reklam
USD
22 ℃
EUR
BAKI

Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası keçirildi

REPORTAJ / 04.09.2020 00:19
Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası keçirildi



Yaxın vaxtlarda Beynəlxalq Əmək Təşkilatının (BƏT) "Əməyin təhlükəsizliyi, gigiyenası və istehsalat mühiti haqqında”  155 nömrəli Konvensiyasının da ölkəmiz tərəfindən ratifikasiyası gözlənilir. Əmək qanunvericiliyində BƏT yanaşmalarına uyğun olaraq və həm işçilərin, həm işəgötürənlərin mənafelərinə xidmət edən bir çox dəyişikliklər də ediləcək.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədri Sahil Babayev Komissiyanın növbəti iclasında bildirib.

Üçtərəfli Komissiyada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) təmsil olunur.

Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığı ilə sosial sahədə aparılan islahatların bir istiqaməti də əmək qanunvericiliyinin mütərəqqi beynəlxalq normalar əsasında daim təkmilləşdirilməsidir. Bu məqsədlə Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında yeni Qanun layihəsi hazırlanıb. Dəyişikliklər əmək bazarı iştirakçılarının əmək, sosial, iqtisadi hüquqlarının  daha dolğun təminatına xidmət edir

BƏT-in Rəhbər Orqanının üzvü olan ölkəmizin ötən dövrdə BƏT-in 58 Konvensiyasına qoşulduğunu deyən S.Babayev ratifikasiyası nəzərdə tutulan Konvensiyanın da  əməyin təhlükəsizliyinin təminatına yönəldiyini qeyd edib. Yaradılacaq Əməyin Mühafizəsi Mərkəzinin də bu sahədə mühüm töhfə verəcəyini bildirib.

İclasın gündəliyindəki məsələlərə dair çıxışlar edilib. Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Komissiyanın 2020-ci il üçün yenilənmiş İş planı təsdiqlənib,  Komissiyanın tərkibində bəzi dəyişikliklər edilib.

"Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Qanunun və "2020-2026-cı illərdə Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair Milli Strategiya”nın layihələri, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin riskə əsaslanmış qaydada həyata keçirilməsi və Əməyin Mühafizəsi Mərkəzinin yaradılması ilə bağlı layihələr, "Bank olmayan kredit təşkilatları haqqında” qanuna dəyişiklik layihəsi,  BƏT-in 155 nömrəli Konvensiyasının ratifikasiyası məsələləri müzakirə olunub.

Həmin məsələlərlə bağlı Komissiyanın bu iclasında verilmiş təkliflər üzrə müzakirələrin sosial tərəfdaşların nümayəndələrinin təmsil olunduğu işçi qruplar səviyyəsində davam etdirilməsi qərara alınıb.


Oxunub: 770






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim