İcra hakimiyyətlərinin ləğvi: Rayonlar necə idarə ediləcək? - AÇIQLAMA
REPORTAJ / 31.08.2020 21:07
"Azərbaycanda dövlət idarəetməsində ciddi islahatlar aparılmalı, bir-birini təkrarlayan qurumlar, o cümlədən rayon icra hakimiyyətləri ləğv edilməlidır. Ən əsası dövlət qurumlarının işi yenidən qurulmalı, səmərəliliyin ölçülməsi standartları tətbiq edilməlidir”.
carciTV xəbər verir ki, bunu Redaktor.az-a açıqlamasında beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, "Bureau De Qualite" şirkətinin rəhbəri Asif İbrahimov bildirib.
Maraqlıdır, İcra Hakimiyyətləri ləğv olunsa rayonları kim idarə edəcək? Ekspert bildirib ki, bu məsələdə Türkiyə modelininin fundamental elementlərini istifadə edə bilərik: "Əgər bələdiyyələr varsa, niyə İcra Hakimiyyətləri də mövcuddur? Birmənalı olaraq deyirəm ki, icra hakimiyyətləri ləğv edilməlidir. Bələdiyyələrin səlahiyyəti artırılmalıdır. Bələdiyyələrimiz bu gün dövlətdən maliyyələşir, lakin fəaliyyətləri torpaq satışından ibarətdir. Bu istiqamətdə Türkiyə modelini daha uğurlu hesab edirəm. Yerli icra orqanlarının dövlət büdcəsindən vəsait alması dayandırılmalıdır. Bu qurumlar özləri özlərini təmin etməli, həvalə edilmiş rayonlarda biznes mühitinin, turizmin inkişafını təmin etməli və yerli və beynəlxalq investorların cəlb edilməsini təmin etməldirlər”. Asif İbrahimov qeyd edib ki, ilk növbədə bələdiyyələrin statusları artırılmalıdır: "Ləğv edilmiş İcra hakimiyyətlərinin səlahiyyətləri bələdiyyələrə verilməldir. Fəaliyyət göstərdikləri ərazilərdə nəqliyyat, tikinti, turizm, ictimai iaşə obyektlərinə və digər sahələrə verilən icazələrdən əldə edilmiş vəsaitlər hesabına, eyni zamanda yerli və xarici investorların cəlb edilməsindən əldə etdikləri vəsaitlər hesabına maliyələşməlidir. Və təbii ki, əvvəllər də mövcud bir sıra vergilər hesabına. Bir sözlə qardaş Türkiyədə mövcud olan Bələdiyyə sisteminə uyğun olaraq bələdiyyə sistemimizi qura bilərik. Bunun nəyi pisdir ki, biri var rayonun aqibəti haqqında bir nəfər qərar verir, biri də var ki, rayonun bütün əhalisi”.
Oxunub: 517
08.06.2026
13:26 Ardıcıl 3 gün iş olmayacaq
13:12 Bahar Muradova: "Uşaqları qoruya bilməyən platforma uyğun mühit deyil"
13:11 Bakının mərkəzi küşələrindən birində genişmiqyaslı layihənin icrasına başlanılır - FOTO
12:55 SON DƏQİQƏ! Milli Məclis yeni qərar qəbul etdi:12 ay sonra qüvvəyə minəcək
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
12:36 Hansı sosial şəbəkə uşaqlar üçün daha TƏHLÜKƏLİDİR? - Komitə sədrindən MÜHÜM ÇAĞIRIŞ
12:29 Bakıda DƏHŞƏT: Mənzildən ata və məktəbli oğlunun meyitləri tapıldı, digər övlad xəstəxanalıq oldu
12:19 Nazir müavini: "Məktəblərdə "TikTok"a çıxış bloklanıb"
12:15 İsrail İrana qarşı genişmiqyaslı hücumları yekunlaşdırdı? - AÇIQLAMA
11:45 Ermənistanda siyasi qüvvələrin parlamentdəki yerləri bəlli oldu
11:12 Altıağac-Xızı yolunda TƏHLÜKƏ: "Yol tamamilə dağılıb" - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
08:51 Tramp: Netanyahu ABŞ-ın İranla bağlayacağı istənilən sazişi qəbul etməli olacaq
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
10:15 Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO
İDMAN
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim