reklam
USD
4 ℃
EUR
BAKI

Bakıda kran doqquzmərtəbəli binanın üzərinə aşdı: Bir nəfər ölüb

CANLI TV / 04.09.2020 21:40
Bakıda kran doqquzmərtəbəli binanın üzərinə aşdı: Bir nəfər ölüb


FHN Xüsusi Riskli Xilasetmə xidmətinin dəstə rəisi Fuad Əhmədov bildirib ki, 4 sentyabr 14:38 radələrində FHN-in qaynar xəttinə hadisə barədə məlumat daxil olub:

"Məlumat əsasında Mövsüm Sənani küçəsi ilə Azadlıq prospektinin kəşisməsində olan doqquzmərtəbəli binanın qarşısında olan qaldırıcı yük kranın hərəkətdə olarkən bir hissəsi binanın üzərinə düşüb. Hadisə zamanı kran sürücüsü aldığı xəsarətlərdən vəfat edib. Hadisə nəticəsində binanın bir neçə mərtəbəsinə ziyan dəyib. Araşdırma aparılır, ictimaiyyətə əlavə məlumat veriləcək".

15.40

Hadisə "Qaranti inşaat-2012” şirkətinin həyata keçirdiyi hüdürmərtəbəli binanın tikintisi zamanı baş verib.

Nərimanov rayon İcra Hakimiyyətindən verilən məlumata əsasən, kran xidmətinin göstərilməsinə görə digər bir şirkətlə müqavilə bağlanıb. Məhz həmin kranın bir hissəsi qoparaq yaxınlıqdakı doqquz mərtəbəli binanın üzərinə düşüb və binada 3 mənzilin tavanına ziyan dəyib.

Hadisə nəticəsində ətrafda park vəziyyətində olan 6 nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.



15.31

Bakının Nəsimi rayonu, Mövsüm Sənani küçəsi 29 ünvanında kranın aşması nəticəsində ölən şəxsin kimliyi bilinib.

carciTV xəbər verir ki, həmin şəxs kranın sürücüsü 1983-cü il təvəllüdlü Cəfərov Elvin İbrahim oğludur.

15:25

Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani 37 ünvanında kranın aşması ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikinti şirkətlərindən birinə məxsus qülləli kran yaxınlıqdakı 9 mərtəbəli binanın və qarşısında dayanan avtomobillərin üzərinə aşıb. İlkin məlumata görə, kranın kabinasında olan 1 nəfər ölüb.

15:04

Verilən məlumata məlumata görə, Mövsüm Sənani 29 ünvanında kranın aşması nəticəsində bir nəfər kişi ölüb.

14:46

Paytaxtın Azadlıq prospektində kranın doqquzmərtəbəli binanın üzərinə aşması nəticəsində yaralananların və ölənlərin olduğu bildirilib.

Verilən məlumata görə, binanın altında musiqi məktəbi yerləşir. Hazırda hadisə yerinə FHN və dörd ədəd təcili tibbi yardım maşını cəlb olunub.

Binanın həyətində 10-a yaxın avtomobilə zərər dəyib.

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, hadisə Nərimanov rayonunda baş verib.

Qeyd edilib ki, hadisə nəticəsində hələlik bir nəfərin öldüyü təsdiqlənib.

14:26

Bakıda kran doqquzmərtəbəli yaşayış binasının və avtomobillərin üzərinə aşıb.

Verilən məlumata görə, hadisə Həsən Əliyev küçəsində yerləşən "Baku Clinic”in yaxınlığında baş verib.

Hadisə zamanı kranın sürücüsü xəsarət alıb, həmçinin ətrafda olan avtomobillərə ciddi ziyan dəyib.



Oxunub: 662






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim