reklam
USD
5 ℃
EUR
BAKI

Füzuli icra başçısı Alı Alıyevin çiçəklənən TENDERləri - SİYAHI

CANLI TV / 03.09.2020 22:43
Füzuli icra başçısı Alı Alıyevin çiçəklənən TENDERləri - SİYAHI

 
Füzuli Rayon Mənzil İstismar İdarəsi və Füzuli Rayon Kommunal Müəssisələr Kombinatı "Şans-77” MMC ilə toplam maliyyə dəyəri 134 815.69 AZN olan 3 müqavilə imzalayıb.

İxa.az xəbər verir ki, sözügedən MMC Füzuli Rayon Mənzil İstismar İdarəsi ilə bağladığı müqaviləyə əsasən (məbləğ 49 600.19 AZN) Horadiz şəhərində 20 yanvar küçəsini abadlaşdırmalıdır.

Füzuli Rayon Kommunal Müəssisələr Kombinatının "Şans-77” ilə bağladığı 2 müqaviləyə gəlincə, MMC Horadiz şəhərində "Heydər parkı”nda və qarşısındakı kiçik parkda abadlıq işlərini və işıqlandırma sisteminin yaxşılaşdırılmasını (məbləğ 49 498.5 AZN) və dəftərxana, təsərrüfat, maşın və mexanizmlərin təmiri işlərini (məbləğ 35 720 AZN) həyata keçirməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən "Şans-77” MMC 24 dekabr 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Böyük Şor (Daş karxana), ev 190-da yerləşir. Şirkətin qanuni təmsilçisi isə Həşimli Nicat Miryəhya oğludur.

Açıq mənbələrdə Nicat Həşimli barəsində hər hansı məlumat yoxdur. Onun rəhbəri olduğu şirkətə gəlincə, bir ildir yaranmasına baxmayaraq artıq Füzuli rayonunun büdcə təşkilatlarının keçirdiyi bir neçə tenderin qalibi olub. Məsələn, az əvvəl MMC fəaliyyətdə olan körpələr evi-uşaq bağçalarına maşın və avadanlıqların 54 850 manat dəyərində satınalınmasının qalibi olub.

Mediada gedən xəbərlərə görə, şirkət əslində Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin nəzarətindədir. Bildirilir ki, icra başçısı tez-tez bu sayaq MMC-lər təsis edir və tenderlər də adətən bu şirkətlərin arasında bölüşdürülür. Konkret olaraq may ayında Füzuli Rayon İcra Hakimiyyətinin keçirdiyi və toplam maliyyə dəyəri 538 690 AZN olan 3 tenderin qalibi yeni yaranmış şirkətlər olub. Söhbət "Çinar-N” MMC (məbləğ 199 326 AZN), "Xəmsə-M.X” MMC (məbləğ 199 221 AZN) və "Ağçala-LM” MMC-dən (məbləğ 140 143 AZN) ilə bağlanan müqavilələrdən gedir.

Müqavilələrdə Horadiz şəhərində Bayraq meydanı ərazisində yolun, H.Əliyev prospektindən Horadiz şəhər qəbiristanlığına qədər olan avtomobil yolunun təmiri və "sair xərclər" nəzərdə tutulub. Bu şirkətlərin üçü də cari ilin fevral ayında yaranıb. Yəni, yaranmalarından 2 ay sonra onlar iri məbləğli tenderlərin qalibi olublar.

"Çinar-N” MMC 6 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, ev 131 olan MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə Hümbətov Məmmədhüseyn Məmmədhüseyn oğludur.

"Xəmsə-M.X” MMC isə 13 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Maraqlıdır ki, bu şirkətlə "Çinar-N” MMC-nin hüquqi ünvanı üst-üstdə düşür. Yəni, "Xəmsə-M.X” MMC də Yasamal rayonu, Alatava 1, ev 131-də yerləşir. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Mustafazadə Xəyal Aqil oğludur.

"Ağçala-LM” MMC-yə gəlincə, bu şirkət 27 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Bayramov Emin Elşad oğludur. MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, ev 95-də yerləşir. Bu şirkət də Füzuli rayon Kommunal Müəssisələr Kombinatının 191 000 manatlıq müqavilə imzaladığı "Qədim Yurd” MMC ilə eyni ünvanda yerləşir.

Mənbə onuda qeyd edir ki,  Alı Alıyev 10 AZN dəyəri olan bu MMC-lərin hər birindən,  ildə 100 min matdan çox dövlət vəsaitin nəğd pul şəkilində öz kassasına keçirir...

ixa.az


Oxunub: 435






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim