reklam
USD
11 ℃
EUR
BAKI

Yüz minlərlə sakin təxliyə olunur

CANLI TV / 06.09.2020 10:40
Yüz minlərlə sakin təxliyə olunur 



Yaponiyanın cənubunda və cənub-qərbində "Hayşen” qasırğasının yaxınlaşması səbəbindən yüz minlərlə sakinə təxliyə olunmaq barədə xəbərdarlıq olunub.

Ölkənin Milli Meteoroloji İdarəsi bazar günü tayfunun qısa müddətdə rekord həcmdə yağıntı gətirəcəyi ilə bağlı məlumat yayıb.

Meteoroloqlar gün ərzində 600 mm-dək yağışın yağacağını ehtimal edirlər. "Kyodo” agentliyinin verdiyi məlumata görə, Okinava, Kaqosima, Kumamoto və Naqasaki prefekturalarının 200 mindən çox sakininin evakuasiya olunması tapşırılıb. Bəzi bölgələrdə küləyin sürəti 50 m/s-yə çatır.

Supertayfunun yaxınlaşması səbəbindən bazar günü ölkənin cənub və cənub-qərbini Yaponiyanın qalan hissəsi ilə birləşdirən 550-dən çox daxili aviareyslər ləğv edilib. Dəmir yolu operatoru "JR West” öz növbəsində 7 sentyabrdan etibarən ölkənin qərbində və cənub-qərbində sürətli qatarların hərəkətini dayandırmağa, habelə pis hava şəraiti səbəbindən Yaponiyanın mərkəzi və qərb bölgələri arasında reyslərin sayını azaltmağa qərar verib.

"Toyota”, "Honda” və "Mitsubishi Heavy Industries” kimi böyük şirkətlər güclü qasırğaya görə bölgədəki zavod və müəssisələrini dayandırmağa məcbur olub. Həmçinin böyük marketlər şəbəkəsi olan "7-Eleven” tayfun zamanı cənub və cənub-qərbi prefekturalarda 1650 mağazanın müvəqqəti bağlandığını elan edib.

Hazırda "Hayşen” qasırğası Sakit okean boyunca Yaponiyanın ən cənub bölgəsi Okinava istiqamətində 20 km/saat sürəti ilə hərəkət edir. Qasırğanın mərkəzində küləyin sürəti 70 m/s-yə çatır. Qasırğanın bazar günü gecə Yaponiyanın cənub bölgəsinə çatacağı gözlənilir.

Ölkənin Baş naziri Sindzo Abe cümə günü hökumətin təcili toplantısını keçirib və əhalinin mühafizəsi üçün lazımi tədbirlərin görülməsinə dair tapşırıqlarını verib. Cənub-qərbi prefekturaların rəsmiləri rekord dərəcədə yağan yağışların daşqınlara yol açmaması üçün bölgədə yerləşən 20 bənddə suyu boşaldıblar.


Oxunub: 551






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim