reklam
USD
3 ℃
EUR
BAKI

Yardımlı TKQ-ı rəisinin koorrupsiya əməli - 500 ədəd dəmir dirək , 29 km ərazinin kabelləri hara və necə satılıb

XƏBƏR / 10.09.2020 18:59
Yardımlı TKQ-ı rəisinin koorrupsiya əməli - 500 ədəd dəmir dirək , 29 km ərazinin kabelləri hara və necə satılıb

 
Yardımlı rayon Telekommunikasiya Qovşağında baş verən özbaşınalıqlardan redaksiyamıza məlumatlar daxil olmaqda davam edir. 

İddia olunur  ki, Yardimli TKQ-ı 2016-2019-cu illərdə yeni xətt təsərrufatinin təmiri və bərpasi ucun ayrilmis, müxtəlif vaxtlarda göndərilmiş (dörd künclü profil tipli), uzunlugu 6 metr olan, ümumilikdə 500 ədədə yaxın dəmir dirəklər rayon vətəndaşlarına satılmış, xeyir-şər mərasimləri üçün lazim olan mağarların düzəldilməsində istifadə olunmusdur.

Eyni zamanda iddia olunur ki, Yardımlı TKQ-na məxsus olan yeraltı kabel quyuları vasitəsilə ötürülmüş keçmiş SSRİ istehsalı olan zirehli formada hazırlanmış  tərkibində mis materialı olan istifadə müddəti bitmiş telefon kabelləri yığışdırılaraq dövlətə təhvil verilməli olduğu halda, əksinə doğratdırılaraq mis şəklində satılmışdır.

Digər bir iddia ondan ibarətdir ki,  2017-2019- cu illərdə Yardımlı şəhəri ilə kənd ATS-ri arasında birləşdirici kabellər optik kabellərlə əvəz olunmuş, həmin təxminən 29 km ərazini əhatə edən birləşdirici kabellər ayrı-ayrı vətəndaşlara satılmışdır. .

 Eyni zamanda yeni telefon çəkilişi zamanı abonentlərdən şirinlik adı ilə 100 manat pulun alınması, yaşı 65-dən yuxarı olan təqribən 10 nəfərdən ibarət  işçilərdən, pensiyada olduqları üçün, işdə qalmaları üçün bir qayda olaraq hər birindən müxtəlif məbləğdə məvaciblərin alınması,  RTKQ-na  daxil olan materialların,  o cümlədən birləşdirici məftillərin abonent-rəis arasinda bölüşdürülməsi də iddia olunan məlumatlar sırasındadır. 
 
Həmçinin mənbənin iddiasına görə, hər hansı bir kəndə sifariş olunan materiallar təyinatı üzrə istifadə olunmur, rəhbərliyin və baş mühəndisin arzusu ilə təyinatı nəzərdə tutulmayan yerlərə istifadə olunur.

Mənbə iddia edir ki, buna misal olaraq, Bozayran  ATS-i üçün kənd daxilində nəzərdə tutulmuş 600 metr 100-lük kabel Köryədi ATS-nin ərazisində Qabaqdibi kənd istiqamətində istifadəyə buraxılmışdır. Nəticədə Bozayran kəndi  internet və telefon istifadəsindən kənarda qalmışdır.  

Qeyd edək ki, sözü gedən YTQ-nın uzun müddət Baş mühəndisi işləmiş, bütün qeyd olunan özbaşınalıqlarda adı hallanan  və hətta nöqsanlara görə şiddətli töhmət alan Fərail Ağayev, hazırda YTQ-nın rəis əvəzi işləyir. O da iddia olunur ki, Fərail Ağayev artıq özünün rəis vəzifəsinə təyin olunduğunu elan edib. 

Məsələ ilə bağlı YTQ-ı ilə əlaqə saxlamaq istəsək də, səylərimiz baş tutmadı. Göstərilən hallarla bağlı qarşı tərəf mövqeyini bildirə bilər. 

Qeyd olunan iddiaları məlumat olaraq dərc etməyi özümüzə borc bilirik. Mövcud məsələnin ciddiliyini nəzərə alaraq inanırıq ki, aidiyyatı yuxarı təşkilatlar bu məsələni ciddi şəkildə araşdıracaqlar və lazımi qanunamüvafiq tədbir görəcəklər.

Mövzunu diqqətdə saxlayacağıq. Davamı var !

Ekbər Sadıyev / Ümid Tv Azərbaycan


Oxunub: 680






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim