reklam
USD
9 ℃
EUR
BAKI

Səfər Mehdiyevlə bağlı ŞOK siyahı yayıldı-DƏHŞƏT!

XƏBƏR / 13.09.2020 01:10
Səfər Mehdiyevlə bağlı ŞOK siyahı yayıldı-    DƏHŞƏT!


Azərbaycanda Gömrük sistemində mövcud olan problemlər zaman-zaman medianın gündəmində olub. Hətta bu mövzu Səfər Mehdiyev quruma rəhbər təyin olunan vaxtdan gündəmdən düşməyib də deyə bilərik.

Sonuncu olaraq xaricdən gətirilən mallara 300 dollarlıq limitin qoyulması böyük qalmaqala səbəb olub. Məsələ hələ də medianın və sosial şəbəkələrin müzakirəsindədir. Komitə isə qəraarın haqlı olduğunu "əsaslandırmaqda” davam edir…

Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə bağlı daha bir qalmaqallı xəbəri isə Meydan TV-nin rəhbəri Həbib Müntəzir yayıb. Jurnalistin yaydığı məlumatdan bəlli olur ki, bu dövlət qurumunun rəhbərliyinə S. Mehdiyev yalnız yaxınlarını və həmkəndlilərini toplayıb. O, Gömrük sədrinin kadr siyasətinin klan prinsipinə əsaslandığını qeyd edib.

İndi isə siyahını təqdim edirik. Bir dövlət qurumunun rəhbərliyində eyni kənddən bu qədər yüksək vəzifəli şəxsin olması normaldırmı?

– Sədr: Mehdiyev Səfər, 1973, Naxçıvan, Babək rayonu Nehrəm kəndi.

– Müavin: Abdullayev Əsgər, 1963, Naxçıvan, Babək, Nehrəm.

– Müavin: Həsənəliyev Rza, 1961, Naxçıvan, Ordubad.

– Müavin: Hüseynov İsmayil, 1974, Naxçıvan şəhəri

Digər struktur rəisləri:

– Daxili Təhlükəsizlik İdarəsi rəisi: Rəşad Zalov, 1980, Naxçıvan.

– İnzibati İdarəetmənin Təşkili idarəsi: Nüsrət Qurbanov, 1963, Naxçıvan.

– Xarici Əlaqələr İdarəsi rəisi: Dilavər Fərzəliyev, 1959, Naxçıvan, Şərur.

Hüquqi təminat şöbəsi rəisi: Sənan Muxtarov, 1959, Naxçıvan, Şahbuz.

– Mətbuat Xidmətinin rəisi: Natiq Axundov, 1977, Naxçıvan şəhəri.

– Katibliyin rəisi: Firudin Məmmədov, 1962, Naxçıvan, Babək.

– Avtomobil Nəqliyyat İdarəsi: Cəfərov Simurq, 1964, Ordubad, Tivi kəndi.

– İnfrastrukturun İnkişafı İdarəsi: Qasımov Kamil, 1960, Babək, Çeşməbasar.

– Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi: Məsum Rəsulov, Naxçıvan, Babək, Nehrəm

– Gömrük Komitəsinin Akademiyasının rəisi: Qulu Novruzov, 1970, Naxçıvan, Babək, Nehrəm.

Xatırladaq ki, Azərbaycan qanunvericiliyində yaxın qohumların yüksək vəzifəyə təyin olunması qadağandır. Bu, bir neçə qanunda öz əksini tapıb. "Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsində isə deyilir ki, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.

Qanunun bu maddəsini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.


Oxunub: 350






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim