reklam
USD
23 ℃
EUR
BAKI

Əli Həsənovun müalicə aldığı deyilən klinikadan açıqlama: “Burada elə bir pasiyent yoxdur”

REPORTAJ / 10.09.2020 00:20
Əli Həsənovun müalicə aldığı deyilən klinikadan açıqlama: "Burada elə bir pasiyent yoxdur”



Prezidentin keçmiş köməkçisi Əli Həsənov Türkiyənin məşhur "Ersek” ürək-cərrahiyə klinikasında müalicə aldığı barədə xəbər təsdiqlənmir.

Sözügedən klinikadan bildirilib ki, orada Həsənov Əli Məhəmmədəli oğlu adlı xəstə qeydə alınmayıb. "Bizim klinikada belə bir şəxsin müalicə aldığı barədə hər hansı məlumat yoxdur” – deyə klinikanın əməkdaşı bildirib.

Halbuki bir müddət əvvəl Əli Həsənovun "Ersek” ürək-cərrahiyə klinikasında bir həftəlik müalicə kursu qəbul etdiyi barədə məlumat yayılmışdı. Xəbərdə deyilirdi ki, keçmiş köməkçi müalicə kursunu bitirdikdən sonra xəstəxananı tərk edib. Lakin bir neçə gün sonra səhhəti qəfil pisləşib və o, yenidən "Ersek” klinikasına yerləşdirilib.

Əli Həsənovun sözügedən klinikada müalicə olunması barədə xəbər onun Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) qanunsuzluqları ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanmış cinayət işinin istintaqına təqsirləndirilən şəxs kimi cəlb olunması barədə yayılan məlumatla eyni vaxta təsadüf edir.

Keçmiş köməkçi özü də istintaqa cəlb olunması barədə xəbərə münasibət bildirmişdi. O, məlumatın əsassız olduğunu, hazırda Türkiyədə müalicə aldığını və hər şey yaxşı olacağı təqdirdə 10-15 günə Azərbaycana qayıdacağını qeyd etmişdi. Əli Həsənovun bu açıqlamasından sonra isə yuxarıda qeyd etdiyimiz məlumat yayılmışdı.

***

Əli Həsənov vəzifəsindən azad edilir


Prezident yanında Dövlət İdarəçilik Akademiyası bu ali təhsil ocağındaki 6 kafedraya müdir vəzifəsinin tutulması üçün müsabiqə elan edib.

Bunlar aşağıdakı kafedralardı:

Politologya və siyasi idarəetmə - kafedra müdiri

Dövlət qulluğu və kadr siyasəti - kafedra müdiri

Beynəlxalq münasibətlər və xarici siyasət - kafedra müdiri

Dövlət idarəetməsi və menecment - kafedra müdiri

Fəlsəfə və sosial psixologiya - kafedra müdiri

Dillər - kafedra müdiri

Müsabiqə ilə bağlı elanda bildirilib ki, bu istiqamətlər üzrə vəzifələrin tutulması üçün elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər iştirak edə bilərlər.

"Sənədləri bu elan dərc edilən gündən bir ay müddətində təqdim etmək olar”,-deyə Akademiya bəyan edib.

Müsabiqə 2020-ci il sentyabrın 4-də elan edilib.

Elanda diqqətçəkən məqam müsabiqəyə çıxarılan Dövlət qulluğu və kadr siyasəti ilə Beynəlxalq münasibətlər və xarici siyasət kafedraları ilə bağlıdır. Çünki hazırda bu iki kafedraya ölkənin ictimai-siyası arenasında tanınmış simalar rəhbərlik edirlər.

Belə ki, Dövlət İdarəçilik Akademiyasının saytındakı məlumata görə, yarandığı gündən indiyədək Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri vəzifəsini Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev tutur.

Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri vəzifəsinin qarşısında isə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun adı yazılıb.

Beləliklə, Dövlət İdarəçilik Akademiyası həmin kafedralara yeni müdir axtarmaqla Ramiz Mehdiyev və Əli Həsənovla vidalaşmağa hazırlaşır.

82 yaşlı akademik Ramiz Mehdiyevin, eləcə də sağlıq durumundakı ciddi problemlər səbəbindən hazırda Türkiyədə müalicə olunan Əli Həsənovun yenidən həmin kafedraların müdirliyinə öz namizədliklərini irəli sürəcəyi inandırıcı görünmür...


Oxunub: 416






SON XƏBƏRLƏR

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image

2025-05-27

17:23 QƏZƏLLƏR : O.D.ELMAN

Product image

2025-05-26

15:16 Prezident İlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub

Product image

15:01 “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb

Product image

2025-05-19

00:14 YAZMAĞA VARIMDIR QƏLƏM, VARAĞIM, TUTARLI YAZMAĞA SÖZ AXTARIRAM

Product image

00:08 ÖMRÜN SONU İLƏ ÖMRÜN ƏVVƏLİ, AXIRDA BİRLƏŞİB, BİR YOL GEDİRLƏR

Product image

2025-02-01

03:12 Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib VİDEO

Product image

2025-05-12

11:22 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər

Product image

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim