reklam
USD
11 ℃
EUR
BAKI

İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyi virtual forum keçirib VİDEO

REPORTAJ / 21.08.2020 00:20



Forumda pandemiya dövründə birgəyaşayışın və tolerantlığın gücləndirilməsi yolları müzakirə olunub


Avqustun 20-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Milli Xəbər Agentlikləri Birliyi (UNA) "Pandemiya dövründə müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri arasında birgəyaşayışın və tolerantlığın gücləndirilməsi yolları” mövzusunda virtual forum keçirib.

carciTV xəbər verir ki, forumda 50-yə yaxın ölkənin milli xəbər agentliklərinin rəhbərləri və nümayəndələri, rəsmi şəxslər, diplomatlar iştirak ediblər.

İslam Dünyası Liqasının Baş katibi Məhəmməd bin Əbdülkərim əl-İsa tədbirdə rəhbərlik etdiyi təşkilatın pandemiya dövründə birgəyaşayışın və tolerantlığın gücləndirilməsi istiqamətində gördüyü işlərdən danışıb. O, həmçinin islamofobiyaya, dini radikalizmə və ekstremizmə qarşı mübarizənin gücləndirilməsinin, milli-mənəvi, dini, multikultural dəyərlərə hörmətlə yanaşılmasının önəmini vurğulayıb.

Müzakirələrlə davam edən forumda çıxış edənlər ölkələrində pandemiya dövründə multikulturalizmin, tolerantlığın və dini dözümlülüyün inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirləri diqqətə çatdırıblar.

Virtual forumda çıxış edən UNA-nın İcraiyyə Şurasının üzvü, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov Azərbaycanın tolerantlıq nümunəsinin, birgəyaşayış dəyərlərinin dünyada təbliği üçün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə ölkəmizdə təşkil olunmuş beynəlxalq tədbirlərin, forumların əhəmiyyətindən bəhs edib. A.Aslanov bildirib ki, pandemiya səbəbindən ənənəvi tədbirlər təxirə salınsa da, insanlar virtual imkanlardan istifadə edərək forumlar keçirir və fikirlərini, təcrübələrini bölüşürlər. Qlobal böhran insanların qarşılıqlı həmrəyliyini, dostluğunu zəiflədə bilməyib, əksinə onu müvəqqəti olaraq ənənəvi ifadə formasından virtual aləmə daşıyıb. İnanırıq ki, bəşəriyyət birgə səylərlə bu bəladan da alnıaçıq çıxacaq.


Oxunub: 768






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim