reklam
USD
21 ℃
EUR
BAKI

Gömrük limiti qüvvəyə minir: Bahalaşma olacaq

REPORTAJ / 20.09.2020 12:24
Gömrük limiti qüvvəyə minir: Bahalaşma olacaq


Gömrük limitinin 300 dollara endirilməsi haqqında Nazirlər Kabinetinin 305 saylı qərarı sentyabrın 20-də qüvvəyə minir.

carciTV xəbər verir ki, bu gündən etibarən vətəndaş şəxsi məqsədlər üçün, bir ay ərzində 300 dollar limiti keçməmək şərtilə bir neçə dəfə bağlama sifariş edə biləcək. Bu günə qədər limit 1000 dollar idi.

Son günlər pandemiya səbəbindən bütün ölkə üzrə distant təhsilin məcburi olması ilə bağlı şagirdlərin və müəllimlərin kompüter və telefonlara tələbatı da kəskin artıb.

Bu tələbatı nəzərə alaraq Nazirlər Kabineti qərarın icrasını ertələyə bilərmi?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz təəssüflə bildirib ki, hələlik bu qərara yenidən baxılması ilə bağlı hökumət təşəbbüs göstərməyib: "Qərar qüvvəyə minərsə, bu, vətəndaşların alıcılıq qabiliyyətinə ciddi təsir göstərəcək, vətəndaşların xaricdən daha ucuz qiymətə texnoloji avadanlıqlar gətirmək imkanları da məhdudlaşacaq. Hökumət, Təhsil Nazirliyi distant təhsilin təşkili üçün şagirdlərin və müəllimlərin texniki- texnoloji və internet təminatı ilə bağlı hələlik ciddi resurslar ayırmayıb”.

Ekspert bildirib ki, əhalinin 50% -nin yaşadığı kəndlərdə təhsil xidmətlərinə əlçatımlıqla bağlı ciddi problemlər yaranıb.

"Bu baxımdan hökumətin , pandemiyanın, distant təhsilin davam etdiyi dövr üçün, gömrük limitini ya əvvəlki qaydada, ya da xaricdən ortabab kompüter və smartfon əldəətmək imkanları yaratmaq üçün 750 dollar civarında müəyyən etməsi məntiqli olardı. Ümid edirəm hər bir vətəndaş üçün təhsil xidmətlərinə əlçatanlığı təmin etməli olan hökumət bunun fərqində olacaq”-deyə Osman Gündüz vurğulayıb.

İqtisadçı ekspert Toğrul Vəliyev deyir ki, təhsil onlayn sistemə keçirilirsə, hökumət ilk növbədə lazım olan bütün infrastrukturu təmin etməlidir: "Ölkə Konstitusiyasında yazılıb ki, təhsil almaq hər bir vətəndaşın təməl hüququdur. Hökumət qurumları da insanların bu hüquqlarını təmin eməlidirlər”.

T. Maşallı qeyd edir ki, gömrükdə limitlərin azaldılması bir qədər başqa məsələdir: "Əlbəttə, ölkəyə gətirilən elektronika avadanlıqların qiyməti artacaq, əlçatanlıq azalacaq. Amma təhsil məsələsi önəmlidir, onun həyata keçirilməsi təkcə bundan asılı deyil”.


Oxunub: 647






SON XƏBƏRLƏR

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image

2025-05-27

17:23 QƏZƏLLƏR : O.D.ELMAN

Product image

2025-05-26

15:16 Prezident İlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub

Product image

15:01 “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb

Product image

2025-05-19

00:14 YAZMAĞA VARIMDIR QƏLƏM, VARAĞIM, TUTARLI YAZMAĞA SÖZ AXTARIRAM

Product image

00:08 ÖMRÜN SONU İLƏ ÖMRÜN ƏVVƏLİ, AXIRDA BİRLƏŞİB, BİR YOL GEDİRLƏR

Product image

2025-02-01

03:12 Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib VİDEO

Product image

2025-05-12

11:22 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər

Product image

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim