reklam
USD
24 ℃
EUR
BAKI

Distant tədris və universitetlərdə azalmayan TƏHSİL HAQQI: “Endirim olmalıdır” – Ekspertdən çağırış

REPORTAJ / 13.09.2020 00:24
Distant tədris və universitetlərdə azalmayan TƏHSİL HAQQI: "Endirim olmalıdır” – Ekspertdən çağırış


"Təhsil haqqı tələbəyə tədris zamanı çəkilən xərclərə uyğun olaraq, müəyyən edilir”.

Bu fikirləri açıqlamasında pandemiya dövründə distant təhsil formasını seçməli olan tələbələr üçün təhsil haqqında güzəştlərin tətbiqi imkanlarını dəyərləndirən Marketinq və strateji planlama üzrə mütəxəssis Alxan Xələfov deyib.

Alxan Xələfov hesab edir ki, distant təhsil alan tələbə universitetin bir çox resurslarından istifadə edə bilmədiyindən, onların illik təhsil haqqı da müvafiq qaydada azaldılmalıdır:

"Beynəlxalq standarlara əsasən, universitetlər təhsil verdiyi tələbələr üçün çəkəcəyi xərclər üzrə orta smeta çıxarır və buna uyğun hər bir fakültə üzrə illik təhsil haqqı təyin edilir.

Təhsil distant olduğu zaman isə bu xərclər azalır. Bu baxımdan, ölkəmizdə də pandemiya dövründə distant təhsil alacaq tələbələrin təhsil haqqına endirim edilməlidir.

Çünki təhsil haqqı tələbəyə tədris zamanı çəkilən xərclərə uyğun olaraq, müəyyən edilir. Distant təhsil alan tələbə isə universitetin bir çox resurslarından yararlana bilmir.

Hazırda MDB ölkələrinin bəzilərində distant təhsil prosesi qanunla tənzimlənsə də, Azərbaycanda bu istiqamətdə hələ ki konkret addıım atılmayıb. Bu isə ölkəmizdə ikinci təhsil almaq və işləyərək təhsil almaq istəyən şəxslərə maneə yaradır. Ona görə də ölkədə distant tədrisi nizamlayacaq qanunun qəbuluna ehtiyac var”.

Distant və əyani təhsil formaları arasında fərqlərə toxunan Alxan Xələfovun fikrincə, distant tədrisə cəlb olunan tələbələr uzaq məsafə qət etmədən informasiya texnologiyaları resursları hesabına həm təhsilini rahat şəkildə davam etdirir, həm də daha az illik təhsil haqqı ödəyir:

"Dünyada bir çox nüfuzlu universitetlər çoxdan distant təhsil modelini tətbiq edib. Pandemiyanın fəsadlarını nəzərə alaraq, ölkəmizdə distant təhsil modelinin həyata keçirilməsi və bu təhsil formasının qanunla tənzimlənməsi çox müsbət nəticələr verə bilər.

Dövlət pandemiya səbəbindən əhaliyə və biznesmenlərə iri həcmdə maliyyə yardımı göstərib. Bu dəstəyin təhsil sahəsində də davam etdirilməsi sözgüdən sferanın inkişafına təkan verəcək”.


Oxunub: 350






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim