reklam
USD
9 ℃
EUR
BAKI

Çilinin “İnfogate” xəbər saytı AZƏRTAC-a əməkdaşlıq təklifi ünvanlayıb

XƏBƏR / 11.09.2020 22:15
Çilinin "İnfogate” xəbər saytı AZƏRTAC-a əməkdaşlıq təklifi ünvanlayıb


Çilinin populyar "İnfogate” xəbər saytının (https://www.infogate.cl/) redaktoru tərəfindən AZƏRTAC-a əməkdaşlıq və xəbər mübadiləsi barədə təklif ünvanlanıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən AZƏRTAC-a göndərilən məktubda qeyd olunur ki, "İnfogate”in bir çox ölkədə, o cümlədən Meksika, Argentina, ABŞ, Kolumbiya, Peru, Venesuela, Ekvador, Boliviya və İspaniyada da oxucuları var. Sayt, eyni zamanda, Rusiyanın "Sputnik”, İspaniyanın "EuropaPress” və Fransanın RFI agentlikləri ilə əməkdaşlıq edir. Onun materialları yerli telekanallar və saytlarda yayımlanır.

Məktubda AZƏRTAC-a istinadla xəbər paylaşılması, eyni zamanda, AZƏRTAC tərəfindən "İnfogate”in materiallarının yayılması təklif olunur və vurğulanır ki, bu əməkdaşlıq Cənubi Amerikada Azərbaycan və Qafqaz regionunun daha yaxından tanıdılması, regionun reallıqlarının işıqlandırılması baxımından əhəmiyyətli ola bilər.

Beş ildir Çilinin rəqəmsal mediasında yer alan və xəbər istehsalında fəal iştirak edən "İnfogate”in 11 mindən çox izləyicisi var. Onun xəbərlərinə Twitter sosial şəbəkəsində ayda orta hesabla 800 mindən çox baxış olur.

Qeyd edək ki, "İnfogate” Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə bir sıra yazılar dərc edib. Bundan əlavə, sayt münaqişə barədə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhlil olunduğu məqalə yayıb, habelə AZƏRTAC-a istinadla xəbərlər paylaşıb. Digər analitik yazılarla da çıxış edən xəbər saytının YouTube kanalı üçün tanınmış siyasətçilərin və analitiklərin iştirakı ilə həftədə bir dəfə hazırladığı analitik proqramı Çilinin bir neçə telekanalında canlı yayımlanır.


Oxunub: 356






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim