reklam
USD
21 ℃
EUR
BAKI

Dünyada koronavirus təhlükəsi artır

REPORTAJ / 13.09.2020 10:19
Dünyada koronavirus təhlükəsi artır



Dünyada koronavirusa yoluxanların sayı artaraq 28 940 223 nəfərə çatıb.

Bu barədə "Report” ayrı-ayrı ölkələrin statistik göstəricilərinə istinadən xəbər verir.

Pandemiya dövründə təhlükəli infeksiyanın aşkarlandığı ölkələrdə COVID-19-dan ölənlərin sayı 924 569 nəfərə yüksəlib.

Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə təhlükəli infeksiya daşıyıcılarının sayı 6 676 601 nəfərə çatıb. Eyni zamanda virusdan ölənlərin sayı da artaraq 198 128 nəfər təşkil edir.

Virusa ən çox yoluxma hallarının yer aldığı siyahıda ikinci yerdə Hindistan qərarlaşıb. Cənubi Asiyanın bu ölkəsi yoluxma hallarının sayına görə Braziliyanı qabaqlayıb. Hazırda COVID-19-a yoluxma hallarının sayı çoxalaraq 4 751 788-ə yüksəlib. Hindistanda təhlükəli virusdan ölənlərin də sayı durmadan artır. Bu ölkədə ümumilikdə 78 614 nəfər pandemiyanın qurbanı olub.              

Braziliyada virusa yoluxma hallarının sayının 4 315 858-ə çatması Cənubi Ameikanın bu ölkəsində infeksiya təhlükəsinin artdığını göstərir. Bu ölkədə infeksiyadan ölənlərin sayı artıq 131 274 nəfər təşkil edir.

Koronavirus peyvəndini hazırladığını açıqlayan Rusiyada 1 057 362 yoluxma halının aşkarlanması bu ölkənin virusdan nahaq yerə əndişələnmədiyini göstərir. Üstəlik, 18 484 insanın pandemiyanın qurbanı olması da vəziyyətin ürəkaçan olmadığını əks etdirir.

İnfeksiyaya yoluxma baxımından təhlükəli ölkələrdən birinə çevrilmiş Peru isə 722 832 nəfərdə təhlükəli virusun aşkarlandığını bildirib. Bu ölkənin həkimləri 30 593 nəfəri virusun pəncəsindən xilas edə bilməyiblər.

Kolumbiya da 708 964 yoluxma halı ilə COVID-19-un əbəs yerə pandemiya adlandırılmadığını nümayiş etdirir. Bu ölkədə virusdan ölənlərin sayı gündən-günə artaraq, 22 734 nəfərə yüksəlib.

Gün ərzində minlərlə (son sutkada virusa daha 5 673 yoluxma aşkarlanıb-red) koronavirus xəstəsinin aşkarlandığı Meksikada artıq 663 973 nəfər xəstə kimi qeydiyyata alınıb. Ötən gün ərzində daha 421 nəfərin öldüyü bu ölkədə pandemiya qurbanlarının ümumi sayı 70 604 nəfərə çatıb.

Koronavirus infeksiyasına yoluxma halları Cənubi Afrikada (648 214), İspaniyada (596 697), Argentinada (546 481), Çilidə (432 666), İranda (399 940), eləcə də, Fransada, Ukraynada, Banqladeşdə, Səudiyyə Ərəbistanında, Pakistanda, Türkiyədə və digər ölkələrdə kütləviliyi ilə seçilir. Təbii ki, bu və digər ölkələrdə COVID-19-a yoluxma hallarının sayı artdığı kimi, virusdan ölənlərin də sayı artaraq pandemiyanın hələ də dünya üçün təhlükə kəsb etdiyini göstərir.                        

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Bu ölkənin rəsmi orqanlarının açıqladığı rəqəmlərə görə, son sutkada COVID-19-a 80 yeni yoluxma aşkarlanıb. Ötən ilin dekabrından Çində 4 634 nəfər virusun qurbanı olub, 85 184 yoluxma qeydə alınıb.

Hazırda virus 218 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-u pandemiya elan edib.


Oxunub: 361






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim