandan gedən "siyasi mühacirlərə” qucaq açması və onların himayəyə götürülməsi üçün nə tələb olunduğunu yaxşı bilirdi. Əgər ölkə hakimiyyətindən həmin adamlara qarşı təzyiqlər olmasaydı, oyun pozula bilərdi. Bu baxımdan Flexi Communications rəhbəri olmuş Vüqar Xəlilov özünün Avropa və Britaniyadakı əlaqələrindən məharətlə istifadə edir. Bununla bağlı olaraq dəfələrlə Əli Həsənovun Xızıdakı evində görüşlər keçirən Vüqar və Azər Xəlilov qardaşları Skype vasitəsilə Londonda yaşayan qardaşları Elçin Xəlilov ilə növbəti addımları müəyyənləşdirirlər. Aparılan işlərin nəticəsində Azər və Vüqar Xəlilovlara "jurnalistlər” binasında hər birinə 3 otaqlı mənzil verilir. 2015-ci ildə isə Əli Həsənovun təqdimatı ilə Azərbaycan jurnalistikasına heç bir töhfə verməyən Azər Xəlilova "Əməkdar jurnalist” adı verilir…

Beləliklə, öncədən razılaşdırılmış şou başlayır. Əli Həsənov və onun məlum trol ordusu, eyni zamanda Xəlilov qardaşlarının media çevrəsi Sevinc Osmanqızı və Qurban Məmmədovu söyməyə başlayır!

Sosial şəbəkələrin alqoritmi elə qurulub ki, hər hansı bir ictimai fiqura istər yaxşı, istərsə də tənqidi fikirlər yazdığın zaman nəticədə həmin adamın reytinqi daha da çoxalır və o insanın paylaşımlarını daha çox adam görür.

Əli Həsənovun bu oyununa canfəşanlıqla dəstək verən sadə YAP-çılar xəbərsiz idilər ki, onların əziyyətlə etdiyi trolluq və onlara dövlətə sədaqət kimi təqdim olunan bu xidmət nəticəsində Osmanqızı və Qurban Məmmədovun videolarına daha çox insan baxmış oldu və onların izləyiciləri daha da çoxaldı.

Ən son əldə etdiyimiz məlumata görə, Eldar Həsənovun ifadələri əsasında Əli Həsənov istintaqa dəvət edilib və sorğu-suala tutulub. Hazırda Əli Həsənovla bağlı materiallar toplanılır və onun həbsinə hazırlıq gedir. Əli Həsənovun isə bu gecə xəstəlik bəhanəsi ilə Azərbaycanı tərk etdiyi bildirilir.

ARDI VAR…

Sakit Məmmədov

KONKRET.az



Oxunub: 780






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim